Название | Orion – 51 |
---|---|
Автор произведения | Ruzigar Ələkbər |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
çaşqınlıqla qarşılıq verib, dedi ki, onu tanımır.
– Adım, Veronikadır.
Bu yerdə düşüncələrini sabitləməyə çalışan Lefteris, qəribə həyəcan keçirməyə başlamışdı. Lakin bu həyəcanın nədən qaynaqlandığından əmin deyildi. Uzun müddətdir ki, bir qadınla ünsiyyət qurmadığına görə ola bilərdimi? Bəs əgər, daha ağılasığmaz olan məqam, əgər o, həmin o halisunasiyalardan biri idisə?
– Gözləriniz niyə qırmızıdır? Olmaya gecələri yatmırsınız?
– Mən.. Əslində, hə, çox yatmaqla aram yoxdur.
– Bəlkə, probleminiz elə bundan qaynaqlanıb? – Veronika sözləri uzada-uzada dedi.
– Hansı problemim? – Lefteris astaca yerində dikəldi.
– Gözünüzə görünənlər, qəribə şeylər..
– Hə, əslində, heç bilmirəm…
Masanın üzərindəki şüşəni göstərib, “içməyəcəksiniz?” – deyə, Veronika soruşdu.
– İstəyirsinizsə, bir yerdə içək. – Lefteris təklifindən bir qədər utanıb, dayandı.
– Hellenasın ideal bir dövlət olduğunu düşünürsünüz?
– Anlamadım sizi.
– O zaman cavab üçün bir qədər fikirləşin.
– Əslində, hə, ideal bir dövlət saymaq olar.
Xidmətçinin bu cür bir sual verməyi Lefterisi çaşdırmışdı. Ya da düşünürdü ki, bu sual yersiz sualdır.
– Mən belə düşünmürəm. İdeal dövləti həmişə ordusuz dövlət kimi xəyal etmişəm. Lakin bir ölkəmizə bax, guya kapitalizmi rədd etdik, nə
dəyişdi? Bu yalnız sözdə baş vermiş bir şeydir. Həqiqətdə isə sistem elə
həminki sistemdir. Aclar və şikəstlər, Yorinin o tayından həsrətlə bizə baxıb, burada yaşamağın şirin xəyalını qururlar. Həmin o yaşamaq ki, buranın vətəndaşlarının özləri heç bu şirinliyi duymurlar. Hələ də sosial bərabərlik şüarının kölgəsində dincələn burjuaziyanın qarnını doyururuq. Hamımız ayrı-ayrılıqda köləyik…
Lefterisin çaşqınlığı ciddiyyətə çevrilmişdi. O, qarşısında oturan bu gənc qızın, niyə bu şeylər barəsində danışdığına bir məna verə bilmirdi.
Nəhayət, cavab verməli olduğunu hiss edib dedi:
– Bilirsinizmi, bütün bunlar sizin və mənim yox, siyasətçilərin söhbət mövzusu olmalıdır.
– Üçüncü dünya müharibəsi, bəşəriyyəti yeni çağa keçirmədi, onu əksinə barbarlığın ən pik həddinə yetişdirdi. Hellenasda ancaq zabitlər və
məmurlar yaxşı yaşayırlar. Həkimlər, müəllimlər və polislər isə yorulublar.
Onlara qalsa, bütün səlahiyyətlərindən və məsuliyyətlərndən imtina edib, özlərini Hentasın sularına atarlar. Məncə, bütün bunlardan danışmaq üçün siyasətçi olmağa gərək yoxdur. Müharibə bizə onu da sübut etdi ki, gərək ən aşağı təbəqənin insanı belə siyasətçi olsun…
– Düşünürəm ki, Hellenas heç də sizin sadaladığınız kimi bir yer deyil. Ən bəsit örnək, artıq ABŞ, Çin, Rusiya deyilən ölkələr mövcud deyillər. Ərəblər isə layiq olduqları yoxsulluğu çəkməlidirlər. Neft ehtiyyatları onları yer üzündə yaşayan ən ləyaqətsiz adamlara çevirmişdi, lakin yenə
də, nə də olmasa balansı saxlaya bilirdilər. Hələ ibadət evlərindən əldə etdikləri turistik gəlirləri demirəm. Sizin xəbəriniz varmı, Finlandiyada bir kənd var ki, valdeynlər öz uşaqları ilə qidalanırlar?
– Hellenası ayaqda saxlayan, düşünürsünüz ki, Avropa kultudur? Bu gün əsgərlər olmasa, nə kult qalar, nə də ki, etnik təfəkkür, elə bura da dönüb olar Şimal ölkələri kimi. Düşünürəm ki, əsl intibahı keçən də, məhz 30
elə həmin xalqlardır. Müharibədən qalib çıxan da biz yox, əslində, həmin ac fransız, ingilis, rus, ərəb və amerikanlardır. Biz isə kapitalizmin çökü-şündən doğan, mahiyyətcə elə kapitalist prinsipləri tərəmmüm edən yeni ideyaların yaranmağına zəmin yaratdıq. Bədbəxtlik isə burasındadır ki, öl-kə olaraq bunu dərk etmirik. Adnos Vlahosun “Kapitalizmə haradan hücum etməli?”, kitabını oxumusunuz? Orada bir cümlə var, çox xoşum gəlir.
Deyir: “Kapitalizm özünə düşmən olan bütün sistemlər və onların ideyala-rından qorxmaq əvəzinə, onları pul sayəsində əks arqumentlər və ittihamlarla zənginləşdirir, çeşidə salır, daha sonra isə solçuların və kommunist-lərin bazarına çıxarırdı”.
Bununla ikinci dəfə Lefterisin təəccübünə səbəb olan növbəti hadisə
baş vermişdi. Atasının adını bu yerdə eşitmək ona elə təsir bağışlamışdı ki, heyrətdən az qala ağlını itirəcəkdi.
– Artıq düşünməyə başlayıram ki, siz də onlardansınız. – deyə, Lefteris qeyri-ixtiyari cavab verdi.
– Kimlərdən danışırsınız?
Bu suala cavab verməyən Lefteris, qayğılı tərzdə başını aşağı salıb fikirə getdi. Daha sonra, Uzo şüşəsini götürüb qapağını açdı və qədəhinə
boşaltdı. Təklif üçün şüşəni yenidən Veronikaya uzatsa da, o, bu dəfə də
bundan imtina etdi.
– Adınızın Veronika olmağı da maraqlıdır, Adnos Vlahosdan sitat gətirməyiniz də. Belə başa düşürəm ki, siz məni yaxşı tanıyırsınız. – Lefteris acı gülümsəmə ilə qarşılıq verdi.
– Adnos Vlahos, atamın yaxın dostlarından olub. Bədbəxt adam idi.
Əsərləri ölümündən sonra məşhurlaşdı.
– Veronika barəsində heç bir bəhanəniz yoxdur, amma görürəm.
– Adımın içki adı ilə nə əlaqəsi ola bilər, axı başa düşmürəm. – dedi və
gülümsədi.
– 51! – deyə, qəfil qışqırdı Lefteris.
Xidmətçi qız çaşqın halda dayanıb, qarşısındakı adama baxırdı. Qəfil d
illəndi:
– Bu qədər tez sərxoş olacağınız maraq doğurucudur.
– Bilirsinizmi, mən onunla söhbət edəndə, o mənə, “Veronikanın Saçları”-nı göstərmişdi. Bundan başqa, kiçik it (cannis minor) və Buğa (Taurus) ilə də tanış edib məni.
– Çox gözəl. Mənim ən sevdiyim bürc isə Oriondur. Uşaq vaxtı ona baxmasam, onunla sağollaşmasam yatmazdım.
– Orion, hə, Orion, bəli!
– Ovçu…
– Hə, onun oxu da