Название | Amerika faciəsi |
---|---|
Автор произведения | Теодор Драйзер |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
– Bella, sənə neçə dəfə demişəm ki, bu Bertina və onun qardaşı Letta Qarriet ilə sənin dostluğun xoşuma gəlmir. Onlar həddindən artıq ötkəmdirlər, həmişə vurnuxurlar, ağızlarını boş qoyub çox danışırlar və hər yerdə özlərini gözə soxmağı sevirlər. Sənin atan da onlara eynilə mənim kimi əlaqə bəsləyir. Sondra Fincli isə nahaq yerə elə düşünür ki, eyni zamanda hamı ilə dost olmaq mümkündür. O, Bertina ilə dostluğundan əl çəkməsə, sən ondan ayrılmalı olacaqsan. Sonra mən güman etmirəm ki, atan sənin təkba-şına bir yana getməyinə icazə versin. Sən hələ o qədər böyü-məmisən. Finclilərin On ikinci göl yanındakı yay malikanə-ləri məsələsinə gəldikdə, bilməlisən ki, biz hamımız oraya gedəcəyik, yaxud da bizdən heç kəs təkbaşına oraya getmə-yəcək.
Missis Qrifitsə, çox da dövlətli olmasa da qədimdən Li-kurqda yaşayan ailələrin həyat tərzi və adətləri, gəlmə ailələ-rin həyat tərzinə nisbətən daha çox xoş gəlirdi. İndi o öz qı-zına məzəmmət və sərzənişlə baxmırdı.
Lakin Bella anasının bu sözlərindən əsla özünü itirmə-di və əsəbiləşmədi. Bella anasını yaxşı tanıyır, anasının onu dəlicəsinə sevdiyini, qızının gözəlliyi ilə fəxr etdiyini, atası kimi, onun cəmiyyətdəki müvəffəqiyyətləri ilə öyündüyünü bilirdi: atası Bellanı, nöqsansız, kamil bir məxluq hesab edir, qızın təbəssümü qarşısında yumşalıb həmişə güzəştə gedir, Bella isə bundan çox tez-tez istifadə edirdi.
– Hələ böyüməmisən, hələ böyüməmisən – deyə Bella məzəmmət dolu bir səslə təkrar etdi. Siz məni lap uşaq elə-misiniz, halbuki iyul ayında mənim on səkkiz yaşım tamam olur. Mən bilmək istərdim ki, siz və atam nə vaxt məni bö-yümüş hesab edəcəksiniz, nə vaxt mənim artıq dayə və baxı-cıya ehtiyacım olmadığını başa düşəcəksiniz? Nə vaxta qə-dər siz məni tək başıma heç bir yana buraxmayacaqsınız? Nə üçün axı siz bir yana gedəndə gərək mən də sizinlə gedəm, yaxud mən özüm birtərəfə getmək istədikdə gərək siz də mənimlə gedəsiniz?
– Bella! – deyə anası səsini qaldırıb qızına gözünü ağartdı. Aralığa qısa bir sükut çökdü; Bella səbirsizliklə dayanıb gözlədi. Missis Qrifits əlavə etdi: – Bəs səncə, biz nə etməliyik? Vaxt gələr sənin iyirmi bir yaxud iyirmi iki yaşın tamam olar – o vaxta qədər hələ ərə getməmiş olsan biz səni təkbaşına buraxıb-buraxmamaq haqqında düşünə bilərik. Hələlik bu barədə danışmaq da artıqdır.
Bu zaman Bella yaraşıqlı başını yuxarı qaldırıb nəyə isə qulaq verdi: aşağıda açılıb-örtülən qapının səsi eşidildi, – Qilbert ailənin, yəni Likurq şəhərində yaşayan Qrifits ailəsi-nin yeganə oğlu idi; o üzündən və bədəninin quruluşundan (ədaları və xarakteri isə tamamilə başqa idi) qərbdə yaşayan öz əmisi oğlu Klayda çox oxşayırdı.
Qilbert iyirmi üç yaşlı, bədəncə möhkəm, xudpəsənd və şöhrətsevən bir gənc idi. O, bacılarına nisbətən daha tünd və onlarla müqayisə edilməz dərəcədə bacarıqlı, işgüzar idi. O, işlə əlaqədar olan məsələlərdə fərasətli və fəal idi, bacıları isə bu sahəyə heç bir maraq göstərmirdilər. Qilbert olduqca öt-kəm və hövsələsiz idi. O, cəmiyyətdəki vəziyyətini olduqca möhkəm hesab edir və iş aləmindəki müvəffəqiyyətlərindən savayı, hər şeyə qarşı son dərəcə həqarətli bir əlaqə bəsləyir-di. Bununla belə o, yerli cəmiyyətin həyatı ilə olduqca maraqlanır, özünü və ailəsini bu cəmiyyətin ən mühüm bir hissəsi hesab edirdi. O, ailəsinin ləyaqətini və ictimai vəziy-yətini heç vaxt unutmayaraq, bütün hərəkətlərini və sözləri-ni ailəsinin mənafeyinə uyğunlaşdırır, tabe edirdi. Təsadüfi bir müşahidəçi adətən Qilbertdəki təkəbbür və sərtliyə, onun öz yaşına xas olan gənclik sevincindən tamamilə məhrum olmasına heyrət edirdi. Lakin bununla belə, o gənc, təravətli və zahirən yaraşıqlı idi, bundan əlavə kəsərli dili vardı və ara-bir söhbət arasında, çox da parlaq olmasa da hər halda məharətlə acı və kəskin bir söz işlətməyi bacarırdı. Likurq şəhərində ailəsinin və özünün tutduğu mövqe sayə-sində, o adaxlı olmağa ən parlaq namizədlərdən biri hesab edilirdi. Lakin o özündən o qədər bədgüman idi ki, və öz varlığına elə uymuşdu ki, daxili aləmində başqa bir insanı bütün incəliyilə və dərindən anlamaq onun üçün bəlkə də qeyri-mümkün bir şey idi.
Qilbertin pilləkəndən qalxıb öz otağına getdiyini eşi-dən Bella (Qilbertin otağı evin arxa hissəsində bacısının ota-ğının yanında idi) – anasının otağından çıxıb qaçdı və qarda-şının qapısını döyməyə başladı.
– Qil, sənin yanına gəlmək olarmı? – deyə, Bella onu səslədi.
– Niyə olmur?
Qilbert şən bir halda fit çala-çala görünür hara isə get-məyə hazırlaşaraq frakını geyinməkdə idi.
– Hara belə hazırlaşırsan?
– Heç yana. Nahar üçün paltarımı dəyişirəm. Axşam Vaynantgilə gedəcəyəm.
– Ax, əlbəttə, Konstansiyanı görmək istəyirsən?
– Xeyr, Konstansiyanı görmək istəmirəm. Bu hardan ağlına gəldi?
– Guya ki, mən heç bir şey bilmirəm.
– Boşla bu danışıqları. Sən mənimlə bu barədə söhbət etməyə gəlmisən?
– Heç də yox. Bilirsənmi, Fincligil gələn ay On ikinci göl yanında, lap sahildə, Fentlərin qonşuluğunda yay ma-likanəsi tikdirməyə hazırlaşırlar və mister Fincli oğlu Stüart üçün otuz fut uzunluğunda motorlu qayıq alacaqdır, qayıq saxlamaq üçün bina və bir də günəş vannası qəbul etmək üçün meydança tikdirəcəkdir. Gör nə hoqqa çıxarırlar!
– Bu nə danışıqdır, Bella! Sən bu loru ibarələrindən əl çəkməyəcəksənmi? Fabrikdə işləyən qızlar kimi danışırsan. Demək sizin məktəbdə öyrəndiyiniz yalnız bundan ibarət-dir?
– Bu barədə sən sussan daha yaxşıdır. Bəs sən özün? Məncə belə ibarələri işlədən birinci sən özünsən.
– Əvvələn, mən səndən beş yaş böyüyəm. İkincisi, mən kişiyəm. Yaxşı olardı ki, sən Mayradan örnək götü-rəsən, – gör