Əli Şamil

Список книг автора Əli Şamil



    Dissident sorağında (1956-1986)

    Əli Şamil

    Tarix boyu toplum alışılmış qaydaların dəyişilməsini istəyənləri, fərqli düşünənləri, yenilikçiləri heç də xoş qarşılamamış, əksinə, onları susdurmağa çalışanların, cəzalandıranların tərəfini saxlamışdır. Sovetlər Birliyi dönəmində də belə olmuş, minlərlə insan iqtidarın yanlış siyasətinə etirazını bildirdiyinə görə cəzalandırılmış, haqlarında yanlış bilgilər yayılmış, həqiqət toplumdan gizlədilmişdir. Sovetlər Birliyi çökdükdə arxivlər açılmış, gizlinlər ortaya çıx-mışdır. Varşavada yaradılan KARTA təşkilatı sosializm düşərgəsinin Doğu Avropa ölkələrindəki ictimai-siyasi baxışlarına görə təzyiq və təqibə məruz qalan insanları tanıtmaq məqsədilə “Dissident sözlüyü” ensiklopediyası hazırlamağı planlaşdırımışdır. “Dissident sözlüyü”nə materiallar hazırlamaq məqsədilə keçmiş sosialist respubliklarında və Sovetlər Birliyinin Avropa hissəsindəki respublikalarda işçi qrupları yaradılmışdır. Kitaba “Dissident sözlüyü” Azərbaycan qrupunun hazırladığı və 1956 – 1986-cı illəri əhatə edən məqalələr daxil edilmişdir.

    Colan Türkmanları

    Əli Şamil

    Kitabda Suriyanın Colan bölgəsində (indi bu bölgənin çoxu İsrail işğalı altındadır) yaşayan soydaşlarımızın – Türkmanların taleyindən, onların tarixindən və adət-ənənələrindən söz açılır. Yox edilməkdə olan, ərəbləşdirilməyə məruz qalan Colan Türkmanlarının sayı bəzi qaynaqlara görə, 50-60 min arasındadır. Əslində isə bu gün Suriyada 3,5 milyon Türkman var və onların 1,5 milyonu öz ana dilində danışsa da, 2 milyonu artıq ana dilində danışmağı unutmuşdur. Oxuculara təqdim edilən bu kitabda Suriyanın Colan, Bayır-Bucaq, Hələb və b. bölgələrində yaşayan Türkmanlardan, onların tarixindən söz açılır, yaşadıqları kəndlərin adları göstərilir, folklorlarından və etnoqrafik özəlliklərindən örnəklər verilir, konkret nümunələr əsasında dillərinin söz varlığı Azərbaycan Türkcəsi ilə tutuşdurulub gözdən keçirilir. Kitabdan folklorçularla yanaşı, etnoqraflar, dilçilər, tarixçilər, coğrafiyaçılar da yararlana bilərlər.

    Dastanlaşmış ömürlər

    Əli Şamil

    Rusiya Qafqazı işğal etsə də əhalinin müqavimətini tam qıra bilmədi. Azərbaycan türkləri arasında müstəmləkəçilərə qarşı mübarizənin ən geniş yayılmış forması qaçaqçılıq hərəkatı oldu. Qafqazın müxtəlif bölgələrində qaçaqlar 150 ilə yaxın hökumətə müqavimət göstərdilər. Təqib və təzyiqlərə baxmayaraq xalq onları sevdi, şəninə mahnılar qoşdu. Bu kitabda da indiki Ermənistan Respublikası adlanan bölgədə və Naxçıvan Muxtar Respublikasında doğulub XIX-XX yüzilikdə qaçaqlıq və xalq sərkərdəliyi etmiş insanlardan və onlar haqqındakı rəvayətlərdən, mahnılardan söhbət açılır.

    Parçalanmış Türküstanı gəzərkən

    Əli Şamil

    Kitaba müəllifin Qazaxıstanda, Qırğızıstanda, Özbəkistanda və Türkmənistanda keçirilən simpoziumlara gedərkən yolda başına gələn hadisələrdən, eləcə də elmi toplantılarda tanış olduğu araşdırıcılardan, bölgənin yaxın və uzaq keçmişindən, bugünkü ictimai-siyasi vəziyyətindən, Türküstanda yaşayan eyni soylu xalqların birliyinə əngəl olan səbəblərdən bəhs edən yazılar daxil edilmişdir.

    Albaniya və Azərbaycandakı Albanlar

    Əli Şamil

    Avropanın güneyində, Adriatik dənizinin sahilindəki Albaniya dövləti ilə Qafqaz Albaniyasını 1100 ilə yaxın bir tarix ayırır. Adları oxşar olan bu ölkələrdə insanlar soyca bir-birinə bağlı olmasalar da görünüşlərində, davranışlarında bir yaxınlıq var. Balkanlardakı bir çox ölkələrlə müqayisədə Albaniyanın Azərbaycanla iqtisadi, siyasi əlaqələri zəifdir. Buna baxmayaraq 20-ci yüzildə Azərbaycanda albanlar yaşamış və ölkənin ictimai-siyasi həyatında izlərini qoymuşlar. Kitaba yol qeydlərim, Azərbaycanda yaşamış Nafiə Abid (Tanur), Əhməd Bedi Triniç, İsmail Farka haqqında bəhs edən məruzə-məqalələr daxil edilib.

    Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya

    Əli Şamil

    Kitaba müəllifin Quzey Qafqaza, Kırıma, Qaqauz Yerinə və Güney Koreyaya gedərkən şahidi olduğu hadisələrdən, eləcə də elmi toplantılarda tanış olduğu araşdırıcılardan, bölgənin yaxın və uzaq keçmişindən, bu günkü ictimai-siyasi vəziyyətindən, eyni soylu xalqların birliyinə əngəl olan səbəblərdən bəhs edən yazılar daxil edilmişdir.