Название | Qiyamət günü açarı |
---|---|
Автор произведения | Джеймс Роллинс |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Ceysonun sinəsindən titrək ah çıxdı. Vertolyotlar üsyançıları asanlıqla qovacaqlar. Yenidən inamla dolub daşan Ceyson aşağı əyilib sahəni qaçaraq keçdi. O, ən yaxınlıqdakı anbara tərəf gedirdi, ora yüz yarddan az məsafə qalmışdı.
Orada onu qatı kölgə gizlədəcəkdi, Kristanın laboratoriyası isə
növbəti anbarda idi. Ceyson Allaha yalvarırdı ki, qız orada gizlənmiş olsun.
Ceyson anbarın arxa divarına çatanda geridə güclü işıq yandı. Baş vertolyotdan çıxan projektorun gözqamaşdırıcı işığı qaçqın düşərgəsi üzərindən keçdi. Ceyson xırıltılı ah çəkdi…
Bu üsyançıları qorxudacaq, onları getməyə məcbur edəcək. Sonra düşərgənin üzərinə qurğuşun yağışı tökərək vertolyotun hər iki tərəfindən pulemyotlar şaqqıldadı. Bu düşərgəyə soxulan üsyançı dəstələrinə cərrahi zərbə deyil, tammiqyaslı qırğın idi.
İkinci vertolyot düşərgənin kənar hissəsində dövrə vuraraq o biri tərəfdən daxil oldu. Arxa lyukdan çəlləklər töküldü, onlar yerə dəyən kimi partladı və havaya alov dilləri qalxdı. Qışqırıqlar daha da yüksəldi. Ceyson gördü ki, bir kişi kürəyində alov tamamilə lüt halda səhraya qaçır. Yandırıcı bomba axını Ceysonun olduğu yerə yaxınlaşırdı. O, çevrilərək anbarın ətrafına atıldı.
İrəlidə tarlalar və elevatorlar vardı, amma orda qurtuluş
olmayacaq. Səlis qarğıdalı cərgələri tərəfdən qara fiqurlar yaxınlaşırdı. Ceyson, Kristanın laboratoriyasına çatmaq üçün, açıq sahədən keçməyi qərara aldı. Anbarın pəncərələri qaranlıq idi, yeganə qapı isə tarlaya çıxırdı.
26
Ceyson toxtamaq üçün yubanırdı. Axırıncı bir sıçrayış –
və o, anbarın içində olacaq. Amma o, addım atmağa macal tapmamış, yeni alov axını tarlanın kənar hissəsini işıqlandırdı.
İnsan zənciri qarğıdalı sıraları boyunca gələrək, hələ yığıl-mamış məhsulu odsaçan silahla yandırırdı.
“Lənət şeytana, burda nə baş verir?
Uzaqda, sağ tərəfdə elevatorun tənha qülləsi alov qa-sırğasıyla partlayıb göyə sovruldu. Şokdan sonra özünə gələn Ceyson anbarın açıq qapısına tərəf atılıb içəri soxuldu.
Yanğın işığında otaq əl dəyilməmiş, hətta səliqəli görünürdü. Anbarın arxa yarımhissəsində mümkün olan hər cür elmi avadanlıq düzülmüşdü. Bunlardan − mikroskoplar, sentrifuqalar, inkubatorlar, termostatlar, gel-elektrofarez qur-ğularından genetik və bioloji tədqiqatlar üçün istifadə
olunurdu. Sağda üzərində daşınabilən kompüterlər, peyk rabitəsi avadanlıqları, fasiləsiz təminatlı akkumulyator olan masalar durmuşdu. Akkumulyatorlarla işləyən kompyu-terlərdən birinin ekranı başlıq şəkillə işıqlanırdı. O, Kristanın masasının üzərində idi, amma qızın özü görünmürdü.
Masaya yaxınlaşan Ceyson baş barmağı ilə klaviaturaya toxundu. Başlıq şəkil itdi və əvəzinə açıq elektron poçt pəncərəsi gəldi. Bu da Kristanın poçtu idi…
Ceyson həyəcanla ətrafa nəzər saldı.
Belə görünürdü ki, Krista qaçmışdı, amma hara?
Ceyson cəld özünün elektron poçtuna daxil oldu və
atasının Kapitoliya təpəsindəki xidməti ünvanını yığdı. O, nəfəsini dərməyə çalışıb, hücumu təsvir edən tələsik bir neçə
qısa cümlə yazdı. Əgər o, xilas ola bilməsə, qoy baş verənlər barədə məlum olsun. Ceyson artıq “göndərmək” düyməsini basmağa hazırlaşırdı ki, ağlına bir fikir gəldi. İş masasına 27
Kristanın hansısa faylları qoyulmuşdu. Ceyson onları öz məlumatına qatdı və yalnız bundan sonra göndərdi.
Elektron məlumat ünvana dərhal getmədi. Qatılmış
fayllar çox böyük idi; onların çatdırılması bir dəqiqədən az vaxt aparmayacaqdı. Lakin Ceyson daha gözləyə bilməzdi.
Ümid etmək qalırdı ki, məlumatı tam göndərmək üçün ak-kumulyatorun enerjisi çatacaq.
Burda yubanmaqdan qorxan Ceyson qapıya tərəf döndü.
O, Kristanın hara yox olduğunu onsuz da bilməyəcəkdi. Ümid etmək istəyirdi ki, qız səhrada gizlənməyə macal tapıb. O da indi ora tələsəcək. Orada yarğanların və qurumuş çay məc-ralarının böyük labirinti var. Lazım gəlsə orada bir neçə gün gizlənmək də olar.
Ceyson qapıya tərəf atıldı və bu zaman qapı yerini qara siluet tutdu. Ceyson ah çəkib, geriyə çəkildi. Fiqur anbara addımladı və təəccüblə pıçıldadı:
− Ceys, bu sənsən?
Ceyson yüngüllük hiss etdi.
− Krista…
Ceyson qucağını açaraq, ona tərəf atıldı. Onlar birlikdə
xilas olacaqlar.
− Ah, Ceyson, şükürlər olsun!
Onun sevinci Kristanın hiss etdiyi sevincə bərabər idi, ta ki, Krista tapancanı qaldırıb onun sinəsinə üç güllə atdı.
Güllələr ağır yumruq kimi Ceysonu vurub yerə sərdi. Sonra isə onu, gecəni daha qaranlıq edən, yandırıcı ağrı bürüdü.
Hardasa uzaqlarda atışmalar, partlayışlar, qışqırıqlar eşidilirdi.
Krista onun üzərinə əyildi:
− Sənin çadırın boş idi. Biz fikirləşdik ki, sən qaçmağa macal tapmısan.
28
Ceyson öskürdü, ağzı qanla dolduğuna görə, cavab verə
bilmədi.
Çox güman ki, onun susmasından razı qalan Krista çevrilib geriyə − ölüm və alovun kabusuna qayıtdı. O, alovlanan tarlaların fonunda qara siluet kimi görünərək, qapıda bir an dayandı, sonra isə gecədə yox oldu.
Ceyson əbəs yerə nəyisə başa düşməyə çalışırdı.
“Niyə?”
Zülmət onu sürükləyirdi. Ceyson başa düşdü ki, bu sualın cavabını tapa bilməyəcək. Amma, hər halda, ölümündən əvvəl nəsə eşidə bildi. Qonşu masadakı kompyuter ciyildədi. Məlumat göndərilmişdi.
2
10 oktyabr,
Saat 07: 04
Şahzadə Uilyamın meşə parkı
Virciniya ştatı
O, sürətini artırmalı idi.
Kommander Qreyson Pirs motosiklin sükanına doğru əyilərək, sərt viraj etdi. Altıfutluq bədənını döngənin mərkəzinə tərəf əyərək o, sözün əsl mənasında, motosikli ho-rizontal yerləşdirərək, az qala dizini yerə sürtüb dağıdacaqdı.
Mühərrik axıradək açılmış drossel qapağa cavab olaraq guruldadı. Motosikl irəli yönələrək