JekaPrint

Все книги издательства JekaPrint


    Məntiq

    Mahir İsrafilov

    Kitabda məntiqin aktual problemlərinin (təfəkkür formalarının) konkret təhlili verilməklə, ilk dəfə “Təbii dilin tədqiqi“, “Normalar məntiqi", “Əqli nəticənin məhkəmə praktikasında rolu“, “Arqumentasiya nəzəriyyəsi, onun taktikası" və digər məsələlərə də xüsusi diqqət ayrılmışdır. Kitabın nəzəri və praktik əhəmiyyəti onunla səciyyələnir ki, ondan hər bir insan istifadə edə bilər.

    Nadir-namə / Nadir Şah: Nadir şah Əfşarın həyatı

    Məhəmməd Hüseyn Quddusi

    Nadir şaha həsr olunmuş əsərlər içərisində diqqətimizi çəkən bu əsər 1999-cu ildə Azərbaycan dilində nəşr olunmuş xorasanlı müəllif Məhəmməd Hüseyn Quddusinin qələmə aldığı “Nadirnamə” əsərinin qısaldılmış variantı olan “Nadir şah: Nadir şah Əfşarın həyatı” əsəridir. Kitabda Nadir şah Əfşarın şəxsi həyatı, bir dövlət adamı olaraq xarici və daxili siyasəti, sərkərdəlik məharəti, hərbi yürüşləri, ordu quruculuğu, hərbi-dəniz donanması yaratmaq təşəbbüsü, müsəlman-türk dünyasını parçalayan, zəiflədən şiə-sünni məzhəblərinin aradan qaldırılması yolunda göstərdiyi fədakarlıqları, azərbaycançılığı, Şərqin sonuncu fatehinin tarixdəki yeri və rolu açıqlanır.

    Hekayəti – Müsyö Jordan

    Mirza Fatali Akhundzadeh

    “A Story about The Botanist-Doctor Monsieur Jordan and the Famous Sorcerer Dervish Mastali Shah” is a satirical comedy created by the great Azerbaijani playwright, poet and philosopher M. F. Akhundzadeh. The comedy was written on the basis of real facts. In 1840-ies the French scientist Aleksis Jordan came to explore the Karabakh flora. He also had close contact with the local people. Aleksis Jordan was very pleased with the humanist and hospitable attitude of Azerbaijani people towards him. When he left Azerbaijan he said that he would always remember Karabakh and Azerbaijani people who did their best and served him sincerely. In the image of Monsieur Jordan M.F.Akhundzadeh describes him as a progressive scientist – the representative of the developed French bourgeois society contradicting dervish Mastali Shah who as a swindler and cunning man deceiving and robbing the illiterate people.

    Kreyser Sonatası.

    Лев Толстой

    Tolstoy bütün dünyanı rus ədəbiyyatı barədə danışmağa məcbur edən, dünya ədəbiyyatının böyük sənətkarları arasında fəxri yer tutan birinci rus yazıçısıdır. Tolstoy öz əsərlərində o qədər böyük mə-sələlər irəli sürə bilmiş, elə bir bədii qüvvət səviyyəsinə yüksələ bilmişdir ki, onun əsərləri dünya bədii ədəbiyyatında əvvəlinci yerlərdən birini tutub. Kitabda verilmiş üç məşhur povest Tolstoy yaradıcılığında ən çox onu xarakterizə edən cəhətləri: insan hisslərinin insan əməlləri ilə münasibəti, ehtirasların təhlili və s. psixoloji prosesləri, onun qanunlarını, formalarını və insan qəlbinin dialek-tikasını əks etdirir…

    Qədim türklər

    Лев Гумилев

    Kitabda qədim türk dövlətinin yaranması, inkişafı və süqutu tarixi tədqiq edilir. Müəllif türklərin siyasi həyatını, onların məişətini, dini görüşlərini və mədəniyyətini zəngin materiallar əsasında araşdırır, iki dövrün qovşağında – qədim və orta əsrlərdə Orta Asiyada köçərilərin həyat tərzini işıqlandırır.

    27 möcüzə

    Кир Булычев

    Qədim yunanlar belə hesab edirdilər ki, dünyanın yeddi möcüzəsi var. Bu kitabda yunanlara məlum olmayan digər iyirmi yeddi möcüzə haqda danışılır. Oxucu Asiya xalqlarının qədim mədəniyyət abidələrinin – Suriya və Livanın böyük şəhərləri, hind memarlığının möcüzələri və Birma paqodaları, Böyük Çin səddi və Orta Asiyanın məscidləri, Qədim Kambocanın paytaxtı – Anqkorun taleyi və yaranma tarixi ilə tanış olacaqdır.

    Həqq Məndədir

    Имадеддин Насими

    İ.Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, əsərlərini 3 dildə yazmışdır. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca orijinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada və uyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai , Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir. Kitabımıza şairin şeirləri, qəzəlləri, müstəzadları, tərcibəndləri, tuyuğları, məsnəviləri daxil edilmişdir.

    Geriyə baxma qoca

    Ильяс Эфендиев

    İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir. Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının, xalq cumhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır.

    Mənim tanrım gözəllikdir sevgidir…

    Гусейн Джавид

    Kitaba Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, yazıçı və dramaturq, Azərbaycan Şekspiri, gözəllik və sevgi şairi Hüseyn Cavidin (tam adı Hüseyn Abdulla oğlu Rasizadə : 1882–1941) “Peyğəmbər”, “Topal Teymur”, “İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” dramları və şeirləri daxil edilmişdir.

    Azərbaycan istiqlal mübarizəsi tarixi

    Хусейн Байкара

    Müstәqil milli Azərbaycan Cümhuriyyəti dövründәn bәhs edәn bu kitab ilk dәfә 1975-ci ildә İstanbulda türk dilindә nәşr olunmuşdur. Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin “alman casusu” olması, S.Şaumyanın nә üçün Bakıya gәlməsi, ermәnilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin hәrbi yardımı vә s. bizә mәlum olmayan hadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda hәmçinin Azәrbaycanın mühacirәtdә olan ziyalıları haqqında da geniş mәlumat var.