Beynəlxalq münasibətlər üzrə dünyanın ən tanınmış mütəxəssislərinin üç il ərzində göstərdikləri birgə fəaliyyətin məhsulu olan bu kitab tələbələr, elmi işçilər və sahə ilə maraqlananlar üçün dəyərli bir vəsaitdir. Siz bu kitabda təməl anlayışlardan mövcud problemlərə qədər geniş mövzularla tanış ola bilərsiniz. İngilis dilindən tərcümə edilmiş kitab təbii ki, müəyyən qüsurlardan azad deyildir. İradlarınızı bizə çatdırsanız sizə minnətdar olarıq.
Kitabda Sabirin satirik şeirləri, qəzəlləri, uşaqlar üçün hekayələri və tərcümələri yer alıb.
Mir Cəlalın «Bir gəncin manifesti» romanı 20-ci əsrin əvvəllərində Azərbaycanda baş vermiş hadisələrin bədii təfəkkür süzgəcindən keçirilmiş təsviridir.
Mikayıl Müşfiqin seçmə əsərlərindən ibarət olan bu kitabda müxtəlif illərin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağılları toplanmışdır.
Kitabda XX əsr Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi yeri və çəkisi olan, çağdaş aşıq sənətinin memarlarından biri, sağlığında klassikləşən ustad aşıq Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov) əsərlərinin bir hissəsi toplanmışdır. Kitab geniş oxucu kütləsi və tədqiqatçılar üçün nəzərdə tutulur.
Orta insan 50 il ərzində 2600 kitab oxuyur. Əlbəttə, bu oxunanların hamısı yadda qalmır. Amma elə hikmətli və faydalı fikirlər olur ki, onları bir yerə toplamaq və dövri olaraq oxumaq istəyirsən. Bu kitabın tərtibçisi Mehman bəy Kərimov da rastına çıxan və dəyərli hesab etdiyi fikirləri bir yerə toplamış, sonra isə bu fikirlərdən başqalarının da faydalanması üçün onu kitab şəklində nəşr etdirmək qərarına gəlmişdir. Kitab həqiqətən də çox maraqlı alınmışdır.
Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Məhəmmədhüseyn Şəhriyar) (1906-1988) Təbriz şəhərinin Bağmeşə bölgəsində, hüquqşünas Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. Şəhriyar Təbrizdə orta təhsil almış Tehran Universitetinin tibb fakültəsini bitirmişdir. 1920-ci illərin ortalarından etibarən istedadlı bir şair kimi tanınmağa başlamışdır. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, Azərbaycan və İran ədəbiyyatını yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zəngin-ləşdirmişdir. "Seçilmiş əsərələri" nə sənətkarın ana dilində şeirləri ilə yanaşı farsca yazdığı əsərələri də daxil edilmişdir.
Məhəmməd Füzuli – ana dilimizdə yaranmış şerin ən gözəl nümunələri olan əsərləri ilə ədəbi-bədii dilimizi yüksəkliklərə qaldırmış, klassik Azərbaycan, habelə digər türk xalqlarının poeziyasına misilsiz təsir göstərən ədəbi məktəb yaratmış dahi şair və mütəfəkkirdir. Şairin türkcə əsərlər yaratması və bu dilə xüsusi diqqət yetirməsi onun türk soyundan olduğunun isbatı üçün kifayətdir. Kitabımıza dahi şairin Leyli və Məcnun poeması və qəzəlləri daxil edilmişdir.
Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Peyğəmbərimizin uşaqlığı, gəncliyi və peyğəmbərliyi eləcə də islamın XX əsrin əvvəlinə kimi olan durumu gözəl bədii boyalarla təsvir olunur.