Bakı «Kitab Klubu» məşhur rus uşaq yazıçı-publisisti Valeri Mixayloviç Voskoboynikovun tarixi povestini diqqətinizə çatdırır. Əsər 1972-ci ildə yazılmış və bestsellərə çevrilmişdir. Təsadüfi deyil ki, bu kitab UNESCO-nun qərarı ilə İbn Sinanın 1000 illiyi ərəfəsində bir çox dünya dillərinə tərcümə edilmişdir. Müəllif Böyük Loğmanın həyatı yolu ilə birgə onun yaşadığı zəmanənin də – Orta Asiyada İslamın ən təzadlı tarixi inkişaf mərhələsində (950-1050-ci illər) saray əhli və adi insanların həyat şəraitini də çox gözəl işıqlandırıb. Kitab yaşından asılı olmayaraq tarix, islam dini və tibb elminin yaranışı ilə maraqlanan və ya sadəcə məqsədinə qətiyyətlə çatmaq istəyən bütün oxucular üçündür.
“Mashadi Ibad” is a humorous musical comedy created by Azerbaijan’s renowned composer and dramatist Uzeyir Hajibeyov. In the musical comedy U. Hajibeyov sarcastically laughs at Mashadi Ibad, because people like him imagine that money can do everything. They even think it’s possible to buy 15 year old girl and her love by money.
Lüğətə müasir Azərbaycan dilində işlənən ərəb və fars mənşəli 5000-dək söz və söz birləşməsi daxil edilmişdir. Bunlar gündəlik həyatda işlədilən söz və ifadələr, islamiyyətə aid kəlmələr, həmçinin Azərbaycan şəxs adlarıdır. Lüğətdə ərəb və fars sözləri Azərbaycan dilində tələffüz edildiyi qaydada – müasir orfoqrafiya prinsiplərinə uyğun verilmişdir. Kitab orta məktəb şagirdləri və müəllimləri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
1920-ci il hadisələrindən sonra xaricə mühacirət etmiş bir sıra siyasət adamları (eləcə də İkinci Cahan hərbindən sonra siyasi motivlərlə Avropada qalmış soydaşlarımızdan bəziləri) özlərindən sonra milli tarixçiliyimiz üçün dəyərli xatirə yazıları qoyub getmişlər. Bu qaynaqların heç də hamısı Anavətəndə işıq üzü görərək ictimaiyyətə çatdırılmayıb. Görkəmli siyasətçi, parlamentin deputatı, sağ eser Abbas bəy Seyfulla bəy oğlu Atamalıbəyovun xatirələrini bu kitabda gənclərimizə çatdırmağı özümüzə borc bilirik.
Məşhur mesenat, maarifpərvər Bakı milyonçusu Hacı Zeynal-abdin Tağıyevin tariximizin 1920-ci ilə qədərki dövründə apar-dığı abadlıq işləri, incəsənət və elm qarşısındakı xidmətləri, şəxsi vəsaiti ilə ən görkəmli ziyalılarımıza təhsil verdirməsi hamımıza məlumdur. Lakin təəssüf ki, bu görkəmli şəxsiyyətin həyatı, mü-tərəqqi fəaliyyəti hələ də öz layiqli qiymətini almayıb . Təqdim olunan kitab hələ yüz il bundan əvvəl Bakı neftindən gələn pulların qeyri-neft sektoruna yönəldilməsinin zəruriliyini dərk etmiş və bu işi həyata keçirən Hacını millətə tanıtmaq istiqamətində atılmış ilk ciddi adımlardan biridir. Kitaba N.Nərimanovun böyük maarifçi haqqında yazdığı əsər, A. Şaiqin qardaşı Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan kitabın mətni, həmçinin əsrin əvvəllərində nəşr olunmuş “Himəm ər-rical” (“Kişilərin himməti”) kitabından H.Z.Tağıyevin gördüyü işləri əks etdirən bir sıra tarixi sənədlər, ona ithaf olunmuş şeirlər və ona gələn məktublar daxil edilmişdir.
Vüqar Dəmirbəyli bu gün Azərbaycan hüdudlarından kənarda ən çox çap olunan və tanınan yazıçılardan biridir. Əsərləri ölkəmizdən başqa Rusiyada, Almaniyada, Avstriyada və ABŞ-da dərc edilmişdir. Kitabda toplanmış, müəllifin 35 ildən artıq müddətdə yazmış olduğu seçmə hekayələrin bir qismi əvvəllər Bakıda çap olunsa da, onların əksəriyyəti Azərbaycan oxucusuna ilk dəfədir təqdim olunur.
Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbi daim haqqı-ədaləti qorumuş, haqlının yanında olmuş, ona görə də xalqımızın xatirəsində daim yaşamaqdadır. Sevilə-sevilə oxunan dastanın növbəti nəşrini oxuculara təqdim etməyə məmnunuq.
Тема ненависти к угнетателям и призыв к защите угнетенных присутствуют в каждом из этих рассказов, написанных для детей и получивших большую известность под общим названием «Страшные рассказы» (1912-1913).
Qədim turk eposunun növbəti nəşrini oxuculara təqdim etməkdən məmnunuq. “Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhəmiyyətə malikdir. Dastanın mətni iki variantda – orijinala tam uyğun və müasir-ləşdirilmiş şəkildə verilir.
“Ticarətin Yolu” – biznesi sevənlər üçündür. Bu, hər bir müəssisə və bazarı çulğamış münasibətlərə baxış sistemidir. “Yol” qaynağını şərq etikası və fəl-səfəsindən götürsə də onun müddəaları bütün dün-yada indi də aktualdır. Bu kitab bizneslə bağlı olan hər kəs – rəhbər, satıcı, təchizat işçisi və başqaları üçündür. “Ticarətin Yolu”nun yeganə tələbi oxucunun hər gün məşğul olduğu işi sevməsidir.