Название | Məktəb şagirdlərinə tohfə |
---|---|
Автор произведения | Mirzə Ələkbər Sabir |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-20-4 |
Hal ilə söyləyir sizə bu sözü.
Dinləyin yanğılı sədalərini!..
Eşidin atəşin nəvalərini69!..
Oxuyun, millətin nicatı70 olun!
Ta əbəd baisi-həyatı olun!
TƏBİB İLƏ XƏSTƏ
Bir təbibə gedib də bir bimar71
Dedi: “Mədəmdə ağrı bir şey var;
Bir dəva ver, mana əlac eylə,
Ölürəm, çareyi-mizac72 eylə”.
Tutdu nəbzin təbib onun dərhal:
“Nə yemişsən?” – deyə edincə sual,
Dedi: “Yanmış çörək yedim, doktur73,
Yediyim bir əlavə şey yoxdur”.
Baxa qaldı təbib onun sözünə,
İstədi bir dəva tökə gözünə.
Xəstə: “Mədəmdir ağrıyan, a gözüm,
Yoxsa məfhumunuz deyilmi sözüm?”
Dedi doktor ona ki: “Ey əhməq,
Eybli olmasa gözün mütləq,
Yanmış əkmək yeməz idin əsla,
Bu səbəblə yarar tökülsə dəva”.
QOCA BAĞBAN
Bir taqım74 gənc yol kənarından
Keçərək bir bağın civarından75,
Gördülər yüz yaşında bir bağban
İşləyir bağda səy ilə hər an;
Titrəyə-titrəyə əli, bir də
Alma çərdəkləri əkər yerdə.
Gülərək etdilər sual: “A qoca,
Yüz yaşında nədir bu hal, a qoca?”
Dedi: “Yer şumlayıb cəfa çəkərəm,
Torpağa alma çərdəyi əkərəm”.
Dedilər: “Bunda bir səlahın76 yox,
Sən bu gün var isən, səbahın yox.
İndi əkdiklərin nə vəqt çıxar?
Bu çıxınca səni zəmanə yıxar…
Rahət ol, çəkmə boş yerə zəhmət,
Olamaz meyvəsi sənə qismət!”
Dedi: “Əkmişlər, almışız, yemişiz,
Xeyrlə yad edib dua demişiz;
Əkəriz biz daha yeyənlər üçün,
Əhli-xeyrə dua deyənlər üçün”.
QARINCA
Gördülər bir qarınca bir mələxi77
Daşıyır qarşısında sürət ilə;
Dedilər: “Murə78 bax ki, bunca yükü
Qaldırır bir zəif qüvvət ilə”.
Dedi: “Sus, qüvvəti-bədənlə deyil,
Çəkərəm qüvvəti-həmiyyət79 ilə”.
Ey oğul, murdən götür ibrət,
Get ağır işdə işlə qeyrət ilə!
Ufacıq80 işləri hünər sanma,
Böylə işlər keçər sühulət81 ilə.
Hünər oldur ki, bir böyük əməli
Edəsən həll min süubət82 ilə.
Kişilər himməti dağı qoparır,
Kişi ol, dağ qopar həmiyyət ilə!
Xassə, icrayi-əmri-millətdə
Pişkam83 ol kəmali-cürət ilə!
Vətən uğrunda, millət eşqində
İş apar, baş gedərsə, qoy getsin…
Ad qalır, bəs deyilmi, millət ilə?!
MOLLA NƏSRƏDDİNİN YORĞANI
Gecə yatmaq zamanı çatmış idi,
Molla Nəsrəddin evdə yatmış idi.
Nagəhan86 küçədən ucaldı səda,
Vurharay düşdü, qopdu bir qovğa.
Molla, çiynində yorğanı, dərhal
Küçəyə çıxdı müztərib-əhval87.
Gördü bir yanda bir ağır dəstə,
Sanki minmiş adamlar üst-üstə.
İstədi dəstəyə tərəf getsin,
“Bu yığıncaq nədir”, – sual etsin.
İşbu əsnadə88 bir nəfər tərrar89
Yorğanı qapdı nagəh, etdi fərar90.
Molla bu qissədən pərişanhal
Evinə döncək övrət etdi sual:
“De görüm, küçədə nə var, a kişi?
Bu nə dəvadır91, anladınmı işi?”
Dedi: “Yorğan üçün imiş bu təlaş,
Aldılar yorğanı, kəsildi səvaş”.
UŞAQ VƏ PUL
Küçədən bir çocuq yüyürdü evə,
Bir
69
Nəva – avaz, səs
70
Nicat – qurtulma, xilas olma, salamat qalma
71
Bimar – xəstə
72
Çareyi-mizac – sağalmaq, yaxşı olmaq çarəsi
73
Doktur – “doktor” sözünün təhrif olunmuş forması
74
Taqım – qrup, dəstə
75
Civar – qonşu, yaxın yer
76
Səlah – yaxşılıq, sülh, salamatlıq
77
Mələx – çəyirtkə
78
Mur – qarışqa
79
Həmiyyət – qeyrət, şərəf və namusu mühafizə və müdafiə etməkdə cəhd göstərmə
80
Ufaq – kiçik, balaca
81
Sühulət – asanlıq
82
Süubət – çətinlik
83
Pişkam – qabaqcıl, təşəbbüskar
84
Bəzli-can – can vermə, canını əsirgəməmə
85
Xülusi-niyyət – saf, təmiz niyyət
86
Nagəhan – qəflətən, birdən-birə
87
Müztərib-əhval – qəm-kədər içində, halı pərişan
88
Əsna – vaxt
89
Tərrar – oğru, cibgir
90
Fərar – qaçma, gizli qoyub qaçma
91
Dəva – hüquq müdafiəsi üçün məhkəmə işi; müharibə, vuruşma, dava