Аудиокитаб ООО

Все книги издательства Аудиокитаб ООО


    Getmə

    İlqar Rəsul

    “Getmə” romanını müəyyən mənada “həyatın protokolu” kimi səciyyələndirmək olar. Amma əsəri ictimai həyatın, sosial hadisələrin, ayrı-ayrı epizodların xronikası kimi qəbul etmək doğru olmazdı, roman – insan bioqrafiası ilə tarixin kəsişməsində yaşananların, bir-biri ilə çulğaşmış insan talelərinin polifonik səlnaməsidir. İnsan və zaman, xeyir və şər, insan müsibətləri və xoşbəxtlik, həyat və ölüm – bütün bunlar iki müstəvidə öz əksini tapır – gerçəklik bəzən mistik auraya bürünür, simvolik xarakterli lövhələr isə, xəyali ümumiləşdirmələrdə bütöv bir tablo yaradır.

    Nostalji

    İlqar Fəhmi

    Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı kiçik həcmli hekayələr və povestlər daxil edilmişdir.

    İlqar Fəhminin qəzəlləri

    İlqar Fəhmi

    Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr, Qəmli ruhun haralar gəzdi, biləydim gecələr. Hər səhər sübh nəsimiylə doğulmaqçün kaş, Baş qoyub sinənə sakitcə öləydim gecələr. Bölünüb min yerə, hər zərrəmi bir ulduz edib, Başın üstündə səmaya düzüləydim gecələr. Ağlayıb gündüzü biçarə bulud tək sənsiz, Baxaraq göz yaşıma sənlə, güləydim gecələr. Sən qaranlıqda ayı seyr elədikcə, mən də, Ruhuna ay işığıyla süzüləydim gecələr. Baş daşım üstə dodaq izlərini öpmək üçün, Allahımdan da xəbərsiz diriləydim gecələr. Fəhminin qəlbidə son arzu qalmış yalnız, Ağ duman tək yuxuna kaş ki, gələydim gecələr.

    Azərbaycan siyasi tarixində - Nəsib Bəy Yusifbəyli

    İbrahim Süslü

    Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olan Nəsib bəy Ysuifbəylinin bütün həyat hekayəsinin tarixi fakrlar əsasında şərh edildiyi əsərdə olduqca maraqlı və qiymətli məlumalar cəmləşib. Oxucular bu əsərdə, sadəcə N.Yusifbəylinin deyil, onunla yanaşı dövrün bir çox siyasi liderinin fəaliyyətləri, məfkurələri və həyatı haqqında qiymətli məlumatlar ala biləcəklər. Xüsusilə də, N.Yusifbəyli ilə Nəriman Nərimanov arasındakı münasibətlər olduqca maraqlı faklarla işıqlandırılıb.

    Neft və milyonlar səltənətində

    İbrahim Bəy Musabəyov

    1913-cü ildən ədəbi fəaliyyətə başlayan İ.Musabəyovun ədəbi irsi içərisində ideya və məzmunu ilə nəzəri daha çox cəlb edən və bu gün də aktuallığını itirməyən, ilk dəfə 1916-cı ildə kitab şəklində çap olunmuş «„Neft və milyonlar səltənətində“» povestidir. Bu, inqilaba qədər Azərbaycan bədii nəsrində neft sənayesi sahiblərinin və burjua əxlaqının, pul hakimiyyətinin ifşasına həsr olunmuş əsərlər içərisində xüsusi yer tutur. "Neft və milyonlar səltənətində" povesti tez bir zamanda ictimaiyyətin nəzərini cəlb edir. 1916-cı ildə həmin povestin əsasında A.D.Panova-Potyomkinanın ssenarisi üzrə «Filma» fransız kino şirkəti dörd seriyadan ibarət kino-film çəkir ki, burada rus kino ustaları ilə yanaşı, məşhur Azərbaycan aktyoru Hüseyn Ərəblinski, xanəndə Cabbar Qaryağdıoğlu, tarzən Qurban Primov, Mirmahmud Kazımovski də iştirak etmişdilər.

    Hürrəm

    Hüseynqulu Sarabski

    Knyaz

    Гусейн Джавид

    “Knyaz” mənzum faciəsi Hüseyn Cavidin inqilabi mövzuda yazdığı dramlar cərgəsinə daxildir. Əsər ədəbiyyatda və Akademik Milli Dram Teatrının bəzi afişa və proqramlarında “Dəli knyaz” adı ilə də verilib. Pyesin mövzusu 1920-ci illərin əvvəllərində Gürcüstan həyatından götürülüb.