Səməd Vurğunun 1933-cü ildə yazdığı poemadır. Əsər Azərbaycanda dağ kəndlərində fəaliyyət göstərən yeddi nəfərlik komsomolçu gəncdən, onların mübarizəsindən bəhs edir. S.Vurğun 1920-ci illərdə daxil olduğu Komsomol hərəkatına aid olan təsüratlarını məhs bu əsərdə təsvir etmişdir. Poemə heca vəznində yazılmışdır. Poema müəyyən bir dövrü, tarixi hadisəni əks etdirir amma, əsərdəki obrazlar konkret tarixi şəxsiyyətlər deyillər. Bu əsərin təsiri altında Komsomol nəsli (film, 1938) və əsərin motivləri əsasında Yeddi oğul istərəm… (film, 1970) filmləri çəkilmişdir.
S.Vurğunun ən yaxşı əsərlərindən biri «Aygün» poemasıdır. Janrına görə mənzum roman hesab olunan bu əsərdə həyat hadisələri geniş və əhatəli bir şəkildə verilir, qəhrəmanlar, onların mühiti ətraflı göstərilir. Əsərdə Aygünün həyatından yalnız bir hadisə təsvir olunmur, onun sənətkar kimi yetişməsi, ailə münasibətləri bütün təfərrüatları ilə əks etdirilir, qəhrəmanların həyatı geniş epik planda göstərilir. Əsər Aygünlə Əmirxanın ailə həyatının ilk günlərinin təsviri ilə başlayır. Təzəcə evlənən gənclər bir-birini sevir, xoşbəxt günlərini yaşayırlar. Bu səadətli günləri müəllif hər iki gəncin bir-birinə olan saf məhəbbəti ilə bağlayır. Lakin Əmirxanın təsvirində biz şairin bir qədər qorxunu xatırladan münasibət və fikirlərinə rast gəlirik. Onun xarakterində uşaqlıq həyatından irəli gələn bir ərköyünlük və bir qədər də köhnəfikirlilik vardır. İnstitutu bitirdikdən sonra Muğan sovxozlarından birinə təyinat alan Əmirxan yalnız özünü düşünərək Aygünü təhsilini yarımçıq qoymağa məcbur edir. Aygün nə qədər konservatoriyada təhsilini davam etdirmək arzusu ilə alışıb yansa da, Əmirxanı sındırmır. Ona güzəştə gedərək əri ilə birlikdə Muğana yollanır. Əmək fəaliyyətinə başladıqdan sonra Əmirxanın yeni mənfi keyfiyyətləri üzə çıxır. Əvvəlcə işə həvəslə başlayan Əmirxan getdikcə işdən soyuyur, əhli-kef həyat keçirməyə meyil göstərir. Daha sonra kəndin xoşuna gəlmədiyini, burada mədəniyyətin zəif olduğunu bildirərək şəhərə qayıdır. Əmirxanın şəhərə qayıdışı ailənin vəziyyətini yaxşılaşdırmır, əksinə, ər-arvad münasibətləri daha da kəskinləşərək son həddə çatır. Əmirxan şəhərdə də ictimai-faydalı bir işlə məşğul olmur, günlərini içki məclislərində keçirir, tez-tez evə gecə keçəndən sonra qayıdır. Bütün bunlara dözməyən Aygün körpəsini də götürərək evdən gedir. Bundan sonra Aygünün yüksəlişi başlayır. O, konservatoriyada təhsilini davam etdirir, musiqi əsərləri bəstələyir, Dövlət mükafatına layiq görülən bir simfoniya yaradır. Əmirxan isə ağır günlər, mənəvi sarsıntılar keçirir, düşdüyü vəziyyətin çirkinliyini dərindən dərk edərək yenidən öz əvvəlki sənətinə qayıdır. Aygün evdən ayrılsa da, öz ilk eşqinə sona qədər sadiq qalır, ilk məhəbbətini sona qədər qoruyaraq heç kimə könül vermir. Müğənni Elyarın ona qarşı olan sevgi duyğularını qiymətləndirsə də, bu sevgini qəbul edə bilmir, heç kimi sevməyi bacarmadığını söyləyir: Yalnız sənətimlə yaşayıram mən, Bir də ki, gözümün işığı Ülkər… Niyə gizlədim ki… bəzən qəlbimdən isti bir nəfəs də keçir müxtəsər. Fəqət sevməyirəm mən heç bir kəsi, Xəyalım bir yerdə qərar tutmayır. Üzümə dəydikcə övlad nəfəsi Ürəyim ilk eşqi heç unutmayır. Bu anlarda müəllif ər və arvadı qarşılaşdırır və Aygünün iradə möhkəmliyini, mənəvi saflığını nümayiş etdirir. Aygün qısqanclıq hissləri keçirən Əmirxana heç kimi sevmədiyini, ailənin dağılmasında ancaq Əmirxanın özünün təqsirkar olduğunu bildirir. Bundan sonrakı səhnələrdə Əmirxanın məhəbbətin təsiri ilə yüksəlişi, saflaşma və inkişafı əks olunur. O, Muğana əvvəlki işinə qayıdaraq elə bir həvəslə işləyir və elə bir bağ salır ki, şöhrəti hər tərəfə yayılır. Məhəbbətin sarsılmaz gücü yenidən ailəni birləşdirir. Şair bununla saf və təmiz məhəbbətin insanın xoşbəxtliyində, ailə səadətində oynadığı yüksək rolu qabarıq bir şəkildə açıb göstərir. «Aygün» mənzum romanı müasir ailəni, bu ailənin problemlərini, ailənin möhkəmliyində qarşılıqlı məhəbbətin yüksək rolunu açıb göstərən bir əsər kimi bu gün də aktualdır və indi də oxucular tərəfindən sevilə-sevilə oxunur.
Kitabda müəllifin hekayələri və müxtəlif illərdə “Həyat hekayələri” adı altında dövri mətbuatda dərc olunmuş yazıları toplanıb. Bu yazılarda dövrün ictimai münasibətləri, xarakterləri cəm olunmuşdur.
Dəhnamə – Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poemadır. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərilər, buna görə də əsərin adı elə «„Dəhanmə“» («„On məktub“») qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir.
Əsərdə Santyaqo adlı gəncin simasında insanın seçdiyi yol, heç bir çətinliyə baxmadan bu yolla getməyin yaranışın qayəsi olması əks olunub. Əsərdə, Şərq fəlsəfi fikrində qırmızı xətlə keçən “vəhdəti-vücud” dünyagörüşünün bədii təcəssümü kimi, insanın təbiətin bir parçası olduğu canlı boyalarla işlənilib. Heç nəyin təsadüf olmaması, hər hadisənin, sözün, uğur və uğursuzluğun bir əlamət olması romanın qayəsini təşkil edir. İnsan bu əlamətləri anlayarsa və Öz Yolunu davam etdirərsə kainatın ona məqsədinə çatmaqda yardım etməsi əminliyi İslam fəlsəfəsinin “nə baş verirsə, insanın xeyrinədir” tezisi ilə üst-üstə düşür. Ümumiyyətlə, inam və inadla həqiqətə çatmağın mümkünlüyünü ifadə edən “Kimyagər”də Şərq dünyagörüşü və həyata yanaşması işlənilib. Müəllif böyük həqiqətləri bədii və canlı obrazların içində verdiyindən, roman çox oxunaqlıdır: geniş oxucu auditoriyasına hesablanan bu kiçik həcmli əsəri qızıl axtarışına çıxan Santyaqonun başına gələn macəralar, misi qızıla çevirməyi bacaran kimyagərlərin böyük elmi haqda bilgi, fövqəlqüvvələrin insan həyatında oynadığı rolu görmək kimi də, böyük fəlsəfi fikirlərin ifadəsi, insanın təbiət hadisəsinə çevrilməsinə qədər mükəmməlləşməsi, əsl sevgi romanı və s. kimi də oxumaq olur. Gənclər xəyalpərəst olurlar, arzulamaqdan qorxmurlar, onlar üçün hər şey əlçatandır. Lakin zaman keçir, sirli bir gücün təlqini ilə onlar arzularını həyata keçirə bilmirlər. "İnsanın yeganə həqiqi borcu – öz taleyinə, arzusuna qovuşmağa çalışmaqdır…"
Bu әsәrdә Gerasim adlı Rus kәndlinin taleyindәn söz açılır. Gerasim lal vә kar olsada Çox güclü adam olur. Rusiyanın kәndindә yaşayır. Bir gün kәndә Bir imkanlı qadın gәlir. Qadın kәnddәn gedәndә Mindiyi arabanın tәkәri Palçığa batır. Qadın kömәk istәyir ancaq heçkim kömәk edә bilmir. Bu zaman Gerasimi Kömәyә çağırırlar Gerasim gәlib Arabanı palçıqdan çıxardır. Qadın Gerasimi çağırır yanına ancaq Gerasim eşitmir. Sonra Gerasimә deyirlәr qadın sәni çağırır Gerasim gәlir qadının yanına Qadın Gerasimә Tәşәkkür edib Pul verir. Sonra Gerasimi özü ilә aparır Moskvaya. Moskvada Gerasim Süpürgәçi işlәyir. Bu Zaman O Tatyana adlı Qadını sevir. Ancaq Deyә Bilmirki «„Mәn Sәni sevirәm“» Hәm danışa Bilmәdiyindәn hәmdә Qadından qorxduğu üçün. Qadınsa Düşüncәsiz olduğuna görә Tatyananı içki içәn Bir şәxsә verirki Bәlkә Tatyanayla evlәnsә içkini atar. Kişi Tatyanayla evlәnsә dә içkini tәrgitmir birazda çox içir. Gerasimsә tәk qalır. Bir gün Gerasim dәniz kәnarına gedir görür dәnizin qırağında balaca it var. iti götürüb gәtirir. itә yemәk verir, çimizdirir, itin adını MUMU qoyur. Bir gün qadın Bu iti görüb deyir: o iti gәtirin yanıma. iti gәtirirlәr. qadının әvvәl itdәn xoşu gәlir. Sonra it qadını görәn kimi hürmәyә başlayır. Sonra qadın deyir: rәdd edin bu iti burdan. iti aparıb başqa bir şәxsә satırlar. Sonra Gerasim gәlib görür ki it yoxdur. Gerasim Hamıya deyir: MUMU Adamlar Gerasimi başa düşmürlәr. Gerasim bütün gecәni yatmır. Sonra birdә görür MUMU Burdadır. Gerasim çox Sevinir. Sonra Gerasim görür ki Bunlar iti öldürmәk istәyir. Ona görә iti dә götürüb gedir dәniz kәnarına. iti dәniz kәnarına qoyub gedir öz doğma kәndinә. Nağılın sonu bax belә bitir.
Roman XIV əsrin sonlarındakı Azərbaycanı əks etdirir. Əsərdə Teymurun yürüşləri ərəfəsində Azərbaycandakı mövcud ictimai-siyasi şəraitdən, xalqın azadlıq mübarizəsindən bəhs olunur və Nəsiminin bu mübarizədəki rolu işıqlandırılır. Eyni zamanda Teymurla Nəsimi və Nəsimi ilə xalq arasındakı maraqlı məqamlara aydınlıq gətirilib. Dövrün bütün bu hadisələri İsa Muğanna tərəfindən özünəməxsus şəkildə əks olunub. Müəllif bildirib: “Yaxın və uzaq keçmişimizdən tarixi hadisələr, bədii süjetlər içində verilmiş SafAğ həqiqətlərinin qavranılmasınıasanlaşdırmaq məqsədilə mən əsərlərin hamısını yenidən işlədim”. İ.Muğannanın sözlərinə görə, oxucu altılığa daxil edilmiş bu əsərləri yalnız göstərdiyim ardıcıllıqla oxumalıdır ki, fayda versin: “İdeal”, “Məşhər” (“Ənşər-mən şər”), “Qəbiristan”, “GurÜn”, “İsahəq, Musahəq”, “Cəhənnəm”.
Maarifçi yazıçılardan biri olan İbrahim bəy Musabəyov Şəki qəzasının Qutqaşen kəndində anadan olmuş, Qori müəllimlər seminariyasını bitirdikdən sonra Şəki, Qutqaşen və Göyçayda on il müəllimlik etmişdir. Sonra Bakıya gələrək, burada pedaqoji, ədəbi və ictimai fəaliyyətini davam etdirmişdir. İ.Musabəyov 1921-1936-cı illərdə Krımda yaşamış və müxtəlif işlərdə çalışmışdır. 1942-ci ildə Karakanda şəhərində vəfat etmişdir. İbrahim bəy də bir çox həmkarları kimi dərs verməklə, məktəb divarları arasındakı fəaliyyəti ilə kifayətlənməmişdir. O öz biliyi və istedadı sayəsində qələm sahəsində çalışmağa başlamışdır. Onun ilk hekayələri 1913-1914-cü illərdə «Məktəb» jurnalında çap olunmuşdur («Rzanın qutusu», «Rəhimdil arvad», «Kor və onun yoldaşı» və s.). Müəllif bu hekayələrində mülayim bir üslub və sadə dil ilə uşaqlar üçün maraqlı, ibrətli əhvalatlar danışır, onları elmə, biliyə, zəhmətə çağırır. İbrahim bəy bir nasir olaraq sonrakı kitabları ilə şöhrət qazanmışdır. Onun «Cəhalət fədailəri», «Xoşbəxtlər», «Gözəllərin vəfası» kimi povestləri və nəhayət, «Neft və milyonlar səltənətində» adlı romanı bitkin və kamil əsərlər kimi zamanının maraqlı və səciyyəvi məsələlərini təsvir edir.
“Ana” əsəri azərbaycanca yazılmış ilk mənzum dram əsəri sayılır. Şair-dramaturq həmin səhnə əsərini 1910-cu ildə tamamlayıb. Mövzusu Dağıstan həyatından alınıb. Dramın qəhrəmanı Səlma ana obrazının timsalında mərdlik, mənəvi nəciblik, insani sədaqət duyğuları tərənnüm olunub. “Ana” dramı ilk dəfə 1913-cü ildə Tiflisdə çap edilib.