Svann yolunda. İtirilmiş zamanın sorağında - Marsel Prust. Prust Marsel

.

Скачать книгу
Читать онлайн

Svann yolunda. İtirilmiş zamanın sorağında - Marsel Prust


Год выпуска 0

isbn 2001269804635

Автор произведения Prust Marsel

Жанр

Серия

Издательство Qanun nəşriyyat


“Svann yolunda” avtobioqrafik roman olmasa da, Marsel Prust özünün kiçik yaşlı qəhrəmanı ilə birlikdə vaxtaşırı qədim dədə-baba yurdu Kombreyə və oradan da bir-birinə əks iki səmtə, iki ayrı-ayrı aləmə əyani-qiyabi səyahətlərə çıxmaqla haradasa həm də “itirilmiş zamanın sorağına” çıxır və hər yerdə – istər öz otağında, ya bir küçədə, kilsədə, çəmənlikdə, çay sahilində, istərsə də hər şeydə – bir fincan çayda, bir tikə piroqda, axar suda, gül-çiçək qoxusunda, şah əsəri qarşısında, hətta röyalarında elə hey nəsə axtarır; özü də hamı tərəfindən qəbul edilmiş səciyyəvi məziyyətlər, “ütülənmiş” dəyərlər – “ifrat sığallı” bağ-bağat, “aşırı tumarlı” məhəbbət, “hədsiz dürüst” qadın siması onu çox da maraqlandırmır: çünki Əlahəzrət Həqiqət mövcud, oturuşmuş Gerçəklikdə deyil, asimmetrik gerçəklərin arxasında gizlənir; özünün, əcdadlarının əlindən alınmış Zamanı da onların arxasında axtarmaq gərəkdir – “İtirilmiş Zamanı” geri almaq, əsl Həqiqətə qovuşmaq yolunda yüzillər, minillər qabaq bəlli simaların uydurduğu hansısa başqa dünyaya can atmaq isə hədər vaxt itkisindən savayı bir şey deyil…