Qanun nəşriyyat

Все книги издательства Qanun nəşriyyat


    Svann yolunda. İtirilmiş zamanın sorağında - Marsel Prust

    Prust Marsel

    “Svann yolunda” avtobioqrafik roman olmasa da, Marsel Prust özünün kiçik yaşlı qəhrəmanı ilə birlikdə vaxtaşırı qədim dədə-baba yurdu Kombreyə və oradan da bir-birinə əks iki səmtə, iki ayrı-ayrı aləmə əyani-qiyabi səyahətlərə çıxmaqla haradasa həm də “itirilmiş zamanın sorağına” çıxır və hər yerdə – istər öz otağında, ya bir küçədə, kilsədə, çəmənlikdə, çay sahilində, istərsə də hər şeydə – bir fincan çayda, bir tikə piroqda, axar suda, gül-çiçək qoxusunda, şah əsəri qarşısında, hətta röyalarında elə hey nəsə axtarır; özü də hamı tərəfindən qəbul edilmiş səciyyəvi məziyyətlər, “ütülənmiş” dəyərlər – “ifrat sığallı” bağ-bağat, “aşırı tumarlı” məhəbbət, “hədsiz dürüst” qadın siması onu çox da maraqlandırmır: çünki Əlahəzrət Həqiqət mövcud, oturuşmuş Gerçəklikdə deyil, asimmetrik gerçəklərin arxasında gizlənir; özünün, əcdadlarının əlindən alınmış Zamanı da onların arxasında axtarmaq gərəkdir – “İtirilmiş Zamanı” geri almaq, əsl Həqiqətə qovuşmaq yolunda yüzillər, minillər qabaq bəlli simaların uydurduğu hansısa başqa dünyaya can atmaq isə hədər vaxt itkisindən savayı bir şey deyil…

    Böyük şahmat taxtası

    Збигнев Бжезинский

    SSRİ-nin qatı və ardıcıl əleyhdarı olan Bjezinskinin kitabının çoxsaylı yeni nəşrləri onun geosiyasət sahəsində nəzəri öncəgörmələrinə böyük marağın olduğunu göstərir. Dünyanın ən məşhur politoloqlarından biri gələcək dünyanın siyasi xəri­təsini proqnoz etməklə, dünyada və xüsusilə də Avrasiya kontinentində cari onilliyin geosiyasi situasiyasını təhlil edir. Müəllif SSRİ-nin bütün kin-küdurətini miras olaraq qəbul edən Rusiyaya “Qara dəlik” simvolik adı verilən ayrıca fəsil həsr etmişdir.

    Сакральный Апшерон

    Мелек Велизаде

    Автор выражает глубокую признательность: Азеру Мамедову, Хайяму Алиеву, Исмаилу Велиеву, доктору медицинских наук профессору назиму Ага-заде, Заслуженному деятелю искусскуств, доктору философских наук, профессору Тельману Гаджиеву, доктору философии Моисею Беккеру, Искендеру Тагиеву, Фархаду Гашимову, нушабе Искендеровой, кабире Гашимовой, Мехману Садыхову за неоценимую и безвозмездную помощь в издании данной книги!

    Şairin könül dünyası

    Kərimli Xanəli

    Görkəmli şair, “yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biri” (akad. İ.Həbibbəyli), ədəbiyyatşünas alim, pedaqoq, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin anadan olmasının 70 illiyinə həsr olunmuş bu topluda onun ümumi yaradıcılığına, ayrı-ayrı kitablarına və əsərlərinə həsr olmuş elmi, şəxsiyyətindən bəhs edən publisistik məqalələr, müxtəlif illərdə mətbuata verdiyi müsahibələr, qələm dostlarının yazdıqları ithaflar, məqalələrdən sətirlər və xəbərlər toplanıb. Bu materiallar ömrünün müdriklik dövrünü yaşayan müəllifin insan və yaradıcı kimi portretinin tamamlamağa yardım edəcək. Kitab çağdaş ədəbiyyatımızı araşdıranlar, magistrantlar və tələbələr üçün maraq doğuracaq.

    Превосходство иррационального

    Ирана Гасымова

    Сборник стихотворений о любви. О том, что наши чувства – нечто очень иррациональное. И погружаться ли в них, доверившись процессу жизни, или стараться сохранять холодный рассудок – это выбор каждого. А о том, чем же этот выбор чреват, вы узнаете, прочитав книгу. Главный посыл автора книги к читателю – никогда не изменять себе, что бы ни случилось.

    Əlqəmə

    Kəramət Böyükçöl

    Kəramət Böyükçölün “Əlqəmə” romanı reallıqları qəbul edə bilməyən bir insanın, eyni zamanda yazıçının başına gələn hadisələrdən bəhs edir. Həyatda öz yerini tapa bilməyən, ailə, qadın, sevgi, iş münasibətlərində daim uğursuzluğa düçar olan Əlqəmənin birdən-birə qazandığı şöhrətin arxasında dayanmağa da gücü çatmır. Daim depressiya, ünvansız bir darıxmaq, özünü axtarmaq… O, Qaraçöpdə babasıgilin damından təsadüfən tapdığı əlyazmanın iki səhifəsini öz yazıçı təxəyyülünün süzgəcindən keçirib yeni bir roman yazmağa başlayır. Bundan sonra Əlqəmə kimlərsə tərəfindən izləndiyini hiss edir və buna görə onsuz da narahat olan həyatının qorxusu, həyəcanı bir az da artmağa başlayır. Əvvəldən dostluq münasibətləri olan akademik Salman Ozançı bu əsərdən sonra onun həyatına yeni obraz kimi daxil olur. Asudə, Təkqol da Əlqəmənin təsadüfən qarşısına çıxmış əlyazmanın hələ çap olunmamış səhifələridir. Hüdudsuz təfəkkür zənginliyi Əlqəmənin hətta öz qətlini, tabutunu, meyitini belə gözünün qarşısında canlandırır.

    VÜQAR / ALİM / ON YEDDİ

    Məmmədov İlham

    “Vüqar – Alim – On Yeddi”. Bu ad və ləqəblər romanımın qəhrəmanı olan gənc oğlana məxsusdur. Mənim yazdığım bu roman, aldadılaraq radikal dini cərəyanlara qoşulan, gəncin faciəli həyatından bəhs edir. Eşq və məhəbbət insan həyatında çox böyük təsir gücünə malikdir. Məhəbbətin xəyanətini görən qəhrəmanımın, qisas hissi sayəsində, öz həyatı ilə yanaşı, valideynlərinin də həyatını fəlakətə sürüklədiyini göstərməyə çalışmışam. Yazdıqlarımla mən islam dinini nə tərif, nə təhqir etmişəm. Böyük dövlətlərin və onların xüsusi xidmət orqanlarının müsəlman ölkələrində, torpaqlarında yaratdığı müharibələrdəki əsas məqsədlərini oxucuya çatdırmaq istəmişəm.

    Yalnızlığı adıyla çağır

    Atilay Malik

    Uşaq evi Gözlərində qorxu böyüdən uşaqların Qulaqlarından Qadağalar sırğatək asılıb Tərli pəncərədə “ana” yazılıb…

    ÇAY KİTABI

    Yusifov Sədaqət

    Kitabda Azərbaycanda çayçılıq, onun tarixi, yetişdirilməsi, yarpaq yığımı, ilkin emalı, çeşidləri, çayın keyfiyyəti, saxlanması, dəmlənməsi, qaymaqlaşması, testi, yaşıl çay yarpaqlarından müxtəlif adda çayların hazırlanması barədə və bitki əsaslı çaylar haqqında məlumat verilir. Kitab çay istehsalı ilə məşğul olan mütəxəssislər üçün, eləcə də çay sevənlər üçün dəyərli vasitədir.

    Geriyə yol varmı

    Veysəlli Nemət

    Bu təbii qanundur. İnsan ömrünün axırlarında, yaşlı və ahıl çağlarında keçib gəldiyi həyat yolları, onun keçid və döngələrini tez-tez xatırlayır. Mən kiməm, haradan gəlib, hara gedirəm? Düşüncələrim, ağrılarım, uğur və itirdiklərim. “Geriyə yol varmı…”da mən belə mətləblərlə üzləşmişəm. Həyatımın əhəmiyyətli məqamlarını, uşaqlıq və yeniyetməlik illərində yadımda qalanları, xatırlanması vacib olan detalları, anları qeydə almağa çalışmışam. Burada həyatımın elə incə, intim anlarını qələmə almışam ki, bəlkə də bütün bunlar oxucularda təəccüb və təəssüf hissi doğuracaq. Deyəcəklər “burada söyləniləni oxucu ixtiyarına verməyə ehtiyac vardımı?”