Hekayələr. Чингиз Айтматов

Читать онлайн.
Название Hekayələr
Автор произведения Чингиз Айтматов
Жанр
Серия Hekayə ustaları
Издательство
Год выпуска 0
isbn 9789952242058 



Скачать книгу

Çəkil görüm, özüm eləyərəm!”

      Nurbek hansı işin qulpundan yapışsa, orda iş qaynayırdı, onda işin axırına çıxmadan dayanmaq yox idi. Adamlarda elə təsəvvür yaranırdı ki, Nurbeksiz ötüşmək, ümumiyyətlə, mümkün deyil. Nə vaxt baxsan, onu kəməri tarım çəkili, ayaq üstə, iş başında görərdin. O, çadırları özü qurur, buldozeri özü sürür, qar uçqunlarını yarıb keçir, emalatxanada dəzgahları özü quraşdırırdı…

      Yalnız uzunsürən yağışlı günlərdə, məcburiyyət qarşısında qalıb çadıra çəkiləndə yerinə uzanıb qəm dəryasına qərq olurdu. Nurbek başa düşmürdü ki, nə üçün indiyəcən bir adamla yaxınlıq etməyi bacarmayıb, nə üçün hamı kimi onun da dərdləşməli, ürək açmalı bir dostu, sirdaşı yoxdur. İş vaxtı tabeliyində olan insanlar dinməz-söyləməz onun göstərişlərini yerinə yetirsələr də, ona hörmətlə yanaşsalar da, iş qurtaran kimi hərə çəkilib bir yana gedir, onu dindirib-danışdıran belə olmurdu… Belə anlarda o, çamadanında saxladığı bir fotoşəkli çıxarar və dərindən ah çəkərək fənərin tutqun işığında uzun-uzadı ona tamaşa edərdi.

      Aynagül şəkildə də gözəl idi. Fotoşəkildən onun sevimli ətrinin qoxusu gəlirdi.

      Aynagül nazirlikdə katibə işləyirdi. Həmişə yumşaq xalı-xalça üzərində gəzdiyindəndi, ya nədəndisə, o, çox yüngül, səssiz addımlarla yeriyərdi. Kim bilir, bəlkə də, anadangəlmə yerişi belə olmuşdu…

      Nurbek göndəriş vərəqəsini göstərib xam torpağa getmək qərarını söyləyəndə, gözlədiyi kimi, Aynagül onun boynuna sarılmadı:

      – Sən yaxşı-yaxşı fikirləşmisən? – Aynagül qaşlarını çataraq soruşdu.

      – Bəli, nədir ki?

      – Heç, elə-belə… – və sakitcə əlavə etdi: – Deməli, sən ancaq sözdə məni sevirmişsən… – Aynagülün sıx kirpikləri islandı və belədə gözləri daha gözəl göründü. Nurbek özünü itirdi, o bunu heç gözləmirdi.

      – Bu nəyə lazımdır, Aynaş? Sən elə bilmə ki, mən sovxoza gedəndən sonra səni unudacam. Mən səninlə orda necə yaşayacağımız haqda düşünürəm…

      Əlbəttə, Aynagül bu saat ora getmək haqda fikirləşmirdi. Heç Nurbek də ona belə bir təklif etməzdi. Əvvəlcə gedib yerləşmək, ev almaq lazım idi, evlənmək söhbəti ancaq bundan sonra ola bilərdi.

      Nurbeki yola salarkən Aynagül ona öz fotoşəklini bağışladı:

      – Get, Nurbek, – Aynagül dodaqlarını sallayaraq küskün halda dilləndi. – Bir şey ki beyninə düşdü, səni ondan döndərmək mümkün deyil. Ancaq yadında saxla: işdir, oralar xoşuna gəlməsə, qayıt gəl, mən səni gözləyəcəm. Fikirləşmə ki, zavodda sənin haqqında nə deyəcəklər, bu elə də vacib deyil… İş hər zaman tapılar. Hə, bir də onu demək istəyirəm ki, mənim dayım sənin çalışacağın rayonda işləyir, hər ehtimala qarşı al, onun ünvanını da götür. Utanıb-çəkinmə, bir şey lazım olsa, ona müraciət elə, o hər şeydə sənə kömək edə bilər…

      Sən demə, Aynagül ünvanı səhv veribmiş. Onun dayısı qonşu rayonda, cənubdakı aşırımın arxasında işləyirdi. Nurbek bunu çox sonralar yerli adamlardan soruşub öyrəndi.

      Sovxoz gündən-günə irəliləyir, abadlaşırdı. Nurbek isə böyük səbirsizliklə Aynagüllə evlənəcəkləri günü gözləyirdi.

5

      Dağların yazı gec gəlir, amma gələn kimi də sürətlə ötüb-keçir. Aşağılarda vadilər yaşıllığa qərq olur, cavan ağaclar boy atır, yarpaqlar ağacların dibinə kölgə salmağa başlayırdı. Yaz fəsli işini bitirib yerini yaya verən kimi də al-yaşıl ətəklərini çırmalayıb dağlara doğru tərpənirdi.

      Dağlıq ərazilərdə yazın öz qayda-qanunları, öz təkrarsız gözəlliyi var. Səhər tezdən göydən qar ələnir, nahardan sonrasa gün çıxır, qar örtüyü hərəkətə gəlir, əriyib axır və buxarlanıb yoxa çıxır, bircə günlük ömrü olan güllər açır, axşama dönəndə isə şaxta hər yeri qupquru qurudur. Gecəni çaylar, bulaqlar buz bağlayır. Səhəri gün isə zirvələrdən baxanda ruhun təzələnir, dağlarda əsrarəngiz bir yaz havası duyulur, baxmaqdan adamın gözü doymur. Mavi, tərtəmiz və ləkəsiz səma adamı heyran eləyir. Torpaq təzə, yaşıl paltarlı, şehlə yuyunmuş gənc qız kimi cilvələnir, elə bil bu dəqiqə sənə baxıb utancaq halda gülümsəyəcək… Ağzını açıb qışqırsan, səsin dağları bürüyəcək: təmiz havada səs çox uzaqlara yayılır… Nə qar, nə duman, nə yağış, nə külək yazın qarşısını kəsə bilməz, o, yaşıl yanğın kimi dağdan-dağa, zirvədən-zirvəyə adlayır, getdikcə yüksəkliklərə can atır və nəhayət, əbədi buzlaqlara qədər gedib çıxır.

      Dağlıq ərazilərdə yaşayan insanlar yaz əkini ilə bağlı əvvəlcədən xüsusi tədarük görürlər – bir az gecikdin, səpdiyin cücərməyəcək, gecələr ayaz vuracaq…

      …Nurbek sovxozun ən uzaq sahəsinə – “Çon-Say”a axşamüstü gəlib çıxdı. Hələ motosikletdən düşməmiş gözü dağın ətəyindəki hərəkətsiz traktora sataşdı. O, dilxor olub tüpürdü, mühərriki söndürüb traktora tərəf qaçdı. Təngnəfəs halda uzaqdan qışqırdı:

      – Ey, niyə dayanmısan? Yenə traktoru xarab etmisən?

      Gənc traktorçu Jumaş tez papirosunu yerə atıb ayaqladı:

      – Traktor işləyir! – o özünə haqq qazandırmaq istədi. – Amma bura çox təhlükəlidir, aqay1.

      – Nə? – Nurbek yumruğunu düyünlədi, az qaldı ki, onu vursun. – Sənin ağlın başındadır?

      – E-e… yoldaş mexanik, bilirsiniz…

      – Əşi, sözünü de. Neçə saatdır traktor dayanıb? Cavab ver!

      – Bir saat olar…

      Nurbek yumruğunu havada yellədi:

      – Buna kim icazə verdi? Kim? Hansı axmaq?

      – Deyirlər, traktor aşa bilər. İşləmək təhlükəlidir!

      – Hara aşacaq? Sən nə çərənləyirsən?

      Briqadir onlara yaxınlaşdı. Nurbek Trofimovu nifrət dolu baxışlarla başdan-ayağacan süzdü və əsəbi halda başını buladı:

      – Bunu heç sizdən gözləməzdim! Traktorun boşdayanmasına görə partiya bürosunda cavab verəcəksiniz!..

      – Traktoru məcburiyyət qarşısında qalıb dayandırmışıq, yoldaş mexanik, – deyə enlikürək Trofimov vərdişkar kimi cod bığlarını eşdi və başını razılaşırmış kimi tərpədib təmkinlə cavab verdi. – Gözləyirdik ki, ya siz, ya da aqronom gəlsin, məsləhətləşək… Maşını hərəkətə gətirməyə relyef imkan vermir, dağətəyi çox dikdir… Özünüz baxın, görün necə enişdir… Traktor aşa bilər, insanları bada verərik! Fikir verin, traktor hansı maillik üzrə dayanıb!…

      Nurbek yerə oturdu, gözəyarı enişin mailliyini ölçdü və etinasızcasına əlini yellədi:

      – Gərəksiz ehtiyatlanmadır! Bu sizin üçün təkərli traktor deyil, tırtıllı traktor elə enişlər enir ki… heç aşıb eləmir!

      – Şükür



<p>1</p>

Aqay (qırğız.) – ağa; burada: hörmətli adama müraciət formasında işlədilir.