Название | Hüzur küçəsi |
---|---|
Автор произведения | Шуле Юксель Шенлер |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Qalxıb başını qaldıranda, otağın ortasında anası ilə üz-üzə gəldilər. Anasının gözləri yaşarmışdı. Ana-oğul biranlıq baxışdılar. Sonra Bilal, bütün sevgi və məhəbbətindən anasının boynuna sarıldı:
– Ah, mənim sulu gözlü, mələk üzlü anam! Səni, gözündə yaş olmadığını nə vaxt görəcəyəm? Əlimi oynatsam gözündə yaş, başımı çevirsəm yenə yaş, yenə yaş …
Ağ örtüklü, nur üzlü qadın, oğlunun üzünü iki əlinin arasına aldı. Gözündə titrəşən tərtəmiz yaşlarla ona uzun-uzadı tamaşa etdi və nəhayət səmimi, ağlamsınan bir səslə:
– Balam. Bilalım… Allahıma hər əl açanda dua edirəm.
Gözümdəki bu yaşları heç, amma heç azaltma deyə…
Yanaqlarından axan damlalar süzüləndə dodaqlarında məsud bir təbəssüm gəzirdi. Sözlərinə davam etdi:
– Bu göz yaşları səadət göz yaşlarıdır, mənim balam …
Cənab Haqqın mənə sənin kimi imanlı və xeyirli bir övlad bəxş etməsindən daha böyük səadət ola bilərmi? Allah səni hər cür fənalıqdan qorusun, canım, ruhum övladım mənim.
Bilal anasının yaşla dolu yanağına kiçik bir öpüş qon-durub:
– Məni özümdən çıxardırsan amma. Qorxuram ki, bu gedişlə özümü həqiqətən nəsə hesab edəcəyəm.– dedi.
17
Nur üzlü qadın, oğlunun üzündən əllərini çəkib yerdəki süfrənin başına diz çökdü. Dərin bir səmimi iç keçirib namaz örtüsü ilə göz yaşlarını quruladı. Başını, ayaqda bir fəzilət abidəsi kimi dayanan Bilala doğru qaldırdı:
– Sənin özündən çıxmağın da ölçülü biçili olar -dedi.
Qaldı ki, bu günə kimi bir dəfə olsun özündən çıxdığını görmədim sənin. Haydı, gəl mənim balam. Məktəbə get-məmişdən əvvəl qarınını gözəl doyur. Bizim Xəlil ustagilə
məmləkətdən bir qab yağ gəlib. Sağ olsun, bütün qonşulara paylamaqdan özünə heç nə qalmadı biçarələrin. Amma yağ
deyil ey, qaymaqdı elə bil. Axşam qaynatdığım ərik mürəb-bəsi də ağzına layiq olub…
Bilal, sakitcə yerdə, anasının qarşısına diz çökdü və
anasının incə kəsilmiş dilimlərinə böyük bir etina ilə yağ və
mürəbbə çəkməyinə tamaşa etdi. Gənc yaşında dul qalan bu əziyyətli, bu fədakar qadın, bütün çəkdiyi əziyyət və iztirablarına baxmayaraq hələ də əvvəlki gözəlliyini itirməmişdi.
Hələ başından heç çıxartmadığı ağ baş örtüyü, ona elə
nurani, elə cazibədar bir hal verirdi ki ən yaxşı və ən bahalı makiyaj vasitələri, onun parlaq dərisində sönük qalırdı…
Əsərlərini böyük bir şövqlə oxuduğu bir böyük şəxsin bir əsərindəki bu sözləri qulaqlarında cingildədi:
"İnsanın ən birinci ustadı və təsirli müəllimi onun ana-sıdır. Mən bu səksən illik ömrümdə, ən böyük şəxslərdən dərs aldığım halda, and içirəm ki, ən əsaslı və sarsılmaz mənəvi dərsləri anamdan almışam. Həmin dərslər mənim fit-rətimdə, bədənimdə nüvələr halında özünə yer edib. Digər dərslər həmin o nüvələr üzərində özünə yer tapıb"…
Anasına daha dərin bir şəfqət və sevgi ilə baxdı. Onu kiçik yaşlarınndan etibarən ləzzətli, gözəl yeməklər və mü-18
rəbbələrlə yanaşı mənəvi qidalarla da bəsləyən bu böyük qadına qarşı, ürəyi bir daha minnət duyğuları ilə dolub daşdı. Üzərinə yağ və mürəbbə yaxdığı çörəyi anasından alanda o ağappaq, yupyumşaq əli özünə tərəf çəkdi və ilahi bir hərəkətlə, minnətdarlıqla, o kiçik əli öpdü. Oğlunun bu hərəkəti qadının gözlərini bir daha yaşartmışdı… Anaya kainatı bağışlasaydılar, bu qədər xoşbəxt ola bilməzdi əsla…
İstanbul Universiteti, pedoqogika fakültəsinin ka-fesindəyik. Lakin insanın buranın fakültəyə aid bir yer olduğuna inanmağı gəlmir qətiyyən. Elə bil ki, Hollivuddur bura. İçəri tələbə qızlarla və oğlanlarla doludur. Gənc və gözəl bir qız, masanın üstündə oturub. Masanın ətrafında onu əhatə edən on beş–iyirmi tələbəyə nəsə danışır və işvə ilə
qəhqəhə çəkir. Onsuz da mini olan yubkası o qədər yuxarı qalxıb ki, gənclər qızın danışdıqlarına qətiyyən fikir vermirlər. Onlar hal–hazırda qızın çılpaq ayaqlarını iştahla sü-zürlər. Gənc qızın dodaqlarında şeytani bir təbəssüm var.
Çünki gənclər üzərində oyandırdığı təsirdən tam əmindir …
Gənclər isə qıza kompliment yağdırmaq yarışına giriblər elə
bil. Əslində hamısı da bilir ki, gec-tez növbə onlara da çatacaq. Elə dünən yoldaşlarının arasında Don Xuan adı ilə tanınan Necdətin klub X-ə getmək üçün dəvətinə razılıq verməmişdi? Bu gün də hamının gözü qarşısında Tanerin kinoya getmək təklifinə "Bəli" -deyir. O halda sabah Erol, o biri gün Sami və ondan sonrakı günlərdə Cəmil, Mete, Kaya, Sel-çuk və digərlərinə də sıra gələcək əlbəttə. Digər masalar da əl-ələ, göz-gözə, diz-dizə oturan cütlüklərlə doludur. Qızların əksər hissəsi, Hollivud filmlərindəki akrisalardan fərq-lənmirlər qətiyyən. Bəzisinin saçları şənliyə gedəcəklərmiş
kimi xüsusi olaraq düzəldilmiş, bəzilərinki isə süpürgə kimi 19
çiyinlərindən aşağıya doğru sallanmışdı. Aralarında biri də
saçını elə bir formaya salmışdı ki, sol gözü tamamilə saçlarla örtülmüşdü. Ətrafa təkcə bir gözü ilə baxırdı… Bəs, mak-yajları?… Aman, Allahım!… Bu nə biabırçılıqdı belə? Bir kar-navalda belə bu qədər biabırçı və rəzil sifətlərə rast gəlmək mümkün deyildi. Bəzisi, Allahın verdiyini bəyənməyərək qaşlarını tamamı ilə yolmuş, çılpaq bədəninin üstünə qara boya ilə daha dəyişik, lakin gülünc bir qaş şəkli çəkmişdi.
Bəzisi də kirpiklərini xoşagəlməz rimellərlə rəngləyib tel-tel ayıraraq qıvırma maşınıyla yuxarıya doğru qıvırmağı kifayət etmirmiş kimi yenə qara rənglərlə göz qapaqlarının üstündən əzələlərinə kimi uzanan alt hissəsində yanaqlarına tərəf uzanan uzun oxlar formasında kirpik şəkilləri çəkmişdi. Bəzisinin dodaqları zərli çəhrayı, bəzisininki isə qan-qırmızı dodaq boyaları ilə boyanmışdı. Mənəvi nəciblikdən fəzilət duyğularından, əxlaq qaydalarından məhrum yetişdirilmiş, yazıq varlıqlar idi bunların çoxu.
Tələbə oğlanlar isə ümumiyyətlə ayrı bir aləm idi. Bəzilərinin bığları incə bir lent kimi çənəsinə doğru uzanmışdı.
Bəzilərinin saçları isə bitli turistlərdən fərqsiz, qarmaqarışıq bir halda qadınlar kimi, çiyinlərinə tökülürdü. Bəziləri ba-kenbordlarını çənəsinə kimi uzatmışdı. Bəziləri allı-güllü köynək geyinib qadınlara oxşamağa çalışır, bəzisi dar şalvarını lap aşağı çəkərək