Название | Qiyamət günü açarı |
---|---|
Автор произведения | Джеймс Роллинс |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
çevrildi.
Lakin o biri motosiklçi də düz yolun açdığı üstünlükdən istifadə etdi. Hələ ki, 619 nömrəli şossenin böyük hissəsi başgicəlləndirici “amerikasayağı dağlıqlar”ın gözlənilməz döngələrini, sərt yoxuşlarını və ölümcül enişlərini təmsil edirdi. Bir saat davam edən ötüşmə çox sərt keçirdi, lakin Qrey ikinci yarışçıdan geri qalmağı heç ağlına gətirmirdi.
Növbəti döngəyə keçəndə hədəf sürətini azaltdı və motosikllər arasındakı məsafə qısaldı. Qrey isə tormozlamadı.
Bəlkə bu, ehtiyatsızlıq idi, ancaq o, öz “Yamaha”sının imkanını bilirdi. Motosikl Qreydə olandan bəri, o, həmişə
“METİPPİ” mühəndislərinə müraciət edirdi, onlar da konstruksiyaya yeni təkmilləşmələr əlavə edirdilər.
Onlar Qreyə borclu idilər.
Qreyin xidmət etdiyi “Siqma” dəstəsi METİPPİ-nin güc bölməsini təmsil edirdi. Bu bölmə keçmiş xüsusi təyinat 30
qoşunu döyüşçülərindən ibarət idi. Onlar operativ işlər təc-rübəsilə yanaşı həmçinin elmin bu və ya digər sahəsində də
ciddi biliklərə malik idilər. Motosiklin təkmilləşmələrindən biri dəbilqəyə yerləşdirilmiş displey idi. Dəbilqə üzlüyünün solunda cihazların göstəriciləri işıqlanırdı: sürət, dövrlərin tezliyi, yağın dərəcəsi. Sağ hissəsində naviqasiya xəritəsi, həmçinin hazırkı yol şəraitinə uyğun optimal ötürücü və sürət haqda təkliflər göstərilirdi.
Qrey gözucu gördü ki, taksometr qırmızı zonaya keçdi.
Sağda naviqasiya matrisası həyəcanla yanıb-sönməyə başladı.
O, döngəyə çox sürətlə girirdi.
Bu xəbərdarlığa fikir verməyərək Qrey sürət dəstəyini döndərməyə davam edirdi.
İki motosikl arasındakı məsafə daha da qısaldı.
İndi, hər ikisinin döngəyə girdiyi zaman onları bir-birindən 30 yarddan çox olmayan məsafə ayırırdı.
Birinci yarışçı uğultu ilə dönərək motosikli yana əydi. Bir müddətdən sonra bu manevri Qrey təkrar etdi. O, döngənin kənarına daha da yaxınlaşmaq hesabına bir neçə yard qazanmağa çalışdı və fasiləsiz mərkəzi nişan xəttini keçib qarşı yola çıxdı. Xoşbəxtlikdən belə erkən saatda qarşı yolda maşın yox idi.
Təəssüf ki, bunu vəhşi heyvanlar haqda demək olmazdı.
Düz döngə qurtaran yerdə, yolun kənarında dişi ayı, yanında da balası oturmuşdu.
Hər ikisi burnunu “Mc Donalds” paketinə soxmuşdu. Birinci motosikl yandan ötüb keçdi. Gurultu və tez ötüb keçən kölgə heyvanları qorxutdu: dişi ayı arxa pəncələri üstə qalxdı, bala isə instinktə uyğun düz yola qaçdı.
Qrey onu yanlayıb keçməyə imkan tapmadı. Seçimi olmadığından o, motosikli yerlə sürünməyə buraxaraq, cəld 31
tormoza basdı. Təkərlər qara tüstülənən iz qoyaraq asfaltla sürüşdü. Yolun digər kənarındakı yumşaq giltorpağa çatanda Qrey motosikli buraxdı və ayaqları ilə ondan geri itələndi.
İnersiya qanunu onu kürəyi üstə yerə tökülmüş yaş
yarpaqların üzərilə iyirmi futadək sürüklədi. Arxada isə motosikl bərkdən palıd ağacına dəydi.
Nəhayət yaş arxda dayanan Qrey geri çevrildi. O, meşəyə
qaçan ayının kürəyini gördü. Ayı balası da onun arxasınca qaçırdı. Görünür, bu günlük hamburger onlara bəs edərdi.
Yenə səs eşidildi: tam sürətlə yaxınlaşan motosikl uğultusu.
Qrey yerdə oturdu. Yolla bir qədər irəli gedən birinci yarışçı döndü və indi geri qayıdırdı.
“Ah, lap əladır…”
Qrey qaytanı açaraq dəbilqəni başından çıxardı.
İkinci yarışçı ona yaxınlaşdı və ön təkər üstə qalxaraq, birdən tormoz verdi. Yarışçı alçaqboylu, dolubədənli və əzələli idi, lap bulteryer kimi. Motosikli dayanan kimi o da dəbilqə
sini çıxararaq qırxılmış başını açdı. Yarışçı qaş-qabağını tökərək Qreyə baxdı.
− Sən salamatsan?
Bu yarışçı “Siqma”nın operativ işçisi və Qreyin ən yaxşı dostu Monk Kokkalis idi. Onun daş cizgili sifətində narahatçılıq və təlaş əks olunmuşdu.
− Hər şey qaydasındadır. Yolda ayıya rast gələcəyimi heç gözləmirdim.
− Bunu kim təsəvvür edə bilərdi? – Monk gülümsəyərək, uzunboğaz çəkməsilə ayaqaltını qatladı və motosikldən düşdü. – Amma sən heç ümid etmə ki, bu, sənə bizim mərcdən yayınmağa imkan verəcək. Təbii əngəllər barədə
şərtdə heç nə deyilməmişdi. Deməli, konfrans bitdikdən sonra 32
məni şama dəvət edəcəksən. Göl kənarında restoran, bifşteks və orda olan ən tünd porter.
− Yaxşı, amma mən əvəzini çıxmalıyam. Sən düzgün olmayan üstünlükdən istifadə etdin.
− Üstünlükdən? Mən? − Bir əlindən əlcəyi çıxaran Monk süni biləyini göstərdi. − Mənim əlim yoxdur. Eləcə də
yaddaşımın xeyli hissəsi. Mən artıq bir ildir ki, xidmətə
yararsız hesab olunuram. Bu da mənimçün üstünlük!
Bununla belə gülümsəməyinə ara verməyən Monk METİPPİ mühəndislərinin yaratdığı protez əli uzatdı. Qrey, soyuq plastmass barmaqların onu necə bərk sıxdığını hiss edərək, süni əli tutdu. Bu barmaqlar asanlıqla qoz sındıra bilərdi.
Monk dartıb dostunu ayağa qaldırdı.
Qrey kevlar motosikl kostyumundan yaş yarpaqları çırpmağa başladı və bu vaxt döş cibindəki mobil telefonu zəng çaldı. Aparatı çıxaran Qrey zəng edənin nömrəsinə baxdı və
qaş-qabağını tökdü.
− Mərkəzdəndir, − o, Monka dedi və telefonu qulağına apardı. − Kommander Pirs eşidir.
− Pirs? Axır ki, cavab verdin. Son bir saatda sənə dörd dəfə zəng vurmuşam. Maraqlanmaq olar, sən Virciniyanın ortasında, meşədə nə edirsən?
Bu, Peynter Krou – “Siqma”nın direktoru və Qreyin rəisi idi.
Münasib izahat fikirləşməyə çalışan Qrey motosiklə
baxdı. Şübhəsiz, onun yerini “Yamaha”da təchiz edilmiş QMS
naviqator bildirmişdi. Qrey əbəs yerə bir şey fikirləşməyə
çalışırdı: onun heç bir bəhanəsi yox idi. Onu Monkla birlikdə
Vaşinqtondan Kvantikoya FTB -nin tədris mərkəzinə
göndərmişdilər ki, bioterrorçuluq problemləri üzrə sim-33
poziumda iştirak etsinlər.