Qiyamət günü açarı. Джеймс Роллинс

Читать онлайн.
Название Qiyamət günü açarı
Автор произведения Джеймс Роллинс
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

heykəlini və

      altındakı gizli qapını gördü.

      Bu qapı Santa-Marta meydanına açılır.

      Əgər…

      Qarnına dəyən zərbə Markonu son ümidindən məhrum etdi. O, geriyə atılıb baxışını yerə dikdi. Bu zərbə yumruqla endirilməmişdi. Köynəkdən ucu plastmas lələkli qısa polad mil sallanırdı. Ağrı növbəti nəfəslə içəriyə yayıldı. Bu ox da birincisi kimi alovlu gözlə işıqlanırdı. Diod oxun özəyindəki dördbucaqlı qalın yerdə yerləşirdi.

      Marko qətiyyətsiz addımlarla geri hərəkət etdi…

      Qapının yanında tərpənən kölgə İsveçrə qvardiyaçılarının ala-bəzək mundirində olan fiqur idi. Əlbəttə ki, bu maska-1 Kilsə arxitekturasında apsidaya dik və ya parallel şəkildə olan, bir-birindən sütun və ya lise mimarisinde apsise dik yada paralel olarak yer alan ve birbirlerinden sütun yada paye dizileriyle ayrılan uzunlamasına mekanlara verilen ad.

      17

      lanma idi. Qatil arbaleti aşağı salaraq, gizlənib qurbanını izlədiyi yerdən – qapı oyuğundan çıxdı.

      Marko mehraba tərəf çəkilərək geriyə − nefin dərinliyinə

      qaçmağa hazırlaşdı. Sonra o, İsveçrə qvardiyaçısı mundirində

      daha bir adam gördü. İkinci qatil skamyaya tərəf əyilərək, ağaca batmış oxu çıxartdı.

      Gördüyü dəhşətdən Marko qarnındakı ağrını unutdu. O

      sağa – digər köndələn nefə tərəf döndü. Lakin gördü ki, burda da onu qabaqlayıblar. Qaranlıq yerdə yerləşən tövbə hüc-rəsindən əlində arbalet üçüncü fiqur çıxdı.

      Covanni tələyə düşdüyünü anladı.

      Kilsə xaç formasında idi, üç ucu qatillərlə tutulmuşdu.

      Qaçmağa yalnız bir tərəf qalırdı – xaçın yuxarısı, apsida .

      Lakin bu, dalan idi.

      Bununla belə Marko apsidaya tələsdi.

      İrəlidə müqəddəslərin və mələklərin fiqurları ilə

      bəzənmiş, içində Müqəddəs Pyotr kafedrası saxlanılan böyük zərli tikili – Müqəddəs Pyotr mehrabı ucalırdı. Onun üzərində

      isə Müqəddəs Ruhun göyərçin görkəmində təsviri çəkilən ağappaq oval pəncərə vardı.

      Lakin orada da heç bir ümid yox idi.

      Arxasını pəncərəyə çevirən Marko ətrafa göz gəzdirdi.

      Ondan solda papa VIII Urbanın sərdabəsi ucalırdı.

      Bütün insanların qaçılmaz aqibətindən və yəqin ki, Markonun özünün də axırından xəbər verən Ölümün skelet formalı heykəli mərmər sarkofaqı bəzəyirdi.

      − Lilium et rosa, − Marko pıçıldadı.

      Zanbaq və qızılgül.

      Uzaq keçmişdə, on ikinci əsrdə sağlığında ikən övliyalar sırasına keçirilən Malaxiya adlı bir irland keşişi öncəgörmə

      görmüşdü. Onun dövründən ta dünyanın sonunadək olan bü-18

      tün papalar ona görünmüşdü. Öncəgörməyə əsasən, cəmi yüz iyirmi papa olmalıdır. Malaxiya onların hər birini qısa, müəmmalı ibarə ilə təsvir etmişdi. Məsələn, Malaxiyanın ölümündən beş yüz il sonra dünyaya gələn VIII Urban “zan-baq və qızılgül” sözləri ilə tərif edilmişdi. Bütün başqa eh-kamlar kimi bu xüsusiyyət də düzgün idi. Papa VIII Urban gerbində

      al zanbaq olan Florensiyada dünyaya gəlmişdi.

      Lakin ən qorxulusu bu idi ki, indiki papa müqəddəs Malaxiyanın siyahısında sonuncudan bir qabaqkıdır. Ehkama əsasən, katolik kilsəsinin növbəti başçısı dünyanın sonunu görəcək.

      Əvvəllər Marko belə fantaziyalara əhəmiyyət vermirdi.

      Lakin indi, onun barmaqları bapbalaca dəri kisəciyi bərk sı-xanda o, insanlığın həqiqətdə Armageddona nə qədər yaxın olduğunu fikirləşirdi.

      Addım səsi eşidən Marko diksindi. Qatillərdən biri ona yaxınlaşırdı. Onun yalnız bir sonuncu hərəkətə vaxtı qalırdı.

      O, bir saniyə də fikirləşmədi. Marko iz buraxmamaq üçün qanayan yarasını sıxıb yana çəkildi və qorumalı olduğu şeyi gizlətdi. Bundan sonra o, apsidanın mərkəzinə qayıtdı və qur-tulmağa ümid etməyərək diziüstə çöküb ölümünü gözlədi.

      Addım səsləri mehraba yaxınlaşdı. İnsan fiquru göründü. Kişi dayandı və diqqətlə qaranlığa baxdı.

      Bu, qatil deyildi. Marko bu insanı yaxşı tanıyırdı. Covanni gələn adamın diqqətini cəlb edərək zarıdı. O, təəccübdən dondu, sonra yaralıya tərəf tələsdi.

      − Marko?

      Ayağa qalxmağa taqəti olmayan Marko bir an ümid və

      şübhə arasında qalaraq ona baxırdı. Lakin kişi üzündə təbii təlaş ona tərəf atıldı. Bu, Markonun keçmiş müəllimi gecəyarısı hazırkı görüşünü təyin edən adam idi.

      19

      − Monsinyor Verona… – Marko bütün şübhələrini unudaraq, bu adamın onu heç vaxt satmayacağına qəlbən ina-nıb çətinliklə dedi.

      Marko əlini qaldıraraq boş ovcunu açdı. O biri əli əvvəlkitək qarnına batmış oxun lələkli ucundan yapışdı.

      Yanıb-sönən işıq Markonun diqqətini aşağı çəkdi. Oxun ucundakı diodun qırmızı işığı onun gözü önündə yaşıla çevrildi.

      Yox…

      Partlayış qan, tüstü və tökülmüş içalat izini mərmər döşəmədə qoyaraq Markonu kənara atdı. Covanni ata qar-nında açılan deşiklə yanıüstə mehrabın dibinə düşdü. Süzülən gözləri ucalan zərli abidədə qaldı. Sönən hafizəsində bir ad üzə

      çıxdı.

      Petrus Romanus.

      Romalı Pyotr.

      Bu ad müqəddəs Malaxiyanın peyğəmbərlik siyahısında sonuncu idi. Hazırkı katolik kilsəsinin başçısını əvəz edib, yer üzündə sonuncu papa olacaq adamın adı idi.

      Marko uğursuzluğa düçar olduğundan belə nəticənin qarşısını almaq mümkün deyildi.

      Markonun gözləri qarşısında hər şey qaraldı. O, eşitmə

      qabiliyyətini itirdi. Onun danışmağa gücü qalmadı. O yanıüstə

      düşərək apsidanın üzərindən papa Urbanın sərdabəsinə, qə-birdən çıxan bürünc skeletə baxırdı. Covanni atanın çox qoruduğu bapbalaca kisəcik skeletin sümüklü barmağından asılmışdı. Marko dəridə yandırılmış qədim simvolu təsəvvür etdi.

      Onun içində dünya üçün yeganə ümid var idi. Son nə-fəsində Marko bunun kifayət olması üçün dua etdi.

      20

      Birinci hissə

      Spiral və xaç

      Çərşənbə axşamı,

      9