Название | Məktəb şagirdlərinə tohfə |
---|---|
Автор произведения | Mirzə Ələkbər Sabir |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-311-20-4 |
Mirzə Ələkbər Sabir Abbas Səhhətlə də yaxından dostluq edirdi. Onların arasında maraqlı poeziya söhbətləri, ədəbi müzakirələr olurdu ki, bu da hər ikisinin poetik fikirlərinin formalaşmasına təsir göstərirdi.
Sabirin xalqı maarifləndirmək sahəsində gördüyü iş təkcə satiralar yazmaqla bitmirdi. O, məktəblər üçün proqram və dərsliklərin yazılmasına çalışır, “Dəbistan” və “Rəhbər” kimi uşaq jurnallarında onlar üçün şeirlər çap etdirirdi. Balacalar üçün “Milli nəğmələr” məcmuəsində “Məktəbə tərğib”, “Birinci il” dərsliyində “Uşaq və buz”, “Yaz günləri”, “İkinci il” və “Yeni məktəb” dərsliklərində “Cütçü”, “Qarğa və tülkü”, “Ağacların bəhsi” şeirlərini çap etdirmişdir. Bununla yanaşı, 1908-ci ilin yayında Şamaxıdakı karvansaraların birində iki otaqdan ibarət “Ümid” məktəbini açır. Bu məktəbdə 60-a qədər şagird müasir formada təhsil almışdır. Amma təəssüf ki, uşaqların həvəslə gəldiyi, dərs aldığı bu məktəb cəmi bir ildən sonra bağlanır. Bundan ruhi sarsıntı keçirən şair iş üçün Bakıya gəlir.
Yaşamaq, millətin işıqlı sabahı, arzularının həyata keçməsi üçün özündən çox-çox “güclülərlə” mübarizə aparan şair 1911-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir və Şamaxıda “Yeddi günbəz” qəbiristanlığında dəfn olunur.
Sabirin əsərləri rus, ukrayna, gürcü, tatar, fars, ingilis və s. dillərə tərcümə olunmuş, onun şeirlərinə Azərbaycanla yanaşı Türkiyədə, İranda, Misirdə, Orta Asiyada nəzirələr yazılmışdır. Ukrayna şairlərinə həsr olunmuş bir ədəbi gecədə Sabirin ukraynaca şeirini oxuyan ukraynalı yazıçı: “İcazə verin, sizə bir dənə “satirik”, daha doğrusu, “sabirik” şeir oxuyum”, – deyərkən tədbirdə iştirak edən böyük şairimiz Səməd Vurğun yerindən həyəcanla: “Gözəl termindir!” – söyləmişdir”.
Böyük şairimiz Səməd Vurğun “Sabirin şərəfinə” şeirində ustad şairin yaradıcılığına, şəxsiyyətinə olan məhəbbətini, onun cəsarətinə, vüqarına olan ehtiramını belə əks etdirirdi:
Sinənə çarpdıqca kinli dalğalar,
Bir qoca dağ kimi durdun dəryada.
Sən ey azadlığın səhər rüzgarı,
Sınmadı qəlbinin tərlan vüqarı.
Əsrlər dolaşıb gəlib keçsə də,
Tarix unutmayır mərd oğulları.
Bu təkcə Səməd Vurğunun yox, bütün Sabirsevərlərin, ürək sözləridir.
Əziz uşaqlar, Sabirin şeirlərindəki bəzi sözlər və ifadələr sizin üçün anlaşıqlı olmaya bilər, onu başa düşməkdə çətinlik çəkə bilərsiniz. Amma Sabiri oxumaqdan əsla vaz keçməyin. Bilmədiyiniz sözlərin mənasını axtarıb tapmağa çalışın. Çünki Sabir Azərbaycan ədəbiyyatının bir əsrlik yolunu müəyyənləşdirən, onun dərdlərinə güzgü tutan böyük və əvəzolunmaz şairimizdir.
UŞAQLARA HƏDİYYƏ
MƏKTƏB ŞƏRQİSİ
Məktəb, məktəb, nə dilgüşasən6,
Cənnət, cənnət desəm, səzasən7.
Şadəm, şadəm təfərrücündən8,
Əlhəq9, əlhəq, gözəl binasən!
Ətrin, ətrin güli-cinandır10,
Feyzin11, feyzin həyati-candır,
Qünçən, qünçən səfayi-vicdan,
Nurun, nurun ziyafəşandır12!
Tahir13, zahir14 hünərlərin var,
Bahir15, zahir səmərlərin16 var,
Dərya-dərya təməvvücündə17
Parlaq-parlaq gühərlərin18 var!
Dəftər-dəftər xəbərlərin var,
Rəhbər-rəhbər əsərlərin var,
Mişgin-mişgin qələmlərində
Ahu-ahu nəzərlərin var!
Himmət19, himmət səninlə ali,
Xaki20-vətən səninlə hali,
Sənsən, sənsən ümum nasın21
Nitqi, fikri, dili, məqali22!
Gülşən-gülşən lətafətin var,
Rövşən-rövşən23 səadətin var,
Vazeh-vazeh24 bəyanlarında
Şirin-şirin hekayətin var!
Olsun, olsun səninlə xoşhal,
Yetsin, yetsin kəmalə ətfal25,
Görsün, görsün pəsərlərində26
MƏKTƏBƏ TƏRĞİB29
Mənim bağım, baharım!
Fikri ziyalı oğlum!
Məktəb zamanı gəldi,
Dur, ey vəfalı oğlum!
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Gün çıxdı, sübh açıldı,
Qaranlıqlar qaçıldı,
Pəncərədən gün düşdü,
Otaqlara saçıldı.
Ey gözüm, ey canım!
Get məktəbə, cavanım!
Oğul, oğul, amandır,
Çox
6
Dilgüşa – könül açan
7
Səza – layiq, yaraşan
8
Təfərrüc – gəzib fərəhlənmə, şadlıqla seyrə çıxma
9
Əlhəq – həqiqətdə, doğrusu
10
Cinan – cənnət, behişt
11
Feyz – yaxşılıq; nemət, bərəkət
12
Ziyafəşan – işıqlı, işıq saçan, nur saçan
13
Tahir – pak, təmiz
14
Zahir – açıq, aydın
15
Bahir – parlaq, gözəl; hər kəsə məlum
16
Səmər – meyvə, məhsul, fayda
17
Təməvvüc – dalğalanma, ləpələnmə
18
Gühər – gövhər, mirvari
19
Himmət – qeyrət, səy
20
Xak – torpaq; mülk, dövlət
21
Nas – xalq, el
22
Məqal – söz, söyləmə, nitq, danışıq
23
Rövşən – işıq, işıqlı, aydın
24
Vazeh – aydın, açıq, aşkar; şübhəsiz
25
Ətfal – uşaqlar
26
Pəsər – oğul
27
Pədər – ata
28
İqbal – taleyin gülməsi, bəxtin açılması; yaxşı bəxt
29
Tərğib – rəğbətləndirmə, həvəsləndirmə