Hüzur küçəsi. Шуле Юксель Шенлер

Читать онлайн.
Название Hüzur küçəsi
Автор произведения Шуле Юксель Шенлер
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

yanılmadığını iki gün sonra qəzetləri oxuyanda anlamışdı …

      Zeynəb gecənin gec saatlarında özünü Sarayburnundan dənizə ataraq "hələ baharında olduğu"(!) ömrünü başa vurmuşdu! …

      37

      Həm də intiharın bir müsəlman üçün əbədi fəlakət qapısı olduğunu bilə – bilə…

      Bilal, bu acı xatirənin əzikliyi içində bir müddət daha dalğın və düşüncəli pəncərədən bayıra baxdı. Bəli, Zeynəb məhv olmuşdu. Lakin Zeynəbin məhv olmasının içindəki gerçək, cəmiyyətin mahv olmasının bir rüşeymidir… Zeynəb, əxlaq, fəzilət, namus və iffətini itirməyinin ağrısı ilə intihar etmişdi … Bu intihar, əxlaq, fəzilət, namus və iffət məfhumlarından sıyrılan bir cəmiyyətin, mütləq məhvə

      məhkum olacağı baxımından da ibrətlə düşünülməyə dəyər bir faktdır…

      Zeynəb, bu təfəssüh etmiş, hər gün bir addım daha intihara doğru yaxınlaşmaqda olan özünü yeyib bitirən cəmiyyətin nə ilk qurbanıydı, nə də sonuncu … Və necə ağır bir həqiqətdir ki, əxlaq və mənəviyyat qeydlərindən günbəgün uzaqlaşmağı mədəniyyət kimi qəbul edən bu günkü müflis cəmiyyət, vermiş olduğu bu saysız-hesabsız qurbanları, yüksətmək (!) yolunda özünə pilləkən kimi qəbul etməyin qürur və əzəməti içində insanlığa sanki lağ edir …

      Akifin "Mədəniyyət dediyin tək dişi qalmış canavar" de-yə bəhs etdiyi elə budur deyəsən… Bilal bütün düşüncələri beynindən ataraq, bir anda saatına baxdı; saat altıya işləmişdi. Halbuki yoldaşları onu saat 5-də gözləyəcəkdilər.

      Qaça-qaça pilləkənləri endi. Qapıya tərəf gedəndə birdən bir qrup gəncin ona səslənməsi ilə addımlarını yavaşlatdı.

      Bunlar da digərləri kimi həyatın yemək, içmək, yatmaq, gəzmək və əylənməkdən ibarət olduğunu sayan gənclərdən idilər. Lakin Bilal onları xətirlərinə dəymək istəmirdi.

      Danışa-danışa gəlib fakültənin qapısına çıxdılar… Sonra 38

      Bilal, ayrılmaq üçün hamısıyla bir-bir görüşməyə başladı.

      Onlardan biri:

      – Bilal, – dedi… – Sən də bizimlə gələ bilməzsən? Beyoğ-lunda bir az fırlanarıq, sonra da bir diskotekaya girib əylənərik, hə? …

      Fırlanmaq … Diskoteka … Əylənmək … Saat altıya iyirmi dəqiqə işləyirdi artıq… Nəzakətlə:

      – Üzr istəyirəm, uşaqlar, yoldaşlarla görüşməli idik.

      Demək olar ki, gecikmişəm. Başqa vaxt, sağlıq olsun… -

      deyib üzr istəmək istədi… Lakin bunlar sözdən anlamırdılar.

      Belə ki, yoldaşları arasında qəribə paltarları ilə ad çıxaran Əsəd o hər zamankı əsəbi halı ilə özünü ortaya atdı:

      – Yaxşı da, sən də çox mızmızısan ey… Nə vaxt desək ki, gəl bir fırlanaq, əylənək, o saat "Dostum gözləyir, ayıb olar"

      deyib aradan çıxırsan. Biz də yoldaşlarının axı sənin!..

      Erdal da elə Əsəd kimi düşünürdü:

      – Düz deyir də, sənin bu həmişə görüşdüyün dostların kimlərdir axı, Bilal?

      Sonra mənalı-mənalı göz vurdu və gülərək:

      – Yoxsa … Yoxsa … həəəə? … Ha … Ha … Haaa … Bizdə

      də var onlardan, qardaşım! …

      Əlini də yellədi sonra:

      –Özü də, bilirsən nə qədər?…

      Bilal bunların baş aparmağına dözməyin mümkün olmadığını anladı:

      – Dostlar, siz heç yaxşı şeylər haqqında düşün-mürsünüz? – dedi. – Sizə niyə yalan danışmalıyam.. İnanın, yoldaşlarım gözləyir. Həm elə sizin hesab elədiyiniz cinsdən yoldaşlar deyil.

      39

      Gənclərin hamısı bir ağızdan gülüşməyə başladılar. Erdal yoldaşlarının qollarından tutub uzaqlaşdırarkən arxasını dönüb yüksək səslə qışqırdı:

      – Anladıq, qaqaş, anladıq. Yolçu yolunda gərək. Hər kəs öz kefinə baxsın, elə deyil?

      Yüksək səslə gülüb danışaraq, əcaib əl-qol hərəkətləri edə-edə uzaqlaşdılar. Bilal, arxalarından uzun-uzadı, təəssüf dolu ifadə ilə baxdı… O əsnada yadına Eynşteynin bu sözləri düşdü: "Bu günün gəncləri tez iş görən bir maşın kimi ye-tişirlər. Lakin insan əsla bir maşına çevrilməməlidir. İnsanın yaxşı ilə pisi, gözəl ilə çirkini ayırd edəcək bir başı olmalıdır.

      Mən bu günkü gənclikdə ən böyük əksiklik kimi bunu görürəm. Uşaqlarımıza başqa cür tərbiyə verək. Yoxsa təlim keçmiş itlərdən fərqlənməyəcəklər"…

      Dostlarını daha çox gözlətməmək üçün sürətlə oradan uzaqlaşdı. Küçədə axının arasına qarışdı. Bir müddət getmişdi ki qolundan kimsə tutdu. Döndü baxdı, bir az əvvəlki ərköyün qrupun içində söhbətlərə heç qarışmamış Necatini gördü. Necatinin qaçmaqdan üzü qızarmışdı, qıpqırmızı olmuşdu … tövşüyürdü. Bilal soruşdu:

      – Nə olub, Necati, sən də onlarla birlikdə deyildin? Nə

      üçün qayıdıb gəldin?

      Necati bu sözləri eşitməmişdi elə bil. O günə kimi Bilal heç belə bir hala təsadüf etməmişdi. Necati bir müddət heç nə danışmadı və Bilalın üzünə baxdı. Sonra başını günah-karmışcasına önə əydi. Sonra təkrar qaldırdı. Bilalla göz –

      gözə gəldilər. Necati:

      – Bax, Bilal, – dedi. – Səndən çəkinmirəm. İkimiz də

      İstanbulluyuq. Lakin dostlarımız olduqca fərqlidir. Səndən yoldaşlarımın adından üzr istəyirəm.

      40

      Bilal çaşmışdı:

      – Anlamadım, məndən üzr istəyəcəksən? Yaxşı, amma nə üçün? – deyə soruşdu.

      Necati kədərli və mütəəssir:

      – Bir az bundan əvvəl onların sənə qarşı olan kobud sözlərinə və nalayiq hərəkətlərinə görə, – dedi və ayaq üstü içini boşaltmaq istəyərcəsinə davam etdi:

      – Bu günə kimi onlarla gəzdim, içdim, əyləndim. Lakin onların kim olduqlarını ancaq bu gün, sənin kimi təmiz və

      vicdanlı bir gəncə qarşı davranışlarından sonra anladım. Və

      etdikləri hərəkətdən sonra üzlərinə tüpürüb sənin yanına gəldim …

      Necati bir anlığa susdu və sonra:

      – Bilal – dedi – Məni də "yoldaşlarım" deyərək həmişə

      bizdən ayrı tutduğun o həqiqi dostlarının arasına daxil edərsən?

      Bilal gülümsəyərək əlini Necatinin çiyninə qoydu:

      – Səni də həqiqi dostlarımdan biri