Qiyamət günü açarı. Джеймс Роллинс

Читать онлайн.
Название Qiyamət günü açarı
Автор произведения Джеймс Роллинс
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

Dezinfeksiya maddələrinin kəskin qoxusu çarpayılarda hərəkətsiz uzanan bədənlərin iyini güclə gizlədirdi. Xəs-təxanalarda həmişə çox pis qoxu olur.

      Neçə il ərzində Reyçel ilk dəfə siqaret çəkmək istədi. Bəlkə bu onu əmisinin komada olduğu hər saatda artan na-rahatçılıqdan xilas edərdi. Onu damcısalana birləşdirmişdilər: cihazlara gedən simlər həyati funksiyaları izləyirdi, süni nəfəsalma cihazı sinəni qaldırıb-endirirdi. Viqor birdən-birə

      on il qocalmışdı, üzü sıyrıntılar və qançırlarla örtülmüşdü, qırxılmış başı bintlə sarılmışdı. Həkimlər izah etdilər: dərialtı qan sızması və kəllə sümüklərinin kiçik əzikləri. Onlar diqqətlə

      yaralının kəllədaxili təzyiqini izləyirdilər. Maqnit-rezonans tomoqrafiyası baş beyində zədə göstərmədi, lakin Viqor özünə

      gəlmirdi, bu da həkimləri narahat edirdi. Polis və tibbi hesabatlara görə monsinyor Verona xəstəxanaya yarıhuşsuz vəziyyətdə daxil olmuşdu. Komaya düşməzdən əvvəl o, bir neçə

      dəfə həyəcanla tək bir söz təkrar etmişdi: “Morte”, yəni

      “ölüm”…

      Lakin bu nə demək idi? Digər keşişin taleyi Viqora məlum olmuşdu? Yoxsa bu adi sayıqlama idi?

      Onun özündən soruşmaq mümkün deyildi. O, ətraf mühitə reaksiya vermirdi.

      43

      Reyçeli narahatçılıq tərk etmirdi. Günün çox hissəsini o, əmisinin əlindən tutaraq onun yanında keçirdi. Ara-sıra əlini sıxırdı, dua edirdi ki, hər hansı bir yaxşılaşma baş versin.

      Lakin Viqorun barmaqları taqətsiz qalırdı, sanki həyat əlamətləri onun bədənini tərk etmişdi, təkcə qişası qalmışdı.

      Hər şeydən çox Reyçeli üzən o idi ki, əmisinə kömək etmək iqtidarında deyildi. Əslində Viqor onu tək böyütmüşdü və əmisindən savayı onun heç kimi yox idi. Buna görə Reyçel bütün günü onunla oturmuşdu, yalnız bir dəfə Birləşmiş Ştat-lara zəng vurmaqçün qalxmışdı.

      Qrey sabah səhər burda olacaq.

      Bu son iyirmi dörd saat ərzində yeganə şad xəbər oldu.

      Baxmayaraq ki, Reyçel əmisinə sağalmaqda kömək edə bilmirdi, o bu hücumun arxasında əslində nəyin durduğunu nə

      olursa-olsun öyrənməyi qətiləşdirmişdi.

      Hal-hazırda Müqəddəs Pyotr kilsəsindəki partlayışın təhqiqatı bütün əlaqədar strukturların – italyan kəşfiyyat xidmətindən ta İnterpoladək idarələrarası hay-küyə çevrilmişdi.

      Hamı bunun terror aktı olduğuna qərar vermişdi. Belə nəticə

      ilk növbədə ona əsaslanırdı ki, həlak olan keşişin cəsədi ölümdən sonra eybəcər hala salınmışdı. Onun alnına qeyri-adi damğa vurulmuşdu.

      Şübhəsiz bu işarə ilə nəsə demək istəyirdilər. Məhz nə və

      onu kim vurmuşdu? Hələ ki, heç bir terrorçu qruplaşma partlayışı öhdəsinə götürməmişdi.

      Reyçel başa düşürdü ki, həqiqəti müəyyən etməyin ən tez yolu saysız-hesabsız idarələrin yaratdığı xaos yox, cərrah dəqiqliyi ilə, daha incə fokuslaşdırılmış şəxsi təhqiqatın apa-rılmasıdır.

      Buna görə də o, Qreyə zəng vurdu. Lakin şəxsi planda bu köməyə çağırış onun üçün asan olmadı. Reyçel başa düşürdü 44

      ki, əgər o həqiqəti tapmaq istəyirsə, “Siqma”nın qlobal re-sursları olmadan keçinməyəcək. Həm də, o, bilirdi ki, təklikdə

      onun buna gücü çatmayacaq. Ona tam inandığı adam lazım idi: Qrey.

      “Bəs əgər bu zəng ona peşəkar maraq kimi gəlməsə?”

      Bu fikri özündən qovan Reyçel xəstəxananın qarşısındakı dayanacağı keçdi. Öz balaca “Mini-Kuper”inə çatan cavan qadın sükanın arxasına əyləşdi və Romanın küçələrinə çıxdı. O, qatlanmış damı qaldırmırdı və qarşıda işlənmiş qaz tüstüsü buraxan turist avtobusu ortaya çıxanadək külək onun fikirlərini bir qədər aydınlaşdırdı.

      Magistraldan dönən Reyçel dar küçələrlə sürdü; kü-çəboyu kiçik mağazalar, kafe və restoranlar yerləşirdi. O

      sabahkı günədək fikirlərini toplamaqçün düz evə getmək istəyirdi, amma özü də hiss etmədən Tibr sahilinə gəlib çıxdı.

      Bir neçə döngədən sonra qarşı sahildə Müqəddəs Pyotr kilsəsinin parlayan günbəzi göründü.

      Nəqliyyat axınına qoşulan Reyçel məqsədinə doğru yönəldi. Partlayışdan sonra bütün Vatikan ziyarətçilər üçün bağlı idi. Hətta papanın özü də təhlükəsizlik baxımından Kastel-Qandolfodakı yay iqamətgahına köçməli olmuşdu. Lakin bu turist və avaralar axınının qarşısını almadı. Hətta maraqla çulğalanmış dəstələr daha da artmışdı.

      Ətraf küçələr dolu olduğundan, Reyçel maşını saxlamaq üçün əlavə yarım saat da sərf etdi. Nəhayət o, məşhur meydanı əhatə edən polis mühasirəsinə çatanda hava tamamilə qaralmışdı. Adətən Müqəddəs Pyotr meydanı inamlılar və tu-ristlərlə dolu olur, indi isə tamamilə boş idi. Yalnız bir neçə

      formalı polis sütunların arasında və açıqlıqda gəzişirdilər. Onlardan biri meydanın ortasında ucalan Misir obeliskinin dibində dayanmışdı. Hamının çiynində avtomat tüfənglər vardı.

      45

      Mühasir xəttinə yaxınlaşan Reyçel sənədlərini göstərdi.

      Polis qaş-qabağını tökdü. Ortayaşlı, yekəqarın polis əyri ayaqlarını aralayıb durmuşdu. Şəhər polisi ilə karabinerlərin arası o qədər də yaxşı deyildi.

      – Sizə bura nə üçün lazımdır? – deyə polis sərt şəkildə

      soruşdu. – Bu terror aktıyla, Mədəni irslərin mühafizəsi agent-liyinin nə əlaqəsi var?

      Sual ədalətli idi. Reyçelin işlədiyi idarə incəsənət əsərlərinin oğurluğu və əntiq şeylərin qara bazarı ilə məşğul olurdu. Onun daxili terrorizmə heç bir aidiyyəti yox idi. Reyçelin burda olması üçün rəsmi əsası yox idi. Bundan əlavə, zərərçəkənlərdən birinin yaxın qohumu olduğu üçün, ona Müqəddəs Pyotr kilsəsindən uzaqda durmağı şəxsən tapşırmışdılar.

      Amma o, cinayət yerinə şəxsən baxış keçirmək istəyirdi.

      Reyçel öskürüb irəlini göstərdi.

      – Mən partlayış yerini təsvir etmək və ondan sonra heç bir incəsənət əsərinin oğurlanmadığına əmin olmaq üçün burdayam.

      – Deməli, kağız işləri… – Polisin səsində istehza duyulurdu. Burnunun altında mızıldadı: – Təəccüblü deyil ki, qadın göndəriblər.

      Reyçel təhqirə fikir vermədi. Vəsiqəsini gizlətdi.

      – Bağışlayın, mən tələsirəm. Artıq gecdir, mənsə çox iş

      görməliyəm.

      Polis çiyinlərini çəkərək, yalnız bir addım geri çəkildi.

      Reyçel onun yanından sıxılaraq keçməyə məcbur oldu. Polis öz ölçüləri ilə onu qorxutmağa çalışaraq, bütün çəkisi ilə ona