“Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin «„Tarixlər toplusu“» («„Came ət-təvarix“») əsəridir. Fəzlullah Rəşidəddinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarlarının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir. Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.
Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tariximizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çox-cəhətli ictimai fəaliyyətindən bəhs edən «„Xudafərin körpüsü“» dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta əsr məişət tərzi romanın əsas mövzusudur.
F.Kərimzadənin bu sonuncu tarixi romanında XVIII əsrdə baş verən hadisələr öz əksini tapır. Bu romanda da tarixi mənbələrin təsiri hiss olunur (xüsusilə “Qarabağnamə”lər), ancaq burada da tarixi həqiqətlə bədii həqiqət bir-birini tamamlayır. Qoca qartal simvolik obrazdır – yazıçı rus imperiyasına işarə edir. O ölürsə də, yeni, cavan qartallar səmaya uçur və beləliklə, rus imperiyasının işğalçılıq siyasəti davam edir. İkiyə bölünmüş Azərbaycandan sonra yeni ölkələr, məmləkətlər fəth edilir, çarı Qırmızı imperiya əvəz edir. Fərman Kərimzadənin Qarabağ xanlığının tarixinə həsr etdiyi “Qoca qartalın ölümü” romanı uzun illər apardığı səmərəli axtarışların məhsuludur. Müəllif romanı 1988-ci ildə Yaltada yazmış, əsər 1991-ci ildə çap olunmuşdur. Romandakı hadisələr Qarabağda cərəyan edir, əsərdə Qarabağ xanlığı haqqında tarixi mənbələr əsasında maraqlı məlumatlar verilir. Kitaba romandan əlavə ədibin povest və hekayələri daxil edilmişdir.
Fərman Kərimzadənin «Qarlı aşırım» əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. . Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır.
“Qarlı aşırım” əsəri ilə böyük ədəbiyyata gələn görkəmli yazıçı, tarixi romanlar ustası Fərman Kərimzadənin “Xudafərin körpüsü” romanında XV əsrin axırı XVI əsrin əvvəllərində baş vermiş tarixi hadisələr, Şah İsmayıl Xətainin uşaqlıq və gənclik illəri, hakimiyyət uğrundakı mübarizəsi qələmə alınıb. Romanda, həmçinin Şah İsmayıl Xətainin bir şair, sərkərdə və dövlət xadimi kimi yetişib formalaşdığı tarixi şərait təsvir edilib, Uzun Həsən, Sara Xatun, Hüseyn Lələ bəy, Əbih Sultan kimi tarixi şəxsiyyətlərin yadda qalan obrazları yaradılıb.
Tarixi həqiqətlərin bədii ifadəsi olan bu əsər Qarabağ xanlığının qurucusu və ilk xanı Pənahəli xanın (1693-1763) həyat və mübarizəsindən bəhs edir.
Fərman Kərimzadənin “Xudafərin körpüsü“ tarixi romanında Səfəvilər dövlətinin qurucusu və ilk hökmdarı Şah İsmayılın erkən yaşlardan etibarən hakimiyyət uğrunda apardığı gərgin mübarizə oxunaqlı dildə təsvir olunur.