İran dastanlarında Əfrasiyab, Türk tarixində və dastanlarında Alp Ər Tonqa adlanan türklərin ulu qəhrəmanının adı Turan dövlətinin simvoluna çevrilmişdir. Əsası türklərin ulu əcdadı Tur tərəfindən qoyulmuş Turan dövləti Asiyanın böyük bir hissəsini əhatə etdiyi öz əzəmətli dövrünü məhz Əfrasiyab hakimiyyəti dövründə yaşamışdır. Türk və yabançı bilim adamları linqvistik və tarixi dəlillərə əsaslanaraq Türklərin iki ulu qəhrəmanı Əfrasiyabın və Oğuz xaqanın eyni şəxslər olduğu haqqında fikirlər irəli sürmüşlər. Maraqlı cəhət ondadır ki, nə Mahmud Kağqarlı, nə də ki Yusif Balasaqunlu öz ensiklopedik əsərlərində Əfrasiyab haqqında geniş bəhs etdikləri halda, Oğuz xaqanın adını çəkmirlər.
Qədim dünya tarixinin Turan dövrü fikri Qədim Şərq və eləcə də qədim dünyanın erkən tarixinin və mədəniyyətinin araşdırılmasına çox saylı əsərlər həsr etmiş Avropanın XVIII-XIX əsr tarixçi, arxeoloq, antropoloq və linqvist böyük bilim adamlarına məxsusdur. Onlar qədim mixi və heroqlif yazı mətnlərinə, arxeoloji, linqvistik və etnoloji elmi dəlillərə əsaslanaraq ari və sami irqlərinin tarix səhnəsinə qədəm qoymasından öncə min illər ərzində dünyanın Turan tayfaları, yəni öntürk turlar tərəfindən məskunlaşdırılmış olduğunu və dünya mədəniyyətinin ilk rüşeymlərinin əsasının dünyanın ilk mədəni sakinləri olan turanlılar tərəfindən qoyulduğu fikrini irəli sürmüşlər. Mixi və heroqlif yazı sisteminin kəşf edilməsinin, metal emalı və dəmirin kəşfinin, ilk arxitektura abidələri və şəhərsalma ənənəsinin, meqalit və tumulların, heyvanların və o cümlədən atın əhliləşdrilməsi və bəslənməsinin əsasının dünyanın ən qədim irqi olan turanlılar tərəfindən qoyulması haqqında XVIII-XIX əsr Avropa tarixçilərinin, linqvist və etnoloqlarının görüşləri onların irəli sürdükləri Turan nəzəriyyəsində öz əksini tapmışdır.
Kitaba müəllifin Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda və Türkmənistanda keçirilən simpoziumlara gedərkən yolda başına gələn hadisələrdən, eləcə də elmi toplantılarda tanış olduğu araşdırıcılardan, bölgənin yaxın və uzaq keçmişindən, bugünkü ictimai-siyasi vəziyyətindən, Türküstanda yaşayan eyni soylu xalqların birliyinə əngəl olan səbəblərdən bəhs edən yazılar daxil edilmişdir.
Kitabı tək özümə yox, həm də sənə inanaraq yazıram. Bütün əsərlərimin qəhrəmanı sənsən – sənin duyğuların, təklənməyin, özünü ifadə eləmək üçün gündəlik mübarizən, ürəyinin döyüntüləri, tarıma çəkilmiş əsəblərin və nəhayət sabaha inamın. Oxumağa başlasan görəcəksən ki, sətirlərin arasında gizlənmiş Səni tapmaq elə də çətin olmayacaq. Həyatının bütün rəngləriylə birgə özünlə tanış olmağa hazırsansa, özündən ehtiyat eləmirsənsə, onda buyura bilərsən, bu, sənin kitabındır!
Dovlatov haqqında yazan insanın yazısını oxumaq azdır, onun haqqında danışan adamın gözlərinin içinə də baxmaq lazımdır ki, o sözlə deyilə bilməyəni gözlər desin. Dovlatovun realizmi sarsıdıcıdır, itidir, aman verməyəndir. Dovlatovun kinayəli gülüşü nəinki təsvir etdiyi obrazlara, hətta bütün əsərlərində yaratdığı Dovlatov-obraza da qarşı yönəlib.
…“Gecənin zülmətində ürəyimi yeyə-yeyə, keçi kimi qəmbər daşların üstüylə tullanıb Samur çayını keçəndə, olmayan ağlıma qayıtmaq düşmüşdü ha, gərək onda dönəydim. Cəhənnəm olaydı hər şey, atamın çəkdiyi xərc də, onun oğul sevgisi də!.. Qayıdıb gedərdim, tutub lap ön cəbhəyə aparaydılar, nolsun əlimə silah almamışam, öyrənərdim, guya könüllülərin hamısı hərbiçiydi?.. Yoxsa, halallıca yurdundan, rahat ev-eşiyindən tanımadığın, bilmədiyin yerə göndər ki, nə ola ola? Mən maymaq, bir kəlmə demədim ki, ay ata, məni bir oddan çıxarıb başqa oda niyə atırsan? Kimin var orda, kimimiz var? Qardaşın, dostun, kimin?… Axı müharibəyə gedənlərin hamısı ölmür, həm də öldürür?.. Lap öləcəydim, qoy öləydim, minaya düşəydim, lap it kimi gəbərib murdar olaydım! Guya dünya nəsə itirəcəkdi? Sən də, anam da uzağı bir il ağlayıb-sıtqayıb sonra kiriyəcəkdiz. O qədər oğlu ölən atalar, analar var ki!.. Nə bilmək olardı, bəlkə mənim alın yazım hünər göstərmək, şəhid olmaq idi?! Kim qəhrəman doğulur ki? “Mənim əsgər balam, kişi balam!” deyərdin uşaqlıqda, noldu?! Qoymadın kişi kimi yaşayıb, kişi kimi ölməyə. Qıymadın…"
Yoxsul insanlar naz etməyi xoşlayırlar, – təbiətləri belədir.Bunu əvvəllər də hiss edirdim, amma indi tamamilə əmin oldum. Yoxsul adam həmişə göz-qulaqda olur, günəşin işığına da başqa cür baxır, ətrafına şübhəli nəzər salır, yoldan keçəndən də şübhələnir, hər sözə şəklənir, – bəlkə ondan danışırlar? Burası da həqiqətdir ki, yoxsul insan pis qəbul olunur, heçkimdən hörmət görmür, nə edirsən et, bu belədir.
Bu kitabda təqdim etdiyimiz on iki hekayənin üçü “Şanapipik haqqında mahnı” adlı birinci kitabımda (“Bağışlayın, Rənanı tanımırsınız?”, “Qurbağalı gölün sahilləri” və “Qarışqa tapdalamayan”), yeddisi “Sərçələr üçün poema” kitabımda (“Abşeron hekayələri” bölməsindəki hekayələr) çap olunmuşdu. Axırıncı iki hekayəni isə (“Məryəm xalanın oğlu” və “Yer üzündə axırıncı gecə”) kitablar çap olunandan sonra yazdığım hekayələrdən seçmişəm. Hekayələrin hamısını təzədən gözdən keçirdib redaktə etmişəm. Amma xüsusi dəyişiklik yoxdur. Kobud dil xətalarını düzəltməyə çalışmışam bircə (o vaxt yazanda daha çox şifahi nitqə əsaslanmışdım). Bu hekayələri yazanda çox şeyi bilmirdim. Amma təbii, nöqsanlar hələ də qalıb. Çünki hələ də bilmədiyim şeylər var. Hər halda, bu hekayələr mənə çox əzizdir. Onları yazdığım vaxt aralığında (söhbət kitablarımda çap olunan hekayələrdən gedir; iyirmi üç-iyirmi yeddi yaş arası yazmışam onları) bir az başqa cür adam idim, düşüncələrim başqa idi, ədəbiyyata baxışım başqa idi. Əslinə qalsa, o vaxtlar hələ ədəbiyyatın, hekayə yazmağın nə olduğunu bilmirdim. Heç indi də tam dəqiqliyiylə bilmirəm, amma hər halda savadım və biliyim o vaxtkından az da olsa artıb və bu inkişaf da (yəqin inkişaf deməklə səhv etmirəm) o hekayələr kimi hekayə yazmağıma mane olur. Hə, daha o cür yaza bilmirəm. Onda bu kitabı da həsr edək o hekayələri yazan Həmidə…
Semiqon sürünə-sürünə yaxınlaşdı çarpayının küncünə və uzun fəsillər sonra gözündən yaş damcısı ayrıldı. Damcı süzülərək Luzinin cansız bədənin yanında yerə dəydi. Əlində Semiqonun ona hədiyyə verdiyi, taxtadan düzəldilmiş at oyuncaq var idi. Balaca qızcığaz oyuncağı sinəsinə sıxmış, eləcə də öldürülmüşdü. Boğazı kəsilmişdi iti silahla. Ya xəncər, ya da başqa hər hansısa kəsici silahla.Luzinin cansız bədənini qucağına aldı. Çölə, ölü atasının yanına addımlayırdı. Ona sonuncu görüşündə uğurlar arzulayan balaca Luzinin – Vayzonun gülərüz mələyinin əlləri yerə doğru sallanaraq sağa-sola yellənirdi Semiqonun qucağında.
Ramiz Rövşən: ""Köhnə dostum Kamalın bu yeni romanı (onun öz sözüylə desək, “romanabənzər”i), məncə, təxminən iyirmi il bundan əvvəl məşhur “Yarımçıq əlyazma” ilə başlayan romanlar silsiləsinin son, yekun kitabıdır"". Tehran Əlişanoğlu: ""Kamal Abdullanın romana daxil etdiyi “tanış və yad sonsuz lüğət” anlayışı və bu ətrafda düşüncələri, mənimcə, dahiyanədir…"" Azər Turan: ""…tanış sonsuz lüğətdə (bəlkə də, yaddaşın alt qatında) var olan sevimli qəhrəmanları pyedestaldan aşağı, hamının yanına düşürmək Kamal Abdullanın kredosu olub. Özü demişkən, bu, çox təhlükəli idi. Elnarə Akimova: ""Linqvistik yöndən baxsaq, müəllif orta əsrlərin özünəməxsus ifadə tərzi, dil stixiyası, emosional siqlətini qorumaqla oxucunu oğuz-azəri stixiyasını bütün ruhu ilə hiss etməsinə nail olur…"" Kamal Abdulla: ""Bu roman Laokoona inanan Troya haqqındadır"".