Мамед Эмин Расулзаде

Список книг автора Мамед Эмин Расулзаде



    Bir Türk Milliyyətçisinin Stalinlə ixtilal xatirələri

    Мамед Эмин Расулзаде

    Kitab Məmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fıkri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır. Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

    İran yazıları

    Мамед Эмин Расулзаде

    Bu kitabda Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin mühacirətdə yaşadığı illərdə yazdığı İran haqqında məqalələri toplanıb. Bu yazılardan İranda aparılan ictimai-siyasi proseslərlə bağlı geniş bilgilər əldə etmək mümkündür. Kitabda M.Ə.Rəsulzadənin İranda baş vermiş Məşrutə hərəkatı haqqında və böyük şair Şəhriyarın “Heydərbabaya salam” əsəri haqqındakı “Ədəbi bir hadisə” yazıları da oxuculara təqdim edilib.

    Azərbaycan şairi Nizami

    Мамед Эмин Расулзаде

    "Azərbaycan şairi Nizami" – Məhəmməd Əmin Rəsulzadənin Nizami Gəncəvinin 800 illik yubileyi münasibətilə 1941-ci ildə yazdığı, ilk dəfə 1951-ci ildə Ankarada nəşr olunan əsəri. M.Ə.Rəsulzadənin Nizami haqqında bu kitabı mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir.

    Qafqaz xatirələri

    Мамед Эмин Расулзаде

    Məhəmməd Əmin Rəsulzadənin “Qafqaz xatirələri” tarixi-sənədli əsəri XX əsrin əvvəllərində baş vermiş tarixi hadisələrlə yanaşı, bu gün dünyada, xüsusən Qafqazda baş verən geosiyasi vəziyyətə də aydınlıq gətirir. Bu tarixi qeydlər bir daha sübut edir ki, ozamankı siyasi gedişatlar, Qafqaz üzərində cərəyan edən dünya maraqları təkrarlanır. Ümidvarıq, bu tarixi xatirələri təkcə oxucu kimi deyil, həm də bir vətəndaş kimi oxuyub, nəticə çıxaracaq, dünyaya açıq gözlə baxacaqsınız.

    Azərbaycan şairi Nizami

    Мамед Эмин Расулзаде

    Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” əsəri 1941-ci ildə yazılsa da, nəşri gecikərək 1951-ci ildə Türkiyənin paytaxtı Ankarada yerləşən Milli Təhsil Nəşriyyatında gerçəkləşib. “Azərbaycan şairi Nizami” əsərini Azərbaycanda ilk dəfə pr.dr. Rüstəm Əliyev ixtisarla kiril qrafikalı əlifba ilə 1991-ci ildə Azərnəşrdə çap etdirib. Bu versiya isə orijinalı ilə tutuşdurularaq Əvəz Qurbanlının redaktəsində nəşrə hazırlanıb. “Azərbaycan şairi Nizami” əsəri mühacirət ədəbi fikrinin, xüsusilə nizamişünaslığın ən dəyərli uğurlarından biri hesab edilir. Bu monoqrafiya başlanğıc, dörd fəsil, son söz və əlavələrdən ibarətdir. Əsərin birinci fəsli “Nizami kimdir” sualına verilən cavaba, ikinci fəsli “Xəmsə”nin tədqiqinə, üçüncü fəsli Nizaminin mövzularına, dördüncü fəsli isə bu böyük şairin irsində sənət və ideologiya məsələsinin araşdırılmasına həsr olunub. Rəsulzadə kitabın sonuna Nizaminin əsərlərində işlədilmiş türk sözlərinin lüğətini də əlavə edib. Bu kitab Nizami Gəncəvinin 880 illiyinə həsr olunur və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.