Название | Hekayələr |
---|---|
Автор произведения | Чингиз Айтматов |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242058 |
– İndi mən nə edəcəm? – o zarıyaraq öz-özünə deyindi.
Sən demə, trosun dolandığı barabanın oxu sınıbmış. Bu, ancaq dəstəyi birtərəfli fırlatmaqdan ola bilərdi. Əgər yanında lazım gələn alətlər olsaydı, onu təmir etmək elə də çətin deyildi. Ancaq bunları haradan əldə edə bilərdi? Yedək, demək olar, çayın ortasında ilişib qalmışdı. Vəziyyətdən çıxmaq üçün nə edə bilərdi? Beləcə, lap sübhə qədər gözləmək olardı, bəs sonra… Səhər tezdən Asiya və Bektemir buraya gələcəkdilər. Bu ki lap biabırçılıqdır! Bu halda onların gözünə görünməkdənsə, ölmək yaxşıdır. Nəyin bahasına olursa olsun, o biri sahilə keçmək və gözdən itmək lazım idi.
Nurbek qərara gəldi ki, yedəkdən çıxıb əlləri ilə trosdan yapışsın və beləliklə, o taya adlasın. Bəli, bəli, o belə də edəcəkdi. Ancaq gərək aşağı və yuxarı trosların arasındakı məsafə onun boyundan artıq olmayaydı. Belə olsa, o, ayaqlarını aşağıdakı trosa çatdıra bilməyəcək və yuxarı trosdan asılıb qalacaqdı. Ancaq ölmək ölməkdi, xırıldamaq nə deməkdi!..
Nurbek ayağa durdu, əlləri ilə trosdan bərk-bərk yapışdı və yedəyin kənarına doğru addımladı.
Çayın gurultusu qulaqlarını doldursa da, o, ürəyinin necə döyündüyünü də eşidirdi. Xoşbəxtlikdən trosların arasındakı məsafə elə bil onun boyuna biçilmişdi, ayağını aşağıdakı trosa dirədi. Bircə axıradək dözə biləydi, yıxılmayaydı! Çox az qalıb – vur-tut dörd metr! Tros ovuclarının içini tamam siyirmişdi, əlləri qan içindəydi, sanki alışıb-yanırdı… Bütün bunlara baxmayaraq o, tələsmədən, asta-asta və ehtiyatla irəliləməkdə davam edirdi!
Budur, bu da sahil. Nurbek əllərini trosdan üzüb üzüqoylu yerə yıxıldı.
– Keçdim! Keçdim! – o, sevincindən qışqırır, torpağı qucaqlayaraq onu qoxulayır və astadan pıçıldayırdı: – Torpaq, torpaq! İndi mən hara istəsəm, ora da gedə bilərəm!..
Nurbek ayağa qalxdı və yellənə-yellənə irəli addımladı. O, bir anlığa dayanıb keçidə tərəf boylandı və yerindəcə donub-qaldı, ağlından keçirdiyi fikir boğazını qurutdu. İlk baxışdan adama elə gələ bilərdi ki, heç nə olmayıb, ancaq uzaqdan qaraltısı görünən yedək çayın üzərində yetim kimi yazıq-yazıq cırıldayırdı.
– Mən neylədim? – Nurbek həyəcan içində qaranlığa boylandı və irəli addımladı. – Belə də iş olar, yedəyi xarab etmişəm, özüm də çıxıb gedirəm? Onlar məni ölümün caynağından qopartdılar, müalicə etdilər, mən isə minnətdarlığımı bildirmək əvəzinə onlara ziyan vurub aradan çıxıram!
Nurbek yerə oturdu, başını əllərinin arasına alıb gözlərini yumdu. Təsəvvürünə gətirirdi ki, sabah nələr olacaq…
…Sabah hidroloqlar keçidin yanına gələndə görəcəklər ki, yedək çayın ortasında havadan asılı qalıb. Deməli, gecə ikən kimsə ondan istifadə edib, yedəyi qaçırıb və aradan çıxıb. Axı bunu kim eləyə bilərdi? Hamı bir-birinin üzünə baxacaq. Bəs axı Nurbek haradadır?.. Aydın məsələdir!.. Gedəni saxlamazlar! Amma işi bir an da dayandırmaq olmaz. Onlar yedəyi sahildəki burulğacın vasitəsilə keçidə çəkmək istəyəcəklər. Ancaq hərəkət edən tros sınıq barabana sıxılıb qaldığından yedək yerindən tərpənməyəcək. Onlar çox pis vəziyyətdə qalacaqlar, keçid sıradan çıxıb! Bunu kim elədi? Alçaq Nurbek!
– Mən heç vaxt ondan belə şey gözləməzdim! – Asiya dodağını dişləyərək pıçıldayacaq.
– Səni görüm heç zaman xeyir tapmayasan, pis atanın belindən gələn yaramaz! Bu nə iş idi başımıza açdın? – Asılbay dərindən köks ötürəcək.
– Mən bu sərsəri itin axırına çıxacam! – Bektemir yerdən daş götürüb ovcunda sıxacaq.
Bəs sonra, sonra nə olacaq? Asiya heç vaxt öz işindən qalmayacaq. Belə olan halda o, işini necə davam etdirəcək? Bircə çıxış yolu qalır. Alətləri də götürüb trosun üstü ilə yedəyə doğru hərəkət etmək. Bunu demək asandır, çətin ki kimsə trosun üstü ilə bu qədər məsafəni qət edə bilsin, keçiddən yedəyə qədər azı otuz metr məsafə var, trosdan əlin üzülsə, sonrası məlum məsələdir, birbaşa ölümdür: Baydamtal həmin andaca onu daşdan-daşa çırpacaq. Onların arasında kim bu cür təhlükəli işə qol qoyar? Asiya! Onun qarşısını heç nə ala bilməz, o, işinin bir dəqiqə belə dayanması ilə barışmayacaq.
– Yox, mən onu ölümün ağuşuna ata bilmərəm! – Nurbek yerindən durdu və bir göz qırpımında özünü keçidə yetirdi. O nə edəcəyini, vəziyyətdən necə çıxacağını kəsdirə bilməsə də, onu bilirdi ki, burdan gedə bilməz.
Nurbek körpüyə tərəf qaçdı və çətinliklə nəfəs ala-ala alnını dəmir dirəyə söykədi. Beynində bircə fikir dolaşırdı: “Nə etsin? Bucurqadı necə təmir etsin? Necə? Heç bir səs-səmir yoxdur! Harayına hay verən yoxdur! Dəli Baydamtal, heç olmasa, sən bir söz de! Yox, sən məni eşitməzsən, öz gurultun qulaqlarına dolub!.. Mən indi nə edim?.. Axı mən insanam, mənim adım – İnsandır!.. Buna mən nail olmalıyam, çıxış yolunu mən tapmalıyam!”
– Tapdım! – Nurbek qışqırdı. – Tapdım!..
Hə, Nurbek vəziyyətdən çıxış yolu tapmışdı! O elə indi trosdan tutaraq çayı o üzə keçəcək. O tayda içi alətlərlə dolu olan bir yeşik görmüşdü. Ordan gərək olan alətləri götürmək, onları kürəyinə bağlayaraq yenidən yedəyə qayıtmaq və onu təmir edib yerinə – o taya qaytarmaq lazım idi. Bir daha ona toxunmayacaqdı, yaxşısı budur, göz işlədikcə çayaşağı getsin, bəlkə, aşağılarda bir bərə tapdı… Əşi, bunlar o qədər də vacib deyildi, ən vacib olan iş o idi ki, fikirləşdiyini yerinə yetirsin, başlıca məsələ Asiyaya həyata keçirdiyi böyük işdə əngəl olmamaqdır!
– Bir addım da olsun geri çəkilən deyiləm! – Nurbek inad etdi və ardınca da tərəddüd eləməyə başladı: – Bircə onu bilmirəm ki, bu gərginliyə duruş gətirəcəm, ya yox?.. Burdan yedəyə qədər altı-yeddi metr olar, bu yolu indi gəlmişəm, gəldiyim kimi də qayıdaram, ancaq yedəkdən o biri taya kimi trosla otuz metr yenə getmək lazımdır! Bu, çox uzaq oldu!.. Çox uzaq! Qoy olsun, mən hər şeyə hazıram, Asiya!
Nurbek şalbanın başına dırmandı və yuxarıdakı