JekaPrint

Все книги издательства JekaPrint


    Povestlər

    Алибала Гаджизаде

    Kitaba görkəmli yazıçının şeirləri və “Unutmaq olmur”, “Məhəbbət olmayan evdə”, “Piyada adam”, “Atamın gəlini” povestləri daxil edilib.

    Təyyarə kölgəsi

    Алибала Гаджизаде

    İxtisasca şərqşünas olan Ə. Hacızadə (1935-2009) 1966-1970-ci illərdə Əfqanıstanda tərcüməçi işləmişdir. Əlibala Hacı-zadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, bu romanla elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. “Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!..” Yazıçının “Təyyarə kölgəsi” romanının qəhrəmanı Nadirənin gündəliyindən götürülən bu sözlər yazıçı şəxsiyyətinin etirafıdır.

    Dahi

    Теодор Драйзер

    Məşhur Amerika yazıçısı T.Drayzerin (1871-1945) «Dahi» (1915) əsəri istedadlı şəxsiyyət, Amerikada keçən əsrin sonunda yaşamış rəssamın taleyi, qəhrəmanın yaradıcılığı və mənəvi axtarışları haqqındadır.

    Hekayələr

    О. Генри

    Dünya şöhrətli Amerika yazıçısı yazdığı əsərlərini O. Henri təxəllüsü ilə çap etdirmişdir. Əsl adı Uiliam Sidney Porter (William Sydney Porter) olan yazıçı dünyada qısa hekayə yazan yazıçıların ən məşhur isimlərindən biri kimi tanınır. O. Henrinin zarafatcıl və canlı üslubda qələmə aldığı əsərlərinə insan kütlələri heyran olmuş və bu, ona böyük uğur gətirmişdir. Yazıçı həyatının son səkkiz ilində 200-dən çox hekayə yazmışdır. Ustalıqla qurduğu və insanı həyəcanlandıran süjeti, incə yumoru və adamın üzünə sanki şillə vururmuş kimi sona çatan gözlənilməz sonluqlarla bitən hekayələri, qısa novella sahəsində O. Henriyə xas bir «tərz» meydana gətirmiş və bu çoxlarına ilham mənbəyi olmuşdur. Lakin O. Henrinin kasıbçılıqla keçən həyatı heç də hekayələri kimi xoşbəxt sonluqla bitməmişdir. Dünya şöhrətli yazıçı cavanlıqda hətta həbsxanaya düşmüşdür. O, yaxşı qazanmağına baxmayaraq, çoxlu içir, bütün qazandıqlarını göyə sovururdu. Heç də təsadüfi deyil ki, o öldüyü zaman cibindən cəmicümlətanı 23 sent çıxmışdır. Həmin zaman onun cəmi 48 yaşı olub. Əminik ki, bu kitab həyatın qədrini bilənlər üçün daha maraqlı olacaq.

    Hökmdar

    Никколо Макиавелли

    İntibah dövrünün görkəmli italyan siyasi xadimi, yazıçısı, tarixçisi, hərb nəzəriyyəçisi Nikkola Makiavelli ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdəndir. Artıq beş əsrdir ki, onun ən məşhur əsəri olan «Hökmdar» əsəri ətrafında qızğın mübahisələr gedir, mütəfəkkirin siyasi nəzəriyyəsi və baxışları isə çoxsaylı rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edilir və onun baxışları «makevializm» termini altında siyasi, habelə insana xas olan hiyləgərliyin, ikiüzlülüyün, yaltaqlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın və bu kimi şeylərin sinonimi kimi qələmə verilir. Müəllif sözü gedən əsərdə tarixi dəlillərə söykənərək cəmiyyətin inkişaf qanunlarını aşkar etməyə və real faktlar əsasında insanın psixoloji aləmini üzə çıxarmağa cəhd göstərir.

    Əsərləri

    Молла Панах Вагиф

    Azərbaycan ədəbiyyatının və bədii fikrinin salnaməsində yeni parlaq səhifə Vaqifin adı ilə bağlıdır. O, ədəbiyyatımızda realizm meyillərinin, demokratik əsasların çərçivəsini xeyli genişləndirmiş, ədəbiyyatı xalqın həyatına və arzularına xeyli yaxınlaşdırmışdır. Vaqif lirikası poeziyamızda nikbin bir əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hisslərini qüvvətləndirir. Kitaba böyük şairin qоşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və s-dən ibarət əsərləri daxil edilmişdir.

    Şeytan

    Лев Толстой

    Kitaba L.Tolstoyun 2 povestini daxil etmişik. İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün «Şeytan» əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də… Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi… «Ailə səadəti» povestində gızın öz qəyyumu olan rəhmətə getmiş atasının dostuna olan məhəbbətindən və onların evlənəndən sonra ailə həyatlarının ilk enişli-yoxuşlu illərindən danışılır. Ailə həyatı Tolstoyun digər əsərlərindən onunla fərqlənir ki, bu əsərdə qəhrəmanların ətraf mühitdən bir növ təcrid olunmuş şəxsi həyatından bəhs edilir. Hadisələr birinci şəxsin adından (ümumiyyətlə bu priyomdan Tolstoyun əsərlərində çox az istifadə olunubdur), özü də qadının adından aparılır.

    Azər

    Гусейн Джавид

    Böyük dramaturq Hüseyn Cavidin «Azər» poeması Azərbaycan ədəbiyyatında xüsusi yer tutur. İstər məna və məzmununa, istər ideya tutumuna, istərsə də həcminə görə ən görkəmli poemalardandır. Poema geniş epik vüsətə malikdir. Bununla belə, poemada maraqlı lirik ricətlərdən də istifadə edilmişdir. Müəllif əsərdə iki fərqli həyat və düşüncə görüşü tərzi kimi, Şərq və Qərbi qarşılaşdırmış, son nəticədə üstünlüyü yenə də insanlığa vermişdir.

    Həyat

    Ги де Мопассан

    Mopassan «Həyat» romanını otuz üç yaşında yazıb. «Həyat» Mopassanın ilk romanıdı. Əsər Azərbaycan dilinə 1989-cu ildə çevrilib . Romanı gənclər oxusalar çox yaxşı olar. Xüsusən gənc xanımlar. Mopassanın dili çox dinamikdir. Asan oxunur. Təsvirləri çox sadədir. Lakin Mopassanı oxuduqdan sonra adam hər şeyə şübhəylə baxır. Cəmisi 43 il yaşamış bir adamın həyatı bu dərəcədə bilməsi hər səhifədə adamı mat qoyur.

    Fiesta

    Эрнест Миллер Хемингуэй

    Ernest Heminqueyin “Fiesta” («Günəş doğur») romanı “itirilmiş nəsil” adlandırılanlardan bəhs edir. Romanın Birinci Dünya Müharibəsində fiziki və mənəvi işgəncələrə məruz qalan qəhrəmanları acı xatirələrdən uzaqlaşmağa çalışırlar. Onların hər biri bədbəxtdir: həyatda dayaq axtarırlar, amma tapa bilmirlər. Onların təlaşı, yeni təcrübələrə susuzluğu və səmimi ünsiyyətə olan aclığı buradan qaynaqlanır. Onlar fədakardırlar, sevgi və dostluğun, fiesta və təbiətlə ünsiyyətin bəxş etdiyi nadir dəqiqələrdə özlərini yenidən dünyaya gəlmiş kimi hiss etməyi bacarırlar.