Hüzur küçəsi. Шуле Юксель Шенлер

Читать онлайн.
Название Hüzur küçəsi
Автор произведения Шуле Юксель Шенлер
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

      Hüzur küçəsi

      roman

      3

      İstanbulun kənar məhəllələrinin birində yıxıq–sökük, böyüklü-kiçikli taxta evlərin cərgə ilə düzüldüyü dar və balaca bir küçədə başlamışdı hər şey. Yağan yağışların təsiri ilə

      taxtaları çürümüş, hər dəfə külək əsəndə aşacaqmış kimi dayanan, pəncərələrin sınmış şüşələrinin yerinə saralmış qəzet kağızları yapışdırılan, solğun rəngli, bəzi yerləri yamaqlı, basmaqəlib pərdəli evləri ilə “Hüzur küçəsi”nin elə ilk ba-xışdan kasıb bir küçə olduğu dərhal hiss olunurdu…

      Sakinləri qənaət və rahatlıq içərisində yaşayan, zənginlik və dəbdəbə ilə qətiyyən əlaqələri olmayan mömin və

      müştəbehlikdən uzaq insanlar idi. Allaha daim təvəkkül edən bu insanlar maddi çatışmazlıqlarına baxmayaraq, həyat tərzlərinə qətiyyən asi olmur, hazırki yaşayışlarına görə sadəcə şükür edirdilər.

      Bu küçə, sanki illərin yaratdığı qarmaqarışıqlıqda öz əsl simasını itirən, materialist və hər şeyə maddiyyata görə dəyər verən insanların ehtiraslarından yaranan yeni və müasir İstanbulun bir hissəsi deyildi. Bu küçədə Osmanlı dövrünün bütün incə əxlaq və fəzilətlərini özündə əks etdirən və sanki bu yıxılmaqda olan cəmiyyətlə bütün əlaqələrini kəsmiş asudə bir guşəydi…

      Hamıda köklü bir könül birliyi var idi. Hamı bir birinə

      qarşı sonsuz bir sevgi, dərin bir məhəbbət, səmimi bir qar-daşlıq, qeyri-adi bir bağlılıq hiss edirdi… Qonşuluq münasibətləri o qədər qüvvətli idi ki, şairin: "Fərdə raci səd-mədən əfrad olurmuş lərzədar" dediyi kimi, küçə sakinlərindən kiməsə və ya hansısa bir ailəyə gələn hər hansı bir müsibət və fəlakət, bütün küçənin dərdinə və kədərinə

      çevrilir, fəlakət üz verən şəxsə, ya da ailəyə kömək etmək, 4

      onun dərdinə şərik olmaq, dərdinin dərmanına çevrilmək üçün hamı bir-biri ilə yarışırdı…

      Əgər kiminsə başına gələn müsibət xəstəlik olardısa, bütün məhəllə onun sağalması üçün əlindən gələni əsirgəmir, xəstə əməliyyat olunmalıdırsa, hamı onun üçün pul yığır, xəstə ən mükəmməl xəstəxanada əməliyyat etdirilir, xəstənin bütün dərmanları alınırdı…

      Mağazası soyulan şəxs, kədərlənmək üçün heç vaxt tapa bilmirdi. Özləri kasıb yaşasalar da, aralarında pul yığıb kiçik bir maya düzəldir, beləliklə də qardaşlarının az da olsa üzünü güldürürdülər…

      Evi yanan şəxsin evi də hamının iştirakı ilə keçirilən iməclik vasitəsi ilə əvvəlkindən daha mükəmməl bir tərzdə

      hətta evinin əşyaları ilə birlikdə ən qısa zamanda təmir edilib sahibinə təhvil verilirdi… Küçə sakinlərindən birinin qızı evlənəndə, qonşuluqda yaşayan gənc qızlar və xanımlar, onun cehizini hazırlamaq üçün səfərbər olur, oymalı yataq dəstləri, naxışlı örtüklər, süfrələr, səccadələrlə sandığını hazırlayıb, xeyir-dualarla onu gəlin köçürürdülər…

      Bu küçədə hamının, alovdan qorxurmuş kimi qorxduğu və əslində ən çox da nifrət etdiyi şey dedi-qodu idi… Heç kim heç kimin arxasınca danışmaz, heç kim heç kimin qey-bətini etməzdi. Əksinə, hamı bir-birinin qüsurunu bağışlayar, heç kim heç kimin eybini üzünə deməzdi. Paxıllıq, həsəd, qısqanclıq və rəqabət kimi hislər bu fəzilətli insanların qəlbində yer tapa bilmirdi heç cür… Çünki hamı qardaşında, qonşusunda olan yüksək keyfiyyətlərlə iftixar edir, onun keyfiyyətini öz keyfiyyəti imiş kimi qəbul edirdi… Qısacası, İslam əxlaq və yaşayışının bütövlükdə iflas ettiyi bu xarab cəmiyyət içərisində bu küçə birgə yaşayışın, qarşılıqlı kö-5

      məyin, qardaşlığın, ittifaqın nümunə halına gəldiyi fəzilət, əsalət və şücaət məkanı, qəlbləri bir-biri üçün döyünən fərd-lərdən formalaşmış mütəşəkkil sarsılmaz bir ailə ocağı idi…

      Günə hər səhər belə başlayırdı Hüzur küçəsi… Gecənin bütün məhrəmliyini qalın və görünməz bir pərdə kimi sinəsində gizlədən qaranlıqlar dan yeri ağarana yaxın get gedə

      açılırdı. Gecənin son saatlarında, pərdələri bərk-bərk örtülmüş taxta evlərin üstünə açıq mavi bir tül kimi enən nur məhəlləni qəribə, sehrli bir gözəlliyə qərq edirdi.

      Belə səhərlərin birində Hüzur küçəsi… Ətraf, hələ ki, alatoranlıqdan xilas olmayıb… Dan yeri ağaracaq bir azdan.

      Birazdan bu kiçik və sakit küçəni, hər sübh vaxtı olduğu ki-mi heç bir yerdə eşidilməyən qeyri-adi bir səs bürüyəcək və

      Hüzur küçəsində əhali yuxudan oyanacaq… Bir azdan günün ilk hərəkətli saatları başlayacaq… Məhəllədə hamının hörmət etdiyi nur üzlü, dərin biliyə və incə mədəniyyətə sahibi müəzzini Sədi xoca, məhəllənin döngəsindəki kiçik məscidin sınıq minarəsindən, səsinin bütün ülviliyi ilə hələ yuxuda olan məhəllə sakinlərini sübh namazına çağıracaq… Və

      Hüzur küçəsində qapılar bir-bir açılacaq… Qocası ilə, cavanı ilə bütün kişilər, üzlərindən heç vaxt əksik etmədikləri məsud təbəssümləri ilə hamısı bir istiqamətə addımlayacaqlar.

      Budur, o şirin, o dərindən də dərin səs ətrafı isti bir ana şəfqəti ilə, qucaqlamağa başladı… Sədi xocanın səba üstdə

      oxuduğu yanıq və səmimi sübh azanı, incə bir tül kimi ətrafı bürüyən alaqaranlığı keçib dalğa-dalğa, pərdə-pərdə göylərə yüksəlir…

      "Əssəlatü xeyrün minənnəvm! Əssəlâtü xeyrün minənnəvm!…"

      6

      "Namaz yuxudan xeyirlidir! Namaz yuxudan xeyirlidir!…"

      Hüzur küçəsində bu səsə, bu ilahi dəvətə səs verməyən bir Allah bəndəsi belə tapa bilməzsiniz. Bu ülvi səslə, bu ilahi dəvətlə oyanan insanların evində bir-bir işıqlar yanmağa başlayır, ev başmaqlarının tappıltısı, axan suların səsi, küçəyə mənəvi bir musiqinin nəğmələri kimi yayılırdı…

      Belə ki, azan bitəndən bir müddət sonra taxta evlərin dəmir halqalı qapıları bir-bir açılmağa və bayıra bir neçə or-tabab müstəsna olmaqla, olduqca yoxsul, lakin təmiz qiyafəli, nur üzlü gənc-yaşlı kişilər çıxmağa başladılar… Hər zaman olduğu kimi məscidə getmək üçün evdən ən tez çıxan, yenə Bəkir Ağa olmuşdu. Orta yaşlı, hamı ilə salam-sağolu olan Bəkir ağa, inşaatlarda fəhləlik edərək ailəsini dolan-dırırdı. Üzü astarına çevrilmiş papağı, qırmızı üzü, dərindən gülən şəfqət dolu gözləri və maddi problemlərinin olmasına baxmayaraq əlinin həddən artıq açıq olması ilə hamıdan daha çox məhəllədəki uşaqlar sevirdi Bəkir ağanı…Hər axşam işdən evə qayıdanda küçədəki bütün uşaqları şokolada, saqqıza, ləbləbiyə, günəbaxan tumuna qonaq edər, onlar üçün şar, top kimi balaca oyuncaqlar alıb gə-tirərdi.

      Yaşıl boyaları qopulub tökülən birmərtəbəli balaca evin açılan qapısından çıxan nurani simalı qoca isə küçədəki pişiklərin hamisi Sayacı Xeyri dədə idi. Xeyri babanın axşamüstü işdən qayıtmağı düzü ayrı bir mənzərəydi. O, küçənin başındakı döngəni burulan kimi hardan xəbər tu-turdularsa, küçənin bütün pişikləri Xeyri dədənin ətrafını yığışar, atılıb düşərdilər. O da əlindəki müşəmbə paketdəki qarınları və ciyərləri böyük bir zövqlə başına yığışıb mi-7

      yoldayan pişiklərə yedirər, onların qarınları doymamış evə

      addımını atmazdı.

      Qapılar bir-biraçılır… Bu da Sədat bəy! Bu isə baqqal Məhməd əfəndi! Bu da simitçi Sadıq. Hər il olduğu kimi bu il də məktəbdə əla qiymətlər alan orta məktəb şagirdi Nə-dim. Meyvə-tərəvəz dükanında işləyən Necati… Xarrat Xəlil usta… və sair…

      Qapıdan çıxan məhəllə sakinləri sağ əllərini ürəklərinin üstünə qoyub: "Səlamün əleyküm" deyə digər qonşuları ilə

      salamlaşıb üç – beş nəfərlik qruplar şəklində