Nadir şaha həsr olunmuş əsərlər içərisində diqqətimizi çəkən bu əsər 1999-cu ildə Azərbaycan dilində nəşr olunmuş xorasanlı müəllif Məhəmməd Hüseyn Quddusinin qələmə aldığı “Nadirnamə” əsərinin qısaldılmış variantı olan “Nadir şah: Nadir şah Əfşarın həyatı” əsəridir. Kitabda Nadir şah Əfşarın şəxsi həyatı, bir dövlət adamı olaraq xarici və daxili siyasəti, sərkərdəlik məharəti, hərbi yürüşləri, ordu quruculuğu, hərbi-dəniz donanması yaratmaq təşəbbüsü, müsəlman-türk dünyasını parçalayan, zəiflədən şiə-sünni məzhəblərinin aradan qaldırılması yolunda göstərdiyi fədakarlıqları, azərbaycançılığı, Şərqin sonuncu fatehinin tarixdəki yeri və rolu açıqlanır.