Böyük rus yazıçısı Aleksandr Kuprin təbiəti çox sevirdi, quşların, heyvaların vərdişlərinə yaxşı bələd idi, özü uşaqlığında heyvan saxlamışdı. Bu təcrübədən çıxış edərək o heyvanlar haqqında əsrarəngiz uşaq hekayələri yazaraq uşaqların sevimli yazıçısına çevrilib. Onun bütün hekayələri gözlənilməz sonluqla bitir. Kitaba müəllifin ən maraqlı uşaq hekayələri daxil edilib.