Название | Orion – 51 |
---|---|
Автор произведения | Ruzigar Ələkbər |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
yanıb, külə çevrilən həmin evdə unudub. Ümumiyyətlə, Sofia barəsində
onu de-mək lazımdır ki, onu heç vaxt mehriban görmək olmazdı. Ən xırda yanlış barəsində günlərlə danışar, insanı hövsələdən çıxarana qədər də
dayan-mazdı. Lefterisin on doqquz yaşına qədər himayədarı Demitri idi.
Əslində, bacısı ona bacılıq yox, analıq edirdi.
Sofianın Demitridən bir qızı, iki oğlu vardı, lakin yenə də, ailədə, üzərində ən çox məsuliyyətlə dayanılan Lefteris idi. Lefterisin hər nə qədər də, Demitridən xoşu gəlməsə də, bəzi vacib məsələlərdə onun köməyinə, elə
Demitri gəlirdi. Bu kömək, əsasən maddiyyatla bağlı olurdu. Lefteris tez-23
tez ciddi borclara girir, ya da hansısa ictimai yerlərdə davalar salır və bununla da kifayətlənməyib, dava etdiyi kəslərə ciddi xəsarətlər yetirirdi. Bu-na görə dəfələrlə Demitri tərəfindən tənbehlənsə də, xeyiri olmurdu ki, olmurdu. Bir sözlə, Lefteris öz bildiyini edirdi. Bacısının mütəmadi olaraq, ona “kitab oxu” deməyindən əsəbləşən Lefteris, bir dəfə kiçik bir yük maşını tutub, onu kitabla doldurmuşdu. Daha sonra bacısına zəng etmişdi ki, 3000 yenni (yenni – Hellenasın pul vahidi idi) hazırlasın. Bu hərəkətindən olduqca hiddətlənən bacısı, sonda Lefterisin aldığı bütün kitabları oxuya-cağı ilə bağlı vədlər verəndə, Sofia son anda pulu ödəməyə razı olmuşdu.
Lefteris çox vaxt bacısının gözlərinin zəif görməyindən də istifadə edib, ona tapşırılan nələrisə aldıqdan sonra, bazarlıqdan qalan pulun qalığını düzgün qaytarmırdı. Lakin bütün bu özbaşınalıqlar, nəhayət ki, bir gün sona çatdı. Onu heç cürə yola gətirə bilməyən Sofia, çıxış yolu kimi onu orduya göndərməyi düşündü.
Başqa bir səbəb isə İraklionda onun haqqında gəzən dəhşətli və inanılmaz söz-söhbətlər idi. Lefterisi bir qətl hadisəsində günahlandırırdılar, lakin ortada heç bir sübut olmadığından, heç kim irəli çıxıb, yekdilliklə onu mühakimə edə bilmirdi. Polis idarəsinə dəfələrlə dəvət olunsa və dəfələrlə
sorğu-suala tutulsa da, ondan heç bir sübhəli əlamət aşkarlana bilinməmiş-di. İttihamların dəhşəti, Lefterisin on doqquz yaşına qədər, yəni hərbiyə
yollanana qədər düz bir il ərzində Demitri və bacısı Sofianın güzəranını korlamışdı.
İspaniyadan olan Rodriges ailəsi, üç il idi ki, İrakliona köçmüşdü. Ailə
başçıları Hellinasın dövlət işlərində çalışırdılar. Fernand Rodriges, Hellinasın tanınmış həkimlərindən, anası Katarina Rodriges isə müəllim idi. Onlar da, bir vaxtlar Fransadan mühacirət edən ailələrdən idilər. Amerikan hava qüvvəlləri İspaniyanın Madrid, Bilbao, Valensiya kimi iri şəhərlərini bombardman edəndə, Fernand və Katarina ailə üzvlərinin xeyli hissəsini itirmişdilər. Bu itkilər arasında istirahət üçün nənəsigilə tətilə göndərilən, oğulları, on yaşlı Joze də vardı. Andrea onların tək ümid yeri və təskinlik səbəbi idi.
Hellenasa köçdükləri tarixin üçüncü ilində, İraklion polis idarəsinə
da-xil olan bir məlumat, bütün şəhəri lərzəyə gətirmişdi. Bu məlumat, mütəmadi olaraq Saint Johannes çayında balıqçılıqla məşğul olan Vasilis Papadopuolos tərəfindən verilmişdi. Balıqçılıqla məşğul olarkən, qəfil suyun üzərində asta-asta üzən meyiti görüb, soyuqqanlığını itirməyən Vasilis, ça-24
ya tullanıb onu quruya çıxarmışdı. Gənc Andreanın meyitini çiyninə qaldırıb, piyada, düz polis məntəqəsinin həyətinə gətirmişdi.
Hadisəni araşdıran İstintaq bölməsi, ilkin olaraq, elə Vasilisin özündən şübhələnmişdilər. Çünki o, doğrudan da ilk nəzərdən şübhələniləcək xarakterdə və görünüşdə olan bir adam idi. Ən başlıcası, bu şübhələrin əsasını, onun filosof həyatı yaşamağına yozurdular.
Vasilis, Saint Johannes çayının yaxınlığında yerləşən bir təpənin həyətində özünə balaca bir ev tikmişdi. Həyətində arı yeşikləri, iki atı, bir neçə
keçisi və bir buğası vardı. Deyilənə görə, onun evində hər hansısa bir otaq əşyası yox idi. Yataq əvəzinə üst-üstə yığdığı köhnə kitablardan istifadə
edirdi. Bir qəzetə müsahibəsində bunu belə açıqlamışdı ki, köhnə, ələlxüsus unudulan kitablar həmişə, oxunulmasa belə, yenə də lazımlı və dəyərli saxlanılmalıdır və elə buna görə də, onlardan yataq əvəzi istifafə edir. Ən inanılmaz qəribəlik isə bütün İrakliona daha əvvəlcədən də məlum olan bir məqam idi. Vasilis əslində balıqçılıqla məşğul olmurdu, tilovu suya qarmaqsız tullayırdı. Bunun səbəbi də hamıya məlum idi ki, o balıq tuturmuş
kimi etməklə, həm öz ruhunu dincəldir, həm də qəliblərə salınmış şüurunu bu üsulla paradoksal vəziyyətə salaraq, məşq etdirir. O, günlərlə, hətta həf-tlərlə evini tərk edir, İraklionun ucqar yerlərinə gedir, oralarda özü ilə götürdüyü kitablarını oxuyur, özünə yemək hazırlayır və səhərlər erkən saat-larda yuxudan qalxıb, çayda çimirdi. Bu, bir növ onun meditasiyası idi.
Onun düşüncəsinə görə, insan özünü sığdırdığı, adına ev dediyi məkanı və
oradakı yaşayışını vaxtaşırı tərk etməli, ruhunun dərinliyində bu hissin sonsuz mənalarının həzzinə varmalıdır. Vasilislə söhbət edərkən, düşünmək olardı ki, o sənin üzünə gülür. Tam ciddiyyətlə dayansa belə, yenə də
düşünərdin ki, o sənə gülür. Elə meyiti polislərin qarşısında yerə qoyanda da, üzü bu cür bir ifadə də idi. Bəlkə, sadəcə, bu amilə görə başı xeyli ağrı-mışdı. Üç həftə polis nəzarətində qaldıqdan sonra yerli sakinlər tərəfindən edilən ciddi narazılıqlar sayəsində onu sərbəst buraxmışdılar. Andreanın boğazında elə də dərin olmayan bir kəsik də vardı və bu məqam qətlin nə
dərəcədə dəhşətlə törədildiyindən xəbər verirdi. Bundan başqa onun omba və çanaq nahiyyəsində, habelə qarın boşluğunda və qıçlarında da xırda yaralar var idi.
Lefterisin polis bölməsinə çağrılmağının səbəbi, onun Andrea ilə ikili münasibətdə olmağı idi. Rodriges ailəsi, həmçinin bütün şəhər, təkidlə
qatilin Lefterisin olduğunu bildirsələr də, məhkəmə şöbəsi heç cürə bunu 25
qəbul etmək istəmirdi. Bütün bunlardan sonra hamı düşünürdü ki, bu cür etinasızlığa səbəb nüfuzlu Demitridir. Bununla belə, məhkəmənin son qərarında Vasilis Papadopuolosun həbsinə xitam verildi. Qırx yeddi yaşlı bu zavallı adam, nahaq yerə ittiham olunmuşdu və bunu da şəhərdəki hər kəs bilirdi. Çoxları düşünürdü ki, qərarın bu istiqamətdə verilməsinin ayrı səbəbi vardı. Onlar düşünürdülər ki, yeni yaradılan Hellenasın məmur icmasına