Аудиокитаб ООО

Все книги издательства Аудиокитаб ООО


    Ovod

    Этель Лилиан Войнич

    Roman 1897-ci ildə ABŞ-da nəşr olunub. Əhvalatlar Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın ətrafında baş verir. Onun atası Padre Montanelli ilə münasibətləri, dostu Cemmaya olan sevgisi ilə əlaqədar olan faciəvi hadisələr əsərin əsasını təşkil edir. Bu, din, məyusluq, inqilab, romantika və qəhrəmanlığın əsəridir. «„Ovod“» romanı bir əsrdən artıqdır ki, böyük maraqla qarşılanır və oxucularda güclü emosiyalar yaradır. Bu əsər 19-cu əsrin 30-cu illərində italyanların işğalçı Avstriya imperiyasına qarşı üsyanından, bu üsyanın iştirakçılarından biri olan Artur Bertonun faciəli həyatından bəhs edir. «„Mozalan“» təxəllüsü ilə kəskin yazılar yazan bu gənc idealist sonunda öz xalqının azadlığı uğrunda canından belə keçməyə hazır olan inqilabçı Feliçe Rivaresə çevrilir. O, usanmadan, yorulmadan, düşmənlə mübarizə aparır, hətta haqqında çıxarılan ölüm hökmünün dəyişdirilməsi təklifi də onu tutduğu yoldan döndərə bilmir. Bu mübariz gəncin qəlbində bir də şəxsi faciələrinin açdığı yaralar – doğmalarının onu intihara sürükləyən yalanı və bütün həyatını qaraldan cavabsız sevgisi var.

    Cəhənnəm

    Дэн Браун

    Harvard Universitetinin simvolistika üzrə professoru Robert Lenqdon oyanarkən başından yara aldığını və son günlərdə nə baş verdiyini xatırlamadığını görür. O, sonuncu dəfə Harvard Universitetində olduğunu xatırlasa da, tezliklə Florensiyada olduğunu anlayır. Ona xidmət edən həkimlərdən biri olan Sienna Bruks bildirir ki, professor xəstəxanaya gətirilərkən huşu özündə olmayıb və başından güllə yarası almış olub. Bu zaman Roberti təqib edən qadın qatil Vayenta xəstəxanaya girərək onu öldürməyə cəhd edir, lakin, həkim Sienna Bruksun köməkliyi ilə Robert Lenqdon xəstəxanadan qaça bilir. Siennanın xəstəxanada baş verənləri söyləməsindən sonra Robert pencəyinin gizli cibində üzərində biotəhlükə işarəsi olan naməlum silindr tapır və ABŞ konsulluğuna zəng etmək qərarına gəlir. Konsulluqdan bildirirlər ki, onlar professoru axtarırlar və yerini bildirməsini xahiş edirlər. Robert yerləşdiyi Siennanın evinin ünvanını söyləyir və qısa zaman sonra silahlı Vayentanın həmin əraziyə gəldiyini görür və qərara gəlir ki, konsulluq onun ölümünü istəyir. Robert qərara gəlir ki, silindri açsın və həmin əşyanın içindən kiçik bir projektor tapır. Projektoru yandırdıqda divarda Botiçellinin “Cəhənnəmin xəritəsi” canlanır. Təsvirin aşağısında yazılıb: “Həqiqəti yalnız ölümün gözlərindən görmək mümkündür.” Bu zaman silahlı əsgərlər Siennanın evi yerləşən binaya doluşurlar və Sienna ilə Robert təcili evi tərk edirlər…

    Ləpirçi

    Джеймс Фенимор Купер

    Amerika yazıçısı Ceyms Fenimor Kuper hinduların həyatını, məişətini və adətlərini təsvir edən ilk və ən məşhur romantik yazarlardandır. Onun əsas qəhrəmanları Yeni Dünyanı fəth edən cəsur avropalılar və Avropa sivilizasiyası qarşısında davam gətirməyib fiziki və mənəvi qətliama düçar olan yerli hindulardır. Ceyms Fenimor Kuperin 1840-cı ildə yazdığı “Ləpirçi” romanı dünya ədəbiyyatı xəzinəsində özünəməxsus yer tutur. Əsərdəki hadisələr XVIII əsrin 50-ci illərində baş verir. Romanın mövzusu fransızlar və ingilislər arasında on illərlə davam edən qanlı müharibədən götürülmüşdür.

    Ölülər

    Cəlil Məmmədquluzadə

    C.Məmmədquluzadə yaradıcılığında “ölülər” mühüm mövqe tutan dramlardan biridir.Tragikomediyanın yazılması 1909 cu ilə təsadüf edir. Əsərin 1916 cı ildə Bakıda uğurla səhnəyə qoyulması isə onun ədəbi şöhrətini daha da artırmışdı.Bu dram vasitəsilə yazıçı movcud cəmiyyətə qarşı öz etirazını bildirir. Bu etirazıni yazıcı İskəndər obrazı vasitəsilə edir. İnsanların cox acınacaqlı bir mühitdə yaşaması İskəndər obrazina cox böyük təsir edir. Ancaq mövcud cəmiyyətə etiraz etsə də insanlar tərəfindən bu etiraza dəli adı verilir. İnsanların öz dəyərlərini cox asaqı səviyyəyə salıb bundan bir şüar, bir qayda qanun kimi istifadə etmələri onu da özünə məxsus etiraz etməyə vadar edir. Bunları görən İskəndər şərab icib kefli gəzməyə baslayır və buna gorə də Kefli İskəndər adlanır. Mövcud cəmiyyəti əks elətdirən ən boyük obraz Şeyx Nəsrullah obrazıdır. Şeyx Nəsrullahın olu diriltmək bacarığına inanıb burda da insanlar ozlərinə lazim olan insanları diriltmək istəyirlər. Bütün bunlara görə İskəndər həmin mühitidəki insanları məhz “ölülüər” adlandırır.Şeyx Nəsrullaha inanan insanların hamısı öz qohum əqrabasının siyahısını tutur və Şeyxə müraciət edirlər bundan əlavə öz qizlarını ona övrət olmağı təklif edirlər. Guya həmin qizlar o zaman cənnətə duşəcəklər.Əsərin sonunda ustalıqla aradan çıxan Nəsrullahın fırıldaqçı olması insanlara məlum olur və Kefli İskəndərin Ölülərə manoloqu ilə əsər başa catır. Əbədilik arzusu və ölüm qorxusu! Ta qədimlərdən insan düşüncəsini məşğul edən əsas problem! Ölümsüzlük arzusu insanı sehrli alma, dirilik suyu haqqında nağıllar, əfsanələr düzüb-qoşmağa vadar edib, kimyagərlər minillər boyu insana əbədiyyət bəxş edən iksir axtarıb, lakin bütün bunlar bir xülya olaraq qalıb. Cəlil Məmmədquluzadənin yüz il öncə yazdığı ölməz “Ölülər”i də məhz bu axtarışların absurdluğuna bir işarədir. Amma “Ölülər”də əsas problem ölülərin dirilməsi yox, dirilərin “ölümüdür”. Burda ölməz olan bircə şey var – “ölülüyün” ölməzliyi! Nadanlığın, cəhalətin, şarlatanlığın əbədiyyəti! Bu, Makedoniyalı İskəndər zamanında da beləydi, Kefli İskəndər vaxtında da! Makedoniya şahının içə bilmədiyi dirilik suyu ilə Danabaş ziyalısının vurduğu arağın arasında isə mahiyyətcə elə bir fərq yoxdur. Hər ikisində fiasko! Makedoniyalı İskəndər dirilik suyuna çata bilmədiyi kimi, Kefli İskəndərin arağı da onun dərdinə dərman ola bilmir.

    Aydın

    Джафар Джаббарлы

    “Aydın” pyesi təkcə Cəfər Cabbarlının deyil, ümumən Azərbaycan dramaturgiyasının qiymətli əsərlərindən biri kimi indi də diqqətəlayiqdir. “Aydın”da ümumiyyətlə, kapitalizm dünyasına, onun əxlaq normalarına qarşı üsyan öz əksini tapıb. Bu əsərlə ədəbiyyatımıza, səhnəmizə yeni tipli üsyançı qəhrəman – Aydın gəldi. O, səhnəyə yüksək humanist arzuları və təsirli həyat faciəsini gətirmişdi. Onun həyat, cəmiyyət, azadlıq, məhəbbət, ailə haqqında özünəməxsus müstəqil fikirləri, bəzən dolaşıq, ziddiyyətli, bir qədər də dumanlı görünən həyat fəlsəfəsi, həyat məramı var. O hər yerdə həqiqət axtaran azad bir insan kimi çıxış edir. Sadə, təmiz vicdanlı, yüksək bəşəri amala malik insanları “altun dünyasının” hökmranlığından üstün tutan Aydın “Mən bir heç deyiləm, mən bir həqiqətəm” deyə “parasız, altunsuz”, lakin saf və ali mənəviyyatlı yaşamağı əsil həyat hesab edir, yoxsul, lakin daxilən zəngin adamların yüksək cəmiyyətin cibi dolu, qəlbi boş ağalarından qat-qat üstün olduqlarını sübuta çalışır. Belə böyük arzuları ilə “altunsuz”, cibboş Aydın altun-kapital dünyası ilə üz-üzə gəlir, fərdi, bir qədər də anarxist çıxışları ilə həmin dünyanın amansız məngənəsində sıxılır, əzilir, acizliyini dərk edir. Lakin, o, Dövlətbəylərin, Balaxanların, ümumən, kapital dünyasının ifşasında mənən qalib gəlir. Aydın sevimli arvadı gözəl və fədakar Gültəkini burjua mühitinin kəsif havasında qoruyub saxlaya bilmir, onların saf məhəbbəti bu mühitin ağır təzyiqi altında tapdanır, məhv edilir…

    Almas

    Джафар Джаббарлы

    1930-cu il. Azərbaycanın uzaq dağ kəndi. Bu kəndə işləməyə gələn gənc müəllimə Almaz (İzzət Oruczadə) burada quruluşun inkişafı və möhkəmləndirilməsi yolunda qarşıya çıxan əngəllər və çətinliklərlə qarşılaşır. Kənddə eyni zamanda kollektivləşmə ilə əlaqədar sinfi mübarizə gedir. Belə bir təzadlı və çətin vaxtda kənddə fəaliyyətə başlayan, bir sıra mürəkkəb məsələlərlə üz-üzə qalan gənc müəllimənin keşməkeşli həyat yolu filmin əsas süjet xəttini təşkil edir.

    Hekayələr

    Антон Чехов

    Dünya ədəbiyyatında görkəmli yerlərdən birini tutan böyük rus yazıçısı Anton Çexov öz əsərlərində yaşadığı dövrün real səhnələrini, ictimai həyatın səciyyəvi tərəflərini əks etdirmişdir. Hekayə sahəsindəki fəaliyyəti ilə bütün dünya ədəbiyyatında diqqəti cəlb etmiş Anton Çexov üçün bir novator yazıçı kimi təmkinli, lakonik təhkiyə üslubu xarakterikdir. Əsas diqqəti qəhrəmanın daxili aləminə yönəldən müəllifin əsərlərində, adətən, gərgin sujet, konflikt yoxdur. Həmin əsərlərdəki özünəməxsus yumor bu mənada lirik təbəssümü, ciddi istehza və satiranı özündə birləşdirən tragikomik gülüşdür. Təqdim olunan bu kitabda müəllifin yığcam bədii novellanın klassik nümunələri sayılan hekayələri toplanmışdır.

    Koroğlu

    Народное творчество

    Koroğlu – Altay, Türkiyə, Türkmənistan, Azərbaycan türklərinin əfsanələrində və xalq əhvalatlarında iştirak edən qəhrəman . Əsl adı Rövşən olmuşdur. Eposun meydana gəlmə amillərindən ilk dəfə əsaslı şəkildə bəhs açan türkmən alimi B. A. Karrıyevin gətirdiyi dəlillər bizdə və başqa ölkələrdə irəli sürülən qənaətlərin özəyini təşkil edir. Daha doğrusu, Eliyas Muşeq, Arakel Təbrizi, Övliya Çələbi, İvan Şopen, A. Xodzko, S. S. Penn, İ. Petruşevski, H. Samuelyanın və başqalarının Koroğlu haqqında söylədiklərinə onun tədqiqatında daha geniş şərh verilmiş, bu səbəbdən də tarixi məxəzlərdən gətirdiyi sitatlar sonralar dərslikləri bəzəmişdir.