Amerika faciəsi . Теодор Драйзер

Читать онлайн.
Название Amerika faciəsi
Автор произведения Теодор Драйзер
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

adam bir peşə sahibi olmalıdır, indi mən bunu yaxşı başa düşürəm.

      Anacan, mənə ətraflı məktub yaz, mən sizin necə ya-şadığınızı və nə etdiyinizi bilmək istəyirəm. Frenkə, Culiya-ya, atam və Estaya, əgər onlar hələ də sənin yanında yaşayır-larsa, – məndən salam de! Mən səni yenə əvvəlki kimi se-virəm və ümid edirəm ki, az da olsa səndə məni sevirsən. Doğrudur, məktubun altında öz həqiqi adımı yazmıram, bəl-kə bu hələlik qorxuludur (o zamandan, yəni Kanzas-Sitidən qaçdığım gündən öz həqiqi familiyamdan istifadə etməmi-şəm). Məktubu başqa adla imzalayıram, lakin ümid edirəm ki, tezliklə bu addan əl çəkərək yenə də öz həqiqi familiyamı daşıyacağam. Mən bunu elə indi etmək istərdim. Lakin hələ-lik qorxuram. Mənə məktub yazmaq istəsən, Çikaqo şəhəri-nə, poçtaya, Harri Tenetin adına göndərə bilərsən.

      Tezliklə səndən cavab gözləyirəm. Məktubu bu adla imzalayıram ki, nə sizin nə də özümün başıma yeni bir bəla açmayım, yəqin ki, məni başa düşürsən? Lakin elə ki, bu əh-valatın bitib qurtarmış olduğuna əmin oldum, onda, əlbəttə yenə də öz həqiqi adımı və familiyamı daşıyacağam.

      Səni sevən oğlun”.

      İmza əvəzinə o bir cızıq çəkib altından “Kim olduğumu sən özün bilirsən” sözlərini yazaraq məktubu yola saldı.

      Anası oğlunun harada olduğunu bilməyərək, bütün bu müddət ərzində onun nigarançılığını çəkdiyi üçün Klayd tezliklə ondan cavab aldı; konvertin üzərində Denver şəhəri poçtasının möhürünü görərək Klayd çox heyrət etdi. Çünki o anasının hələ də Kanzas-Siti şəhərində yaşadığını güman edirdi.

      “Əziz oğlum!

      Səndən məktub alıb sağ-salamat olduğunu öyrəndikdə çox heyrət etdim və hədsiz dərəcədə sevindim. Mən daima həm ümid edir, həm də dua edirdim ki, sən Allahın qoydu-ğu düz və doğru yola gəlib çıxasan, – bu səni müvəffəqiyyə-tə, səadətə aparıb çıxara bilən yeganə yoldur. Mənim arzum yalnız bu idi ki, Allahın köməkliyi ilə səndən bir xəbər tu-taydım, sənin sağ-salamat olduğunu, namusla işləyib, na-musla yaşadığını öyrənəydim. İndi budur, Allah mənim dualarımı eşitdi. Mən bilirdim ki, o mənim dualarımı eşidə-cəkdir. Çox şükür olsun Allaha, o qadir və adildir.

      Mən sənin başına gələn o dəhşətli bədbəxtlik üçün özü-nü və bizi bu qədər iztirab və rüsvayçılıq içində qoyduğun üçün təkcə sənin özünü günahlı saymıram, çünki çox yaxşı bilirəm ki, iblis bizim hamımızı Allahın bütün fağır bəndələ-rini, xüsusilə sənin kimi tifil uşaqları tez yoldan çıxarıb az-dırır. Oğlum, əgər sən bilsəydin ki, iblisin toruna düşmə-mək üçün nə qədər özünü gözləməli və ehtiyatlı olmalısan! Axı sənin qarşında uzun bir həyat yolu durmuşdur. Sən mə-nim nəsihətlərimi yadında saxlayacaqsanmı, əziz uşaqları-mın ağlına və ürəklərinə həkk etməyə çalışdığım xilaskarı-mız həzrəti İsanın təliminə sadiq qalacaqsanmı? Daima sayıq və ehtiyatlı olacaqsanmı? Sən ayaq saxlayıb daima bizimlə bərabər olan, bizi ağır və daşlıq yollardan keçirərək göylər-dəki səltənətə doğru aparan, yerdəki bu fani həyatımızda tə-səvvür edə bildiyimizdən daha gözəl bir aləmə doğru çağı-ran tanrımızın səsinə qulaq verəcəksənmi? Mənə söz ver ki, oğlum, sən daima uşaqlıqda aldığın tərbiyəyə və təlimə uy-ğun olaraq hərəkət edəcəksən və daima yadında saxlayacaq-san ki, qüvvət yalnız ədalətdədir. Mənim əziz oğlum, heç vaxt heç bir zaman, kim sənə təklif edərsə etsin, şəraba yaxın düşmə! İblis məhz burada, bu məsələdə öz hökmünü gös-tərir və həmişə məhz bu sahədə zəif insanlara qalib gəlir. Tez-tez sənə dediyim bu sözləri daima yadında saxla: “şə-rab – aldadıcıdır, içmək – dəliliyə qapılmaq deməkdir, kim aldanarsa – demək o aqil deyildir”. İndi mən ən hərarətli du-alarımda yalnız bunu arzu edirəm ki, hər dəfə nəfsin səni yoldan çıxartdıqda bu sözlər qulaqlarında səslənsin, çünki mən bu qənaətdəyəm ki, o dəhşətli bədbəxtliyin həqiqi baisi yalnız şərab olmuşdur.

      O zaman mən sənin üstündə çox iztirab çəkdim, Klayd, və bütün bunlar, mən Estaya görə ağır, müsibətli günlər ke-çirdiyim bir zamanda baş verdi. Mən az qaldım Estanı həmi-şəlik itirim. O, olduqca pis vəziyyətdə idi. Yazıq qız, işlətdiyi günah ona çox baha tamam oldu. Biz çoxlu borca düşdük, sonra isə borclarımızı ödəmək üçün uzun zaman işləməyə məcbur olduq. Lakin indi, nəhayət, biz borclarımızı verib qurtarmışıq və işlərimiz də əvvəlki kimi o qədər də pis deyil.

      Məktubdan gördüyün kimi indi biz Denver şəhərində yaşayırıq. Burada bizim xüsusi missiyamız var: bu missiya böyük bir evdə yerləşir, belə ki, burada bizim hamımıza yer çatışır, və biz bir neçə otağı kirayəyə veririk, – bu işlə Esta məşğul olur. Yeri gəlmişkən deyim ki, indi onun familiyası Niksondur. Onun çox qəşəng balaca bir oğlu var, mən və atan ona baxanda sənin körpəliyini xatırlayırıq. Uşaq öz də-cəllikləri ilə sənə o qədər oxşayır ki, elə bil sən yenidən kör-pə bir uşaq olub bizim yanımıza qayıtmısan. Bu bizə bir qə-dər təskinlik verir.

      Frenk ilə Culiya çox böyümüşlər və indi mənə yaxşı kö-mək edirlər. Frenk evlərə qəzet paylayır və bir qədər qaza-nır, bu da bizə bir köməkdir. Esta istəyir ki, onlar hər ikisi, nə qədər ki, qüvvəmiz çatır, məktəbdə oxumağa davam et-sinlər.

      Atan özünü çox da yaxşı hiss etmir, lakin bu təbiidir, axı o artıq gənc deyildir. Buna baxmayaraq o da əlindən gələni etməkdədir.

      Mən çox şadam ki, Klayd, sən həyatda özün üçün yaxşı bir mövqe qazanmağa çalışırsan. Dünən axşam biz atanla bərabər yenə də sənin Likurq şəhərində yaşayan əmin Sem-yuel Qrifits haqqında danışırdıq: o çox zəngin adamdır, sən ona məktub yazıb sənə bir iş verməsini xahiş etsəydin, bir peşə öyrənmək üçün ondan iş istəsəydin, məncə o sənə kö-mək etməkdən boyun qaçırmazdı. Axı necə olsa sən onun doğma qardaşı oğlusan. Özün bilirsən ki, onun Likurq şəhə-rində yaxalıq hazırlayan böyük fabriki vardır və deyilənə görə çox zəngin adamdır. Nə üçün sən ona məktub yazıb kö-mək istəmirsən? Mənə elə gəlir ki, o sənin üçün bir iş düzəl-də bilər və belə olduqda sən gələcəkdə daha da artıq yüksələ bilərsən. Ona məktub yazsan nə cavab aldığını mənə xəbər ver.

      Klayd, mən istəyirəm ki, sən özün barədə bizə tez-tez yazasan. Xahiş edirəm, necə dolandığın haqqında ətraflı məktub yazasan. Mən səndən məktub gözləyəcəyəm. Biz ha-mımız, əlbəttə, səni əvvəlki kimi sevirik və həmişə öz məs-ləhətlərimizlə sənə kömək etməyə hazırıq. Biz hamımız sənə ürəkdən müvəffəqiyyətlər arzu edirik, həmçinin arzu edirik ki, sən həmişə yaxşı bir oğlan olasan, namuslu və təmiz bir həyat sürəsən. Həmişə yadında saxla, oğlum: insan öz ruhu-nu məhv etdikdən sonra bütün dünyaya sahib olsa belə bu-nun heç bir faydası yoxdur.

      Mənə məktub yaz, Klayd və yadında saxla ki, ananın məhəbbəti həmişə səninlədir, həmişə sənə rəhbərlik edir və Allahın naminə həmişə həqiqi yola hidayət edir.

      Səni sevən anan”.

      Beləliklə, Klayd hələ əmisi Semyuel ilə görüşməzdən çox əvvəl, əmisi və