Altun Kitab

Все книги издательства Altun Kitab


    Tom Soyerin macəraları

    Марк Твен

    Mark Tvenin şah əsərlərindən olan bu romanda Tom Soyerlə ən yaxın dostu Heklberri Finnin Missisipidə başlarına gələn bir-birindən maraqlı macəralardan danışılır.

    Üç Muşketyor

    Александр Дюма

    Bu əsər muşketyor olmaq üçün ata evini tərk edən D'Artanyan adlı gəncdən və onun üç dostundan – muşketyorlar Atos, Portos və Aramisdən, onların başına gələn macəralardan bəhs edir.

    Görünməz adam

    Герберт Уэллс

    Qriffin adlı ingilis fiziki görünməzliyin sirrini kəşf edir və bundan qorxunc məqsədlər üçün faydalanmaq qərarına gəlir. Nəticədə hadisələr təhlükəli istiqamətdə inkişaf edir və Qriffin üçün faciə ilə bitir.

    Kapitan qrantın uşaqları

    Жюль Верн

    Kapitan Qrant və yoldaşlarının olduğu gəmi qəzaya düşür. Hadisədən xəbər tutan Qrantın uşaqları Meri və Robert atalarını axtarmaq üçün yola çıxır, bir çox fəlakətlərlə, təhlükələrlə üzləşirlərlər…

    Sonuncu mogikan

    Джеймс Фенимор Купер

    Dünya ədəbiyyatında hinduların cəsur, mərd insanlar obrazı ilk dəfə indi oxuyacağınız bu romanda yaradılıb. Qəhrəmanların başına gələn macəralar sizi həm həyəcanlandıracaq, həm də düşündürəcək.

    Amfibiya adam

    Александр Беляев

    Həm quruda, həm də suda yaşamağı bacaran amfibiya adamın – İxtiandr adlı gəncin həyatından bəhs edən bu roman bir-birindən fərqli, təzadlı, elə bir o qədər də maraqlı, düşündürücü obrazlı zəngindir.

    Şahzadə və dilənçi

    Марк Твен

    Bir-birinə hədsiz bənəzyən iki oğlan təsadüf nəticəsində həyatdakı rollarını dəyişirlər: şahzadə dilənçiyə, dilənçi isə şahzadəyə çevrilir. Bununla da qeyri-adi əhvalatın əsası qoyulur…

    Dəfinələr adası

    Роберт Льюис Стивенсон

    Cim Hokinsin tapdığı xəzinə xəritəsinin üzərinə çəkilmiş üç xaç işarəsindən sonuncunun yanında bu sözlər yazılmışdı: “Dəfinənin əsas hissəsi buradadır”. Bununla da Cimin macəra dolu axtarışları başlayır!

    Heraklın on iki qoçaqlığı

    Группа авторов

    Zevsin bəni-adəmdən olan oğlu qəhrəman Herakl ona düşmən kəsilmiş ilahə Heranın məkri ilə öz uşaqlarını öldürür. İndi ilahların əmri ilə Herakl padşah Evrisfeyin çox çətin tapşırıqlarını yerinə yetirməlidir.

    Qaraçı köçünün sirri

    Энид Блайтон

    “Möhtəşəm beşlik” seriyasına daxil olan bu kitabda dörd uşaq və onların sevimli köpəyi qaraçı düşərgəsinin izinə düşürlər. Nəticədə təhlükəli hadisələr bir-birini əvəzləməyə başlayır.