F.M.Dostoyevskinin yaradıcılığı rus ədəbiyyatı tarixində özü-nəməxsus yer tutur, Onun yaradıcılığı insanın özünü dərketmə mədəniyyətini zənginləşdirmiş və dünya ədəbiyyatında realiz-min inkişaf etməsi üçün zəngin bir xəzinə olmuşdur. Ədib qeyri-adi bir istedada malik idi; o, insan iztirablarına, alçaldılan, təhqirə məruz qalanlara daha çox həssas idi. Böyük rus tənqidçisi Belinski deyirdi ki, o, qeyri-adi və bənzəri olmayan bir istedaddır. Sizə təqdim etdiyimiz bu kitaba yazıçının «Bəyaz gecələr», «Netoçka Nezvanova», «Dəyyus» və «Utancaq qız» əsərləri daxil edilmişdir.
Roman avtobioqrafik sayılır. Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. ""Əlvida, silah!"" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır. Romanın adına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», «„Silahlara əlvida“» adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah! » (1929) adının üstündə dayanıb.
Romanda XIX əsrin sonlarında Azərbaycanda uzun illər kasıb təbəqənin, əsasən də kəndlilərin haqlarının tapdanmasına qarşı çıxmış xalq qəhrəmanı Kərəmin həyat və mübarizəsindən bəhs olunur. Bu qəhrəman özü kimi cəsur və qoçaq insanları ətrafına toplayaraq qaçaq dəstəsi yaratmış, o zamankı Rusiya imperiyasına qarşı çıxmış, haqq-ədalət uğrunda mübarizəyə qalxmışdı. O torpaqsızlara torpaq, kimsəsizlərə dolanacaq verir, bəylərin, tacirlərin və başqa varlıların var-dövlətini talayıb yoxsullara paylayırdı… Bütün roman boyu qatı kasıbçılıq, düşmənçilik və xainlik fonunda Azərbaycan kişilərinin necə öz mərdliklərini qoruyub saxlamaqları oxucunu kitabdan ayrılmağa qoymur… Roman bəy-rəiyyət qarşıdurması kimi saxta Sovet təbli-ğatından xali deyil, amma Azərbaycanın yaxın tarixi keçmişi və real dövlətçilik həyatından götürülmüş çoxlu zəngin material istifadəsi baxımından indiki dövr üçün də tamamilə aktuallığını saxlayır. Romanın ikinci hissəsinə «„Düyünlü günlər“» və «„Bir kisə qızıl“» povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş «„Ağanın ölümü“» hekayəsi"" və ədibin İran səfəri əsasında yazılmış «„Xoy səfəri“» publisistik yazısı daxil edilmişdir.
"Azərbaycan şairi Nizami" – Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri. M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir.
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır.
Kitaba tanınmış el şairi Alqayıtın müxtəlif illərdə qələmə aldığı şeir, poema və qəzəlləri daxil edilmişdir. Kitabı hazırlayarkən öncə nəşr olunmuş «Qalx ayağa, Azərbaycan» (2000), «Yaralı qartal» (2006) kitablarından istifadə etmişik. Oxuculara təqdim edilən bu əsərlər müəllifın təkrarsız düşüncə və duyğularının poetik ifadəsidir. İnanırıq ki, bu kitab poeziya həvəskarlarının stolüstü kitabı olacaq və şairin şöhrətini daha da uzaqlara yayacaq.
Ensiklopedik alim Nəsirəddin Tusi – XIII əsr elmimizin ən möhtəşəm dühalarından biridir. Onun bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Ümid edirik bu kitab dahi həmyerlimiz, böyük Nəsir əd-Din Tusinin həyatı və çoxəhatəli elmi yaradıcılığı ilə sizi yaxından tanış etməyə kömək edəcək.
A. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə təsadüf olunurdu. A. Bakıxanov ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır. Gülüstani-İrəm XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir qaynaq olacaq.
Böyük rus yazıçısı Aleksandr Kuprin təbiəti çox sevirdi, quşların, heyvaların vərdişlərinə yaxşı bələd idi, özü uşaqlığında heyvan saxlamışdı. Bu təcrübədən çıxış edərək o heyvanlar haqqında əsrarəngiz uşaq hekayələri yazaraq uşaqların sevimli yazıçısına çevrilib. Onun bütün hekayələri gözlənilməz sonluqla bitir. Kitaba müəllifin ən maraqlı uşaq hekayələri daxil edilib.
Cəmi 44 il yaşamış görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çeхоvun yara-dıcılığı haqqında Lev Tоlstоy belə deyib: «Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi». Əlinizdə tutduğumuz kitabda isə Çexovun hekayələri deyil, qeyd dəftərçəsindəki qısa qeydləri və məktubları toplanıb. Tolstoyun söz-lərinə biz də onu əlavə edərdik ki, təsadüf ucbatından Çexovun qalan əsərləri yoxa çıx-saydı o elə bu qeydlərlə də yadda qalardı…