İrqlərin hökmranlığı və Arçibald sərhədləri. Tural İsmayılzadə

. İrqlərin hökmranlığı

Скачать книгу
Читать онлайн

İrqlərin hökmranlığı və Arçibald sərhədləri


Год выпуска 0

isbn 978-9952-8411-7-6

Автор произведения Tural İsmayılzadə

Жанр

Серия İrqlərin hökmranlığı

Издательство Köhlən Nəşriyyatı


Semiqon sürünə-sürünə yaxınlaşdı çarpayının küncünə və uzun fəsillər sonra gözündən yaş damcısı ayrıldı. Damcı süzülərək Luzinin cansız bədənin yanında yerə dəydi. Əlində Semiqonun ona hədiyyə verdiyi, taxtadan düzəldilmiş at oyuncaq var idi. Balaca qızcığaz oyuncağı sinəsinə sıxmış, eləcə də öldürülmüşdü. Boğazı kəsilmişdi iti silahla. Ya xəncər, ya da başqa hər hansısa kəsici silahla.Luzinin cansız bədənini qucağına aldı. Çölə, ölü atasının yanına addımlayırdı. Ona sonuncu görüşündə uğurlar arzulayan balaca Luzinin – Vayzonun gülərüz mələyinin əlləri yerə doğru sallanaraq sağa-sola yellənirdi Semiqonun qucağında.