Köhlən Nəşriyyatı

Все книги издательства Köhlən Nəşriyyatı


    Orion – 51

    Ruzigar Ələkbər

    Orion həqiqətə daha yaxın olan bir yuxudur. Bəlkə də, taledir, ya da xəyal. Aydın ağıl yoxdursa, demək, hər şey bulanıqdır. Bulanıq olan şeylər ağlımızda həqiqət, yaxud da Nream kimi formalaşmağa məhkumdur. Nream yuxudur. Nream yoxluqdur… Görüntülərin bulanıq olduğu kainatda yalnız səslərə inana bilərdik, Nreamı anlamaq və həqiqətə varmaq üçün. Budur inandıq və indi Bellatriksdəyik…

    Qardaşım Elçibəy haqqında xatirələrim

    Murad bəy

    Əsər Türk dünyasının böyük oğlu, XX əsrin sonlarında Azərbaycan Xalq Hərəkatının lideri, Müstəqil Azərbaycan Cümhuriyyətinin yenidən bərpasının memarı, Azərbaycan Respublikasının Demokratik yolla seçilmiş ilk prezidenti Əbülfəz Elçibəyin 62 illik mənalı həyatına, onun anadan olduğundan son mənzilə yola salınana qədərki dövrü əhatə edən böyük qardaşı Murad Bəyin Elçibəylə bağlı qələmə aldığı bu dəqiq faktlara əsaslanan "Xatirələrim" adlı samballı əsəri Elçibəysevərlərin gələcəkdə yazacaqları əsərlərinə ilk dəqiq məmbə sayıla bilər.

    Köylü hərəkatı və Lenin milli siyasəti

    Mirzəbala Məmmədzadə

    Kitabda görkəmli ictimai-siyasi xadim, elm adamı, publisist, dramaturq, yazıçı, ədəbiyyatşünas, Azərbaycan milli istiqlal davasının öndəri, siyasi düşüncə tariximizdə xüsusi yeri olan M.B.Məmmədzadənin “Azərbaycanda köylü hərəkatı. Tam istiklale müteveccih derin ve kuvvetli milli bir mücadeledir” və “Lenin milli siyasəti. Azərbaycanda nə nəticələr verdi?” əsərləri daxil edilmişdir. XX yüzillikdə Azərbaycanda gedən milli azadlıq mübarizəsi və ictimai fikir tariximizi öyrənmək baxımından olduqca dəyərli olan bu əsərlər universitet müəllimləri, araşdırıcılar, ictimai-siyasi fəaliyyətlə məşğul olan gənclər üçün olduqca əhəmiyyətlidir.

    Dəlixanadan gələn sevgi məktubları

    Meyxoş Abdullah

    Meyxoş Abdullah yazdığı hər hansı kiçik hekayəsində belə dərin insan psixologiyasını xarakterizə edən, cəmiyyətin müəyyən təbəqələrində baş verən hadisələrə öz yazıçı təfəkkürü ilə yanaşan və həmin hadisələri yazıçı həssaslığı ilə qələmə almağı bacaran bir nasirdir. Onun əsərlərinin mövzusu hər addımbaşı rastlaşdığımız, bəlkə də yanından laqeydliklə ötüb keçdiyimiz həyat hadisələrindən ibarətdir. O hadisələr ki yazıçı onu öz qələmiylə cilalayaraq, rəngləyərək və qəlbinin süzgəcindən keçirərək oxucusuna bədii formada təqdim edir. Öz dəst-xətti olan və müasir Azərbaycan ədəbiyyatının nəsr janrında bir çox uğurlara imza atan yazıçının əsərləri oxucular tərəfindən həmişə rəğbətlə qarşılanıb.

    Tarix müəlliminin etirafları

    Meyxoş Abdullah

    M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb.Yazdığı əsərlər kitab şəklində kütləvi tirajla buraxılıb. Kitabda müxtəlif illərdə müharibə mövzusunda yazılan hekayələr toplanmışdır.

    Əsir qadın

    Meyxoş Abdullah

    M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb. Real faktlar üzərində yazılan və oxucular tərəfindən maraqla qarşılanan “Əsir qadın” romanı 2009-cu ildə kitab şəkilndə oxuculara təqdim olunub və oxucu kütləsini təsirləndirən ən faciəli roman kimi yadda qalıb. Ən önəmli məqamlardan biri də odur ki, romanın ilk adı “İt anası” olub. Yazıçı bu barədə deyir: “İlk variantda kitabın adı “İt anası” olub. Hələ kitab çıxmamışdan qabaq müsahibələrimin birində bu əsər barədə danışmışdım. 2006-cı ildə məni çağırdılar, bu məsələylə bağlı sorğu-sual etdilər. Mən onlara bu əsəri əlimdə olan bəzi faktlar əsasında yazdığımı söylədim. Bundan sonra ümumi razılıq əldə etdik və mən əsərin adını və əsərdə gedən bəzi faktları çıxarmalı oldum”. M.Abdulla onu da qeyd edir ki, “Əsir qadın” əsəri, onun Qarabağ mövzusunda yazdığı hekayə və povestlərdən sonra yazılan ən iri həcmli romanıdır: “Romanda hadisələrin görünməyən tərəflərini bədii obrazlarla verməyə çalışmışam. Amma erməni zabitinin öz küçüklərini əsir qadının qucağına qoyaraq öz övladı kimi süd verməyə onu məcbur etməsi faktı doğrudur. Belə bir şəkil erməni qəzetlərinin birində verilmişdi. Şəkilin altında da ermənicə “İt anası” sözləri yazılmışdı, bunu təsdiq edənlər oldu.

    Yağışla gələn dualar

    Meyxoş Abdullah

    M.Abdulla ədəbi fəaliyyətə XX əsrin 80-ci illərində başlayıb.Yazdığı əsərlər kitab şəklində kütləvi tirajla buraxılıb. Kitabda müxtəlif illərdə ailə məişət mövzusunda yazılan hekayələr toplanmışdır.

    Yazsa roman olar

    Eyyub Məmmədov

    “Böyük ruhlar, böyük çaylar kimidir”– deyir bir yazısında. “Dibləri heç vaxt eyni qalmaz”. Həyatdan anlayan biri kimi Panait İstraitiyə də bildiyi bir yolu getməkdən, oxşar taleyi yaşamaqdan, tanıdığı sularda üzməkdən hüzünlü bir şey ola bilməzdi. Odur ki, dayanmaq mümkün deyil. Bəlkə də, elə o bu dünyaya da harasa getmək üçün gəlmişdi. Yaşadığı bir həyatı bəyənməyib, bizim həyatımıza gələn və bundan da qane olmayıb başqa bir həyat arayışına çıxan bir insan hekayəsdir bu. Panait İstraiti.

    Təzə gəlin

    Ayaz İmranoğlu

    …Yad, soyuq bir təmasdan üşənib gözlərini açdı. Döşləri arasında qıvrılıb yatan ilanın başı dodaqları üstündəydi. Hələ də yuxudaymış kimi mürgülü baxışlarla ilana baxırdı. İlan təzə gəlinin ona baxdığını hiss etdi. Dodaqları üstünnən azca başını qaldırıb, haça dilini çıxararaq gəlinin burnunun ucuna toxundurdu.

    Alagöz

    Meyxoş Abdullah

    Meyxoş Abdullahın yazmış olduğu "Alagöz" romanı 2002-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Bədii Ədəbiyyatı Təbliğ Bürosunun Milli mənəvi yaddaşa qayıdışı təbliğ edən və Qarabağ mövzusunda yazılan ən yaxşı bədii əsərlər üçün təsis etdiyi "Yaddaş" mükafatına layiq görülmüşdür. Əsər Qarabağ müharibəsi mövzusunda yazılmış ən yaxşı romanlardan biri hesab olunur.