JekaPrint

Все книги издательства JekaPrint


    Çaldıran döyüşü

    Фарман Керимзаде

    Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çox-cəhətli ictimai fəaliyyətindən bəhs edən «„Xudafərin körpüsü“» dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.

    Gonbul

    Ги де Мопассан

    Gi De Mopassan oxucusuna çatdırır ki, kübar cəmiyyətində hər adamın rəsmi əxlaqı arxasında onun gizli əməli əxlaqı gizlənir, rəsmi surətdə o, qadın namusu uğrunda şir kimi vuruşmağa hazır olduğunu bildirir. Daldada fürsət düşən kimi isə qadının şərəfinə toxunmaqda özünü haqlı hesab edir. Lakonikliyi ilə seçilən bu əsərin sonunda qeyd edilir ki, qürurlu və məğrur Elizabet Russe tutduğu əməldən çox peşman olur, utanır və göz yaşlarına sahib ola bilmir.

    Hekayələr / Рассказы

    Tağı Şahbazi Simurğ

    Azərbaycan ədəbiyyatında kiçik hekayələr müəllifi kimi tanınan Tağı Şahbazi Simurğun “Aldanmış ümid”, “Hacı Salman”, “Qayçı”, “Mirzə Badımcan”, “Haqsızlıq dünyasında” və digər hekayələrində ədalətsizlik, istismar ifşa olunur və kəskin tənqid hədəfinə tutulur. Bu hekayələrdə, eyni zamanda qadın azadlığı məsələsi vacib bir problem kimi görkəmli realist sənətkarın diqqətindən yayınmamışdır. “Haqsızlıq dünyasında”, “Zərifə”, “Son dərd” adlı hekayələri cəmiyyətin bu mühüm və təxirəsalınmaz məsələsinə həsr edilmişdir. T.Ş.Simurğ ədalətsiz quruluşun qurbanı olan qadınları cəmiyyətin bərabərhüquqlu vətəndaşları kimi təsvir etmişdir. Bu kitabda Tağı Şahbazi Simurğun mövzu əlvanlığı, dil-üslub xüsusiyyətləri ilə seçilən maraqlı hekayələri toplanmışdır.

    Qasırğa

    Теодор Драйзер

    «İfritə» hekayəsi xristian kilsəsi tarixinin ən rüsvayçı səhifələrindən birini – inkvizisiya və “əcinnələr ovu” dövrünü bütün çılpaqlığı ilə göstərir. Hekayədə orta əsrlərin axırından və intibah dövrünün başlanğıcından danışılır. Balzak öz əsərində ilahi qüvvələrin iradəsindən azad olan insanın yaranışını, əvəzində ruhanilərin necə maddiyyətə yuvarlandıq-larını və “mentalitet” pərdəsi altında edilən bütün hərisliklərindən doğan cinayətlərini rəngarəngliyi ilə göstərir.

    Ankara məhbusu

    Суад Дервиш

    Vəsfi tibb fakültəsində oxuyarkən məhəllədəki Zeynəb adlı qıza aşiq olur. Gözü eşqdən başqa bir şey görməyən Vəsfini böyük əmisinin sevdiyi qadın Zeynəblə evlənməsi bərk sarsıdır. Zeynəbə toz belə qondurmayan Vəsfi, bir gün əmisi oğlunun Zeynəbin iç üzünü açmaq üçün tələ qurduğunu öyrənincə, tərəddüdsüz, düşünmədən onu öldürür. Uzun illərin həbs həyatından sonra Vəsfi, yenidən azadlığına qovuşur və insanlar arasında özünə bir yer tapmağa çalışır. Tutunacaq heç bir şeyi olmayan Vəsfinin artıq nə pulu, nə qalacaq bir yeri, nə də kimsəsi vardır. Vəsfiyə aid tək yer küçələrdir…

    İşığın oyunu. Tanrını axtaran detektiv

    Stephen Smoke

    Valeri Tirel – San-Fransiskodan olan varlı iş adamının gözəl dul arvadı, depressiyadan çıxmaq üçün, özəl detektiv Nik Sendzi muzdla tutur ki, o… Tanrını tapsın. Qəhrəmanların Amerikanın Qərbinə səyahəti onları tamamilə qeyri-adi insanlarla üzləşdirir. Nəticədə, dünyanı görməyin yeni təcrübəsi ilə zənginləşmiş Valeri və Nik Kainatla harmonik əlaqə qurmaq qabiliyyəti əldə edirlər.

    Şahmat. /novella/

    Стефан Цвейг

    Stefan Sveyq “Şahmat” novellasında insanın dərin duyğularının ən gizlin qatlarına enməyi bacarıb. Sveyq poetikasının əsasını qəlbi oxumaq qabiliyyəti idi. Bu novella çox qısa zaman ərzində kəskin bir-birinə zidd olan iki insanın xarekterini çılpaqlığı ilə gözlər önünə sərir.

    Mənim həyatım

    Софья Толстая

    Uzun illər idi ki, Tolstoyun arvadı, onun dostu və köməkçisi Sofya Andreyevnanın əlyazması arxivdə saxlandığından oxuculara məlum deyildi. Çünki S.Tolstayanın vəsiyyətinə görə əlyazması onun ölümündən 50 il sonra çap oluna bilərdi. Oxucular kitabdan bu böyük insan haqda, onun ailəsi, yaxın adamlarla münasibəti barədə çox şey öyrənəcəklər. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş-dur.

    Aləmdə səsim var mənim

    Сеид Азим Ширвани

    Öz zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə qızıl səhifələr əlavə edən Seyid Əzim Şirvaninin bədii irsi biri azərbaycanca, digəri isə farsca – iki böyük külliyyatdan ibarətdir. Azərbaycanca bəddi irsinin əsasını qəzəl janrı təşkil edir. Kitabımıza Seyid Əzim Şirvani yaradıcılığının bir hissəsini daxil etmişik: qəzəllər, rübailər, qoşabeytlər, təkbeytlər, qitələr, tərkibbəndlər, müxəmməslər, müsəddəs, müstəzadlar, satiralar, müxtəlif şeirlər. Şairin əsərlərində doğruçuluq, mərdlik, dostluq, yoldaşlıqda mətanət, çalışqanlıq, əzilənlərə kömək, insanlarla yaxşı rəftar və s. gözəl və nəcib sifətlərin tərbiyələndirilməsi həmin öyüdlərin əsas məzmununu təşkil edir.