Qanun nəşriyyat

Все книги издательства Qanun nəşriyyat


    Sağlamlıq və Rifah, həyatınızı dəyişdirə biləcək sirlər

    Коллектив авторов

    Müasir dövrdə 100 təsdiqlənmiş ən yaşlı insanların yaşı 113-dən 122-yə qədərdir.1 2014-cü ilin əvvəlində bu uzunömürlülərdən yalnız altısı sağ idi, lakin yaxın gələcəkdə bir çox başqaları da üzə çıxa bilər. Təbabət qarşıdan gələn on illiklər ərzində insan ömrünün uzunluğunu əhəmiyyətli dərəcədə artırmaq vədi verir. Ona qədər siz daha uzun və daha yaxşı yaşamaq üçün öz öhdəmizə düşəni edə bilərsiniz. Əkizlər üzərində aparılmış tədqiqatlar insanın ömrünün uzunluğunun 20-30 faizə qədər genlərdən asılı olduğunu qeyd etsə də, bir çox başqa tədqiqatlar göstərmişdir ki, uzun ömürlülük daha çox həyat tərzindən asılıdır.

    Xınalı bahar

    Seyidzadə Zeynəb

    Mükəmməl şeirlərindən birində Cemal Sureyya «Sizin heç atanız öldümü? Mənim bir dəfə öldü. Kor oldum dünyaya» deyə atasının ölümünün ağrısını hiss etdirərək müthiş bir şəkildə özünə məxsus mükəmməllikdə dilə gətirir.

    Hasar

    Cəfər Hamlet

    Bir gün Samir “Füzuli” küçəsi ilə Akademik Milli Dram Teatrında “Hasar” tamaşasına baxmağa gedirdi. Küçə boyu çoxlu uçurulmuş hasar var idi. Hasarların içindəki sökülmüş evlərin qalıqları Samirə kədərlə baxırdı.

    Mən həmişə tələsdim

    Ağazadə Firidun

    “Mən həmişə tələsdim” tərcüməçi-şair Firidun Ağazadənin dördüncü kitabıdır. Kitaba müəllifin esse və məqalələri, ingilis və rus poeziyasından etdiyi bir neçə tərcümə və statusları daxil edilmişdir.

    DÖRD MÜHƏNDİS

    Kərimov İbrahim

    Ulduz Universiteti Azərbaycanın öndə gedən universitetlərindən biridir. Burada ölkənin ən yüksək nailiyyətlərinə sahib tələbələr təhsil alırlar. Maria, Ömər və Elina da onlardan biridir. Bir-birlərinə çox bağlı olan bu üç dost zəngin həyatı, geyim tərzi, bacarığı və xarici görünüşləri ilə hər kəsin diqqət mərkəzindədir. Novruz bayramı gecəsi əfqanıstanlı professor Ramez Afridinin mükəmməl bir planla qətlə yetirilməsi universitetdəki bütün dincliyi pozur. Cinayətin həlli üzərində istintaq gedərkən, Ulduz universitetində demək olar ki, digər üç tələbə ilə eyni yaşda olan mühafizə işçisi Elmir də burada təhsil alma şansı qazanır. Ömər, Maria və Elina isə özlərinin də günahı olduğu bu qətlin onların üzərinə qalmasından qorxur və bunu gizlətməyə çalışırlar. Amma aralarına sızan Elmirin onların həyatını tamamilə dəyişəcək tək insan olacağının fərqində belə deyillər.

    Qırmızı başmaqlar

    Quliyev Adil

    Kitabda hazırda Sankt-Peterburq şəhərində yaşayan müəllifin müxtəlif həyat gerçəklərindən təsirlənərək yazdığı maraqlı hekayələr toplanıb. Təbiətə vurğunluq, insanlığa sevgi, münasibətdə səmimilik, yaşamaq əzmi bütün mətnlərdən leytmotiv kimi keçir. Kitabda həm məkan, həm zaman baxımından rəngarənglik vardır. Çünki hadisələr həm sovet, həm də postsovet dövründə baş verir; eyni zamanda, həm Azərbaycanda, həm Rusiyada, həm də Avropada cərəyan edir. Beləliklə, biz zəngin insan xarakterləri ilə xəyali bir səfərə çıxırıq…

    CIZMA – AĞ

    Cəfərov Aqşin

    Əzizim oxucu! Əlinizdəki kitab ilk dəfə 2012-ci ildə nəşr edilib. Birinci nəşr “Cızma-Ağ” mənim ilk kitabım idi və iyirmi birinci əsrin ilk onilliyində məni düşündürən məsələləri içinə alırdı. Həmin vaxtdan bu günə çox şeylər dəyişmişdir. Bu kitabdan sonra mən iki roman nəşr etdirdim. Bunlardan biri yeniyetmələr və gənclər üçün yazılan fentezi roman (Şahin və Şəhlanın Sərgüzəştləri) digəri isə yetişkin oxucu kütləsi üçün nəzərdə tutulmuş ədəbi-bədii romandır (İnsan Qırığı). Bundan başqa ilk kitabda oxucunun gördüyü dəst-xətt də artıq başqa bir yazı üslübuna çevrilmişdir. İki romandan sonra yenidən ilk kitabı çap etdirməyin nə mənası var deyə soruşa bilərsiniz. Bunun bir sıra səbəbləri var.

    Sənli-sənsiz günlərim

    Baxış Xallədin

    Kitabdan son on ildə yazılmış şeirlər toplanmışdır. Ömrünün müdriklik çağına çatmış müəllifin qocalmaz şair ruhunun özüylə və oxucularla söhbəti ülvi və məhrəm hissələrinin paylaşması, həyat təcrübəsi ilə gəldiyi qənaətləri, kəşf etdiyi həqiqətləri bölüşməsidir.

    JURNALİST-HÜQUQÇU

    Коллектив авторов

    Bu kitab ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə hazırlanıb və nəşr edilib. Kitabdakı fikirlər, alınmış məlumatlar və nəticələr müəlliflərə aiddir və ABŞ Dövlət Departamentinin mövqeyi ilə üst-üstə düşməyə bilər.

    Haqqa gedən yol

    Bəhram Bilal oğlu

    Kimdən danışım, kimi dinləyim? Hər kəs özündən bəhs edir mənə. Haqqın nə olduğun bilməyən insan. Ədalət, düzgünlük öyrədir mənə.