Qanun nəşriyyat

Все книги издательства Qanun nəşriyyat


    О ibadət düşüncələri

    Niyazi Mehdi

    Bu kitabda Niyazi Mehdi gündəliyinə bəzi fasilələrlə 1989-cu ildən başlayaraq yazdığı teoloji-fəlsəfi düşüncələrini toplamışdır. Yazarın fikirləri məqalə və ya esse biçimində olmadığı üçün fraqmentardır, ancaq əvəzində bir çox dini məsələlərdə yüngülcə bir toxunuşla yeni səslər, yeni çalarlar çıxarmaq amacını güdür. Kitab dini və dünyəvi intellektuallara hesablanıb.

    Ölüm adası

    Агата Кристи

    Miss Marpl Karib sahilində oturub günəşlənərkən biraz peşmançılıq hissi keçirirdi. Düzdür, günəşlənmək onun revmatizminə yaxşı təsir bağışlayırdı, lakin bu cənnət məkanda qəribə heç nə baş vermirdi və bu da ona cansıxıcı gəlirdi. Nəhayət, köhnə bir zabitin qatil haqqında danışması onun marağına səbəb oldu. Tərslikdən qatilin şəklini göstərmək istəyərkən onun sözünü yarımçıq saxladılar. Növbəti gün zabitin ölü cəsədi tapıldı. Ölümlə nəticələnən bu təxribata səbəb nədir? Əsər başlanğıcdan sona qədər oxucunu maraq içində saxlayır.

    Mən Osmanlıyam

    Başaran Murat

    Osmanlı imperiyası tarixdə türklərin qurduqları ən böyük və ən uzun ömürlü imperiya olub. Xaç yürüşlərinə dəfələrlə sinə gərdilər. Dağılmış Anadolu birliyini təkrar qurdular. Sadəcə fəthləri ilə deyil təşkilatlanma, ədalət, elm, sənət və estetikada da zamanın birincisi oldular. Dünya tarixinin son parlaq səhifəsini yazdılar. Müsəlmanların, hətta bütün insanlığın ümidi oldular. Məhz bu şanlı dastanı yazan Osmanlı xanədanı yetişdirdiyi dahiləri ilə, cəsur, mərhəmətli və ənənələrə hörmət eləyən övladları ilə tarixdə bənzəri olmayan şan və şərəf qazandı. Murat Başaran “Mən Osmanlıyam” adlı kitabında onların hər kəsə nümunə olacaq həyatlarını lirik bir üslubda tərənnüm eləyib. Onların uğur qazanmaq sirlərinə fərqli bir tərzdə diqqət çəkib. Tarixi faktlardan çox həyatlarındakı qaranlıq, faciəli, Azərbayan oxucusuna elə də məlum olmayan məqamlara önəm verib.

    QUQARK

    Baycan Seymur

    “Quqark” romanı həyat hadisələri ilə zəngindir. Baxmayaraq ki, əsərin qəhrəmanı müəllif özüdür, oxucu romanın bir çox hissələrini oxuduğu zaman müəllifi unutmağa məcbur olur. Romanda epizodik hadisələr, obrazlar, həddindən artıq çoxdur və əsərdə konkret süjet xətti yoxdur. Bir neçə süjet xətti (Sovet İttifaqı dağıldıqdan sonra Qafqazda baş verən ictimai-siyasi hadisələr, müharibə, üçüncü ölkədə yaşayan yazıçının həyatı…) əsərdə bir-birinə qarışır. Ancaq bu dolaşıq hadisələr axınında müəllif vəziyyətdən çıxa bilir. Obrazların hissləri, hadisələrə yanaşmaları, problemləri əsər boyu çox az gözə çarpsa da, dövrün intellegentindən ən axmaq adamına kimi danışdığı bu əsərdə hər kəs haqda müəyyən təsəvvür yaranır.

    QADININ YOXMU?

    Sevinc Elsevər

    Sevinc el Sevər (Sevinc Pərvanə) “Qadının yoxmu?” şeir kitabında ənənəvi mövzusuna sadiqdir. Qadının iç dünyası, arzuları, qorxuları, sirrləri, sosial-mənəvi problemləri bədii-realist motivlərlə əks olunur.

    Diabetikin stolüstü kitabı

    Serdükov A. N.

    Siz tez-tez baş ağrıları, yorğunluq, əsəbilik, yaxud depressiyadan (ruhi sıxıntıdan) əziyyət çəkirsiniz. Bu zaman sizin orqanizminiz qanda şəkərin disbalansı ilə mübarizə aparır. Diabet və hipoqlikemiya belə disbalansın əsas səbəbləridir, çox geniş yayılmış xəstəliklərdir və nəticədə ümumi metabolizmin xroniki pozulmalarına gətirib çıxara bilər. Bununla yanaşı, tez-tez görmək olar ki, ənənəvi kliniki müalicə orqanizmə bütövlükdə müalicəvi təsir göstərmədən bu xəstəliklərin yalnız müəyyən simptomlarını aradan qaldırır. Düzgün yanaşma odur ki, siz qanda şəkərin metabolizmini sağlamlığı bərpa etməyə və uzun illər boyu onu qoruyub saxlamağa kömək edən metodlardan istifadə etməklə nəzarət altında saxlamalısınız. Bu kitab ona oxşar sistemləşdirilmiş nəşrlərdən daha çox ona görə fərqlənir ki, burda verilmiş materiallardan istifadə çox rahatdır. Burda ŞD ilə yanaşı, nəticədə ona gətirib çıxaran ŞD-nin bütün pozulmaları göstərilmişdir, bununla bərabər, hər bir hal üçün ətraflı, geniş tövsiyələr göstərilir. Kitabda göstərilmiş ən son tədqiqatların məlumatlarından istifadə etməklə sağlam və təbii həyat tərzini başlamaq məqsədilə dərman qəbulundan tam imtina edə bilərsiniz, heç olmasa onların qəbulunu əhəmiyyətli dərəcədə azalda bilərsiniz. Bu kitab ən geniş oxucu dairəsi üçün nəzərdə tutulmuşdur. Ümid edirik ki, bu kitab öz sağlamlığının qeydinə qalan, təhlükəli xəstəliyi özündən uzaqlaşdırmağa can atan- hazırda xəstəlik keçirən və dəqiq məsləhət və tövsiyələrə ehtiyacı olan insanlar üçün maraqlı olacaq- nəhayət, kitabın bəzi fəsilləri ŞD-yə münasibəti olan mütəxəssislər üçün də böyük marağa səbəb ola bilər- çünki həmin fəsillərdə elmin bu sahəsi üzrə ən son nailiyyətlər və müalicə metodları nümayiş etdirilmişdir.

    Psixo 101

    Klaynmen Pol

    Çox vaxt dərsliklər psixologiyanın təqdirəlayiq nəzəriyyələri, prinsip və təcrübələrini elə yorucu müzahirələrə çevirir ki, lap Freydin özü bunlara qarşı çıxmaq istəyərdi. “Psixo 101” isə darıxdırıcı təfərrüatları və statistikanı bir kənara qoyur, onun yerinə diqqətinizi və neyronlarınızı isə aktiv saxlayan psixologiya dərsi verir. Şəxsiyyətə dair viktorinalar və Rorşax Blot Testindən tutmuş B.F. Skinnerin inkişaf mərhələlərinə qədər hər bir mövzuda insan davranışından bəhs edən bu dərslik psixologiya mövzusunda başqa heç bir yerdə öyrənə bilməyəcəyiniz yüzlərlə əyləncəli məlumat və testlərlə doludur. Beləliklə, zehnin dərinliklərinə baş vurmaq, yaxud dostlarınızın nəyə eyham etdiyini bilmək istəyirsinizsə, “Psixo 101”də bütün suallarınıza – hətta axtardığınızdan xəbərinizin olmadığı suallara belə cavab tapa biləcəksiniz.

    Görünməzlər

    Рой Якобсен

    Roy Yakobsenin “Görünməzlər” romanında hadisələr ötən əsrin iyirminci illərində Norveçdə, Hallinqdal sahillərində kiçik bir adada cərəyan edir. Bu adanın sakinləri üçün yaşayış, var olma min əziyyət bahasına başa gəlir. Bəzən isə onlar seçim qarşısında qalırlar: burada, ata-baba yurdunda qalsınlar, yoxsa daha rahat həyat üçün böyük şəhərlərə üz tutsunlar? Roy Yakobsen ata-baba yurduna bağlılıqdan, belə gözdən uzaq, görünməz olan zəhmətkeş insanların həyatını çox təsirli və maraqlı şəkildə oxuculara çatdırır. Roy Yakobsenin “Görünməzlər” əsəri bizi keçmişə, doğma yurda bağlılığa çağırır. Norveçin ucqar, sərt təbiətli, çətin yaşayış şərtləri altında yaşam sürdürən Barröylülərin həyatı çox usta bir qələmlə təsvir olunub. “Görünməzlər” tənhalıq, acı güzəran, zəhmətkeşlik və rəqabət haqqında həyatın müxtəlif çalarlarının ustalıqla təsvir olunduğu romandır.

    Sən öləndə kim ağlayacaq?

    Робин Шарма

    Görürsən ki, həyat sənə öz dəyərini hiss etməyə, layiq olduğun xoşbəxtliyi tapıb, sevinci yaşamağa imkan vermədən yanından şütüyüb gedir. Əgər elədirsə, bu kitab, liderlik məsələləri üzrə quru və “Ferrarisini satmış rahib” kitablar seriyasının müəllifi Robin Şarma tərəfindən yazılmış xüsusi kitabdır – minlərlə insanın həyatını dəyişmiş kitab – səni yeni gözəl həyata aparacaq, yolgöstərənin olacaq. Robin Şarma stressdən qurtulmağın nadir metodlarından tutmuş, təkcə həyatdan zövq almağa deyil, gələcək nəsillərə qiymətli irs qoyub getməyə də imkan verən təsirli vasitələrə qədər 101 mürəkkəb problemin sadə həllini təklif edir.

    Atları Oğurlamaq Vaxtıdır

    Petterson Per

    Müharibə vaxtı, Müqavimət hərəkatı, arxa fonda baş verən sevgi dramı – bir qadın, iki kişi, qısqanclıq… Bunlar 50 ildən sonra xatırlanır… Sən demə, müharibə vaxtı təkcə döyüşmürlər, orada sevmək də, xəyanət də baş verir. Əsə­rin qəhrəmanı həmin iki kişidən birinin oğlu – indi 67 yaşı olan Trond Sander ömrünün qalan illərini təklikdə, tənha­lıq­da keçirmək istəyir…