Kitabda XIX əsrin sonlarında və XX yüzilin əvvəlində Bakı şəhəri, burdakı neft maqnatlarının həyat tərzi, Sura-xanıdakı Atəşgah və onun tarixi, azərbaycanlıların adət-ənənələri, Azərbaycanda yaşayan almanların bu ölkədəki tarixi, daşnak-bolşevik cütünün 1918-ci ilin 30 mart 1 aprel tarixlərində azərbaycanlıra qarşı törətdiyi soyqırımı, Bakı komissarlarının rejimindən İrana və Türküstana qaçmış milli burjuaziyanın məşəqqətləri, 26 Bakı komissarlarının Türküstanda güllələnməsi, Türküstan və İran həyatı gənc yazıçının göz şahidliyi ilə oxunaqlı bir dildə təsvir olunur. Roman 1920-ci ildə Bakıdan ayrılandan cəmi doqquz il sonra çap olunur.
Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Peyğəmbərimizin uşaqlığı, gəncliyi və peyğəmbərliyi eləcə də islamın XX əsrin əvvəlinə kimi olan durumu gözəl bədii boyalarla təsvir olunur.