Nərmin intihar etdi. Xəbəri səhər tezdən Firəngiz xaladan eşitdim. İnanmadım. O, Nərmini tanımırdı, bəlkə kiminləsə səhv salmışdı. Sonra məhəllə arvadları da danışdılar: – Yuxarıdakı binada bir qız özünü asıb. Bu da balaca dostum: televizorda özünü öldürən qızdan danışırlar. Baxdım. Gözümün yaşını silib heç kimə heç nə demədən Nərminin yaşadığı binaya getdim. Kimdən soruşdum, eynən belə dedilər: – Bir professoru öldürüb. Sonra evin hamamında özünü asıb. Dəfn olunduğu yeri də öyrəndim: anasının yanında…
Avropanın güneyində, Adriatik dənizinin sahilindəki Albaniya dövləti ilə Qafqaz Albaniyasını 1100 ilə yaxın bir tarix ayırır. Adları oxşar olan bu ölkələrdə insanlar soyca bir-birinə bağlı olmasalar da görünüşlərində, davranışlarında bir yaxınlıq var. Balkanlardakı bir çox ölkələrlə müqayisədə Albaniyanın Azərbaycanla iqtisadi, siyasi əlaqələri zəifdir. Buna baxmayaraq 20-ci yüzildə Azərbaycanda albanlar yaşamış və ölkənin ictimai-siyasi həyatında izlərini qoymuşlar. Kitaba yol qeydlərim, Azərbaycanda yaşamış Nafiə Abid (Tanur), Əhməd Bedi Triniç, İsmail Farka haqqında bəhs edən məruzə-məqalələr daxil edilib.
Kitaba müəllifin Quzey Qafqaza, Kırıma, Qaqauz Yerinə və Güney Koreyaya gedərkən şahidi olduğu hadisələrdən, eləcə də elmi toplantılarda tanış olduğu araşdırıcılardan, bölgənin yaxın və uzaq keçmişindən, bu günkü ictimai-siyasi vəziyyətindən, eyni soylu xalqların birliyinə əngəl olan səbəblərdən bəhs edən yazılar daxil edilmişdir.
…Adətən, heç kimə söz sızdırmayan Şövqiyyə xanım o gün Qaraqızın sarsıldığını görüb, nədənsə məsələni ona izah elədi. Bildirdi ki, zorlama məsələsidi. O tutulan cavan həqiqətən də günahsızdı. Tutulmalı olanı isə çox güclü adamlar himayə edir. O, baş verənlərə görə Hidayət müəllimin hələ də özünə yer tapa bilmədiyini söylədi. “Elə bilirsən taqsır Hidayət müəllimdədi? Qətiyyən! İxtiyarı öz əlində olsa nə var ki? Nə deyirlər, onu da eləyir…”Qaraqız tez-tez Hidayət müəllimin ziyafətlərinə yığışan adamların tavırına bələd idi. Çoxu yekəxana, özündənrazı, göynəngedən adamlar idi. Dəfələrlə Hidayət müəllimin onların önündə necə sıxıntı keçirdiyinin, necə yaltaq bir görkəm aldığının şahidi olmuşdu. Amma Rza haçansa bir dəfə ona Hidayət müəllimin heç də göründüyü qədər zəif, ürəyiyumşaq, mağmın olmadığını çınqıllatmışdı. “Elə olsaydı, bu qədər malın, mülkün sahibi ola bilməzdi. Yadında saxla, Hidayət müəllim çoxmərtəbəli bina kimidi. Biz onun ancaq bir mərtəbəsini tanıyırıq, o biri mərtəbələrinə çıxmaq üçün pilləkən yoxdu, lift isə işləmir…” – deyib gülümsəmişdi və bu sözlər sırğa kimi qalmışdı Qaraqızın qulaqlarında…
Bu gün hava küləklidir. Səmada boz buludlar dolaşır. Dalğalar isə… dalğalar əsl mənim istədiyim kimidir bu gün. Çırpılmağa qaya axtarırlar. Bu mənzərəni çox xoşlayıram. Dalğa olmayanda dəniz maraqlı olmur. Məni dənizə cəlb edən dalğadır. Sakit dənizi sevən bədbəxt adamlardır. Düzdür, mən də özümü xoşbəxt hesab etmirəm. Mən neytral səviyyədə durmuşam, iki qütbün – xoşbəxt və bədbəxtin arasında.
“Marina” artıq öz evindədir və oxucu onunla birlikdə Oskara qulaq asa bilər. Bəlkə, oxucuların köməkliyi ilə müəllif nəyə görə romanı tamamladığı gün imiş kimi romanın xatirində hələ də diri olduğunu başa düşər və Marinanın dediyi kimi, heç vaxt olmayan bir şeyi xatırlayar.