Аудиокитаб ООО

Все книги издательства Аудиокитаб ООО


    Ötən günlər

    Абдулла Кадыри

    Abdulla Qədiri 1919-cu ildə “Ötən günlər” romanını yazmağa başlayır. Romandan parçaları qəzet və jurnallarda çap etdirir. “Ötən günlər” romanı 1922-ci ildə “İnqilab” jurnalında, 1924-1926-cı illərdə isə ayrı-ayrı fəsillər halında kitabçalar kimi nəşr edilir. Əsər böyük əks-səda yaradır. Azərbaycan ali məktəblərində və texnikumlarında dərs deyən, Bakıda dilçiliyə dair “Qazax, özbək və türk dillərinin müqaisəli qramatikası” kitabını nəşr etdirən Xalid Səid Xocayev Abdulla Qədirinin “Ötən günlər” romanını özbəkcədən Azərbaycan türkcəsinə uyğunlaşdıraraq 1929-cu ildə çap etdirir. “Ötən günlər” yalnız Azərbaycan türkcəsində deyil, SSRİ-də yaşayan bəzi xalqların da dillərinə çevrilir. «Ötən günlər»in qiyməti keşmiş xanlar dövründəki qanlı faciələri, başkəsmələri, hakimiyyət uğrundakı çarpışmaları təsvir etməsindədir. Mühərrir bu əsərində keçmiş, unudulmuş günləri gözümüzün qabağında canlandırır. Əsər nəfis özbək ədəbiyyatının birinci romanlarından sayılır: əsərdə bir tərəfdən özbək həyatı, qadınların, qızların yaşayışı, onların yumşaq təbiətləri, sədaqətləri, şirin ədaları təsvir edilirkən, ikinci tərəfdən də onların kişilərin təhəqqümü altında qul kimi ömür sürdükləri, ailə içindəki çarpışmaları nəfis surətdə göstərilir. Romanın zəif cəhətləri də vardır. Azərbaycancaya çevirdikcə belə yerlər mümkün olduqca qısaldılmış, əsəri mahir qələmlə yazılmış bir roman siqlətinə salmağa çalışılmışdır. …Əsərin üslubu özbəklərin səciyyələrini tamamilə əks etdirir. Uslub təmkinli, … qəhrəman ən təhlükəli dəqiqələrdə belə vüqarını itirməz, qanlı mücadilələrdən sonra belə soyuqqanlılığı saxlar. Sirrini kimsəyə söyləməz. Qəhrəman özbək xalqının bütün səciyyələrini özündə toplayan bir özbəkdir. Əsər realist, bəzi yerdə də naturalistcəsinə yazılmışdır.

    Son cənnət

    Orxan Aras

    “Son cənnət” romanının axıcı dili, maraqlı təhkiyəsi, təsvirlərinin zənginliyi, danışılan əhvalatın sehri oxucunu ovsunlayır. Hicabdan xilas olmuş Aliyənin mübarizə əzmi oxucunu heyrətləndirir. Romandakı Can, Memo, Dilo kimi obrazlar əsəri zəngin ədəbi hadisəyə çevirir. Orhan Arasın Türkiyə, İran və Almaniya cəmiyyətlərinə açdığı pəncərədən boylandıqda, romanın cazibəsindən çıxmaq çətinləşir. Müsəlman dünyasından çıxmış iki gənc Can və Aliyə cənnət hesab etdikləri Almaniya cəmiyyətinin əsil simasıyla rastlaşır. İranlı və türkiyəli iki ümidli gəncin arzuları gerçəkliklə toqquşur. Orxan Arasın usta qələmi bizi tanımadığımız aləmə aparır… “Son cənnət” gənclərin son ümididir…

    Bakı və Bakılılar

    Qılman İlkin

    Respublikamızın paytaxtı Bakı keçmişlərdə necə olub? Sevdiyimiz, fəxr etdiyimiz bu gözəl şəhər əsrlər boyu nə kimi fırtınalardan, kəşməkəşlərdən keçib, bugünkü xoşbəxt günlərinə necə qovuşmuşdur? Mərd oğulları onu necə qorumuşlar, qədim abidələrini necə hifz edib, saxlamışlar? Bu adamlar özləri necə olmuşlar? Özləri ilə necə mənəvi keyfiyyətlər yaşatmışlar? Bütün bu və başqa suallara yazıçı və Bakı bilicisi Qılman İlkinin bu kitabında cavab tapa biləcəksiniz. Vətənimizin və onun paytaxtı Bakının keçmiş günlərinə maraq göstərən hər bir kəs üçün bu kitab çox maraqlı vvə qiymətlidir. Ensiklopedik səciyyəyə malik bu kitabda Könə Bakının ab-havası və təkrarsızlığı müəllifin publisistik məlumatlarında öz əksini tapmışdır.

    Azərbaycan xalq dastanları 1-ci hissə

    Народное творчество

    Azərbaycan el ədəbiyyatının ən maraqlı və rəngarəng mövzularla zəngin janrlarından biri dastanlardır. Dastanlarımızda millətin mənliyi, bənzərsizliyi, fəlsəfi və əxlaqi baxışları, dünya görüşü və dünya duyumu əksini tapır, davranışın ən incə psixoloji çalarları açılır, torpağın ətri və rəngləri, dağların əzəməti, meşələrin, çayların, bulaqların sərinliyi, çöllərin, düzlərin genişliyi canlandırır. Bu dastanlarda xalqın duyğu və düşüncələri, istək və arzuları bütün əlvan yönləriylə tərənnüm olunur. Genişyayılan bu xalq dastanlarımızda elin həyat və mübarizəsi tarixindən, keçmişin şirin və acı təcrübələrindən əldə olunmuş fikir və arzuları əksini tapır. Həmin fikirlərin daşıyıcıları olan dastan qəhrəmanları bir fərd olmaqdan çıxıb yurdun qəhrəmanlığı, gücü, zəkası və insaniyyət timsalına çevrilirlər. Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi, uzlaşdırılması yolu ilə yaradılmışdır. “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Şah İsmayıl”, “Aşıq Qərib” və s. dastanlar bu qəbildəndir. Qədim ənənəyə uyğun olaraq həkimanə-ustadnamələrlə başlayıb, duvaqqapmalarla bitən bu dastanların qəhrəmanları sevməyi bacardıqları kimi qılınc, qalxanla vuruşmağı da bacarırlar. Bununla belə hər nə qədər igid, qəhrəman olsalar da onlar əsasən öz sevgiləri – butaları uğrunda çarpışırlar. Ona görə də həmin dastanlar bir növ qəhrəmanlıq dastanları ilə məhəbbət dastanlarının hüdudunda dayanır, onların birindən digərinə keçid mərhələsi təsiri bağışlayır. Bu kitabda «„Şəhri və Mehri“», «„Mahmud və Ağcaquş“», «„Yaxşı və Aşıq“», «„Hüseyn və Reyhan dastanı“», «„Yəhya bəy və Dostu xanım“», «„Əsli Kərəm“», «„Qurbani“», ""Valeh Zərnigar "" dastanları yer almışdır.

    Gəncə və gəncəlilər – Əhməd İsayev

    Əhməd İsayev

    Bu kitabda Azərbaycanın qədim və müqəddəs guşəsi olan Gəncə şəhərinin ulu tarixindən, qeyrət və hünər yolundan: adət-ənənəsindən, inam və etibarından, neçə-neçə təzadlı insan taleyindən bəhs olunur. «Gəncə və gəncəlilər» hər dəfə daha kamil formada oxucuların görüşünə gəlir. Bu səfər o son illərin olayları fonunda yenidən işlənərək bir sıra dəyərli materialla zənginləşdirilib.

    İkiyə bölünmüş Vikont – İtalio Calvino

    Итало Кальвино

    Türklərlə Avstriyalılıar arasında döyüşdə yaralanaraq ikiyə bölünən bir vikontun başına gələnlər oxucuya (dinləyiciyə) bacısı oğlunun dilindən çatdırılır. Bundan sonra vətəninə yarımçıq qayıdan vikont sadəcə şər əməllər törədir və qarşısına çıxan hər şeyi yarıya bölür. – Var olan hər şey beləcə ortadan bölünə bilsəydi, – qayalara düzdüyü və hələ də çırpınan yarım səkkizayaqlıları cahil bütövlüyündən sıyrılıb qurtulardı. Bütövkən mənim üçün hər şey təbii, qarışıq, hava kimi məntiqsiz idi; hət şeyi gördüyümü düşünürdüm, halbuki bu, sadəcə görüntü imiş. Sən də bir gün özünün yarısı olarsan, olmağını diləyirəm, övladım… Öz dünyanın yarısını itərəcəksən, amma yerdə qalan hissə min dəfə daha dərin, daha dəyərli olacaq. O vaxt sən də hər şeyin özün kimi bölünməsini, parçalanmasını arzulayacaqsan, çünki gözəllik də, elm də, ədalət də ancaq parçalara bölünmüş olanda vardır. Lakin aradan çox keçmir ki, onun ikinci yarısı, xeyirxah tərəfi də vətənə qayıdır və yalnız xeyirxah əməllərlə insanların qarşısına çıxır. Bəzən isə özü də bilmədən doğru bildiyi əməllərlə insanlara zərər verir. Bununla da insanlar vikontun iki ayrı hissəsindən fərqli şəkillərdə zərər görürlər.

    Uilyam Şekspir – Sonetlər

    Уильям Шекспир

    Şekspirin sonetləri şairin sələflərinin də, müasirlərinin də, xələflərinin də sonetlərindən sərrast, təsirli və qiymətlidir. Sonetlərdə müəllif gah özüylə polemika aparır, gah əsmər sevgilisinə üz tutur, gah da səmimi dostunu həmsöhbəti edir. Dünyanın faniliyi, xeyirxah əməllərin təsdiqi, saf və saxta məhəbbət, riyakarlıq, xəyanət… sonetlərin mövzu rəngarəngliyini təmin etdiyi üçün oxucu heç bir yeknəsəqliklə üzləşmir. Hər növbəti sonet, on dördcə misralıq poetik nümunə oxucunun qəlbində öz işığını qoyur.

    Emil Zolya – Jerminal

    Эмиль Золя

    Jerminal dünya ədəbiyyatı tarixində ən vacib əsərlərdən biridir. İnsanların son dərəcə real və universal, həm də təsir edici bir dildə əzab çəkdiyini söyləyən Zolya, bu romanla bir dastan yaratdı. Romanda hadisələr 1860-cı illəri əhatə edir. Fransanın şimal hissəsində mədən işçiləri ağır şərtlər altında yaşamaq üçün mübarizə aparırlar. Hər an aclıq və səfalətlə, həm də iç-içə yaşadıqları yerlərin uçması təhlükəsi ilə mübarizə aparırlar. Son çarə olaraq gördükləri tətil onlar üçün qaçılmazdır. Hər şeyi lazımı qədər almağa hazırdırlar və onlarda cücərən ümid onların ən böyük dəstəkçisidir. Təəssüf ki, onların müqaviməti vəhşicəsinə yatırılır. Yalnız onlardan geriyə ölüm, qan, gözyaşları və yox olan xəyallar qalır.

    Ev və dünya

    Рабиндранат Тагор

    "Ev və dünya" romanı Hindistanda baş verən «Svadeşi» hərəkatını reallıqla əks etdirir. Əsərin baş qəhrəmanı Nikhleş vətənini bütün qəlbi ilə sevən bir vətənpərvər olaraq təsvir edilir. Hindistana, öz xalqına xidmət etmək fikri bir an da olsun onu tərk etmir, bunun üçün əməli yollar axtarır. O, kənd təsərrüfatını təkmilləşdirməyə, toxuculuq istehsalını təşkil etməyə çalışır. Kəndlilərin vəziyyəti, hind kahinləri və brahmanları, «Svadeşi» hərəkatı və başqa məsələlər haqqında yazıçının nöqteyi-nəzəri Nikhleş obrazında verilir. «Svadeşi» tərəfdarları camaatı ingilis mallarını boykot etməyə çağırır və buna nail olur. Çondronath-babunun «Svadeşi» tərəfdarlarına müraciətlə dediyi söz xalqın vətən və onun azadlığı uğrunda mübarizəsinin nə qədər aydın olduğunu göstərir: «Vətən ancaq torpaq deyil, vətən həm də insanlardır. Xalqın necə yaşadığını siz heç gözünüzün ucu ilə də olsa görmüsünüzmü? Onlar (o yoxsullar) ağır ehtiyac içində yaşayırlar; həyatlarını az da olsa davam etdirmək üçün var qüvvələrini sərf edərək əlləşirlər. Onlar üçün bir-iki paysanın nə demək olduğunu siz heç təsəvvür edə bilirsiniz!.. Mən qoca bir adamam, sizi təbrik etməyə, hətta sizin ardınızca da getməyə hazıram. Lakin əgər siz öz azadlıq bayrağınızı yelləyərək yoxsulların azadlığını tapdalayacaqsınızsa, onda mən sizə qarşı çıxacağam, lazım olsa ölümə də gedəcəyəm».