Orion – 51. Ruzigar Ələkbər

Читать онлайн.
Название Orion – 51
Автор произведения Ruzigar Ələkbər
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

soruşdu:

      – Sizə kim dedi ki, ordudan azad edilirsiniz?

      – Kiminsə deməyinə ehtiyac yoxdur, bunu dünəndən hiss etmişdim və görürəm ki, düz təxmin etmişəm.

      – Onda buyurun, bu sənədə imzanızı çəkin. – deyə, rəis qətiyyətlə de-di.

      Lefteris imzasını çəkməzdən qabaq, vərəqi gözdən keçirib, “hərbi xidmətə yararsız” yazısını oxuyanda, biixtiyar qəhərlənsə də, bunu maksimum dərəcədə biruzə verməməyə çalışaraq, əlini rəisə sarı uzatdı.

      – Ümid edirəm, özünüzə yaxşı həkim tapıb, tezliklə sağalacaqsınız. –

      deyə, mayor Mitaras amiranə tərzdə cavab verib, onun əlini zəhmlə sıxdı.

      Otaqdan çıxandan sonra qapıda, içəri keçmək üçün növbə gözləyən Leytenant Nikolaydosla toqquşdu və yataqxana istiqamətində iri addımlarla addımladı. Bacısı Sofianı xatırlayırdı. Onu narahat edən, başqa məsələ

      də, elə bu idi ki, işindən qovulduğuna görə bacısından xeyli məzəmmət görəcəkdi. Bununla belə, özünü nikbin tutmağa çalışır, qəribə, əcaib tərzdə

      gülümsəyirdi.

      Otaqda tək oturub, uzo şüşəsini qarşısına qoymuş və pəncərəni açıq saxlamışdı. Buradan çölə baxır, içəri dolan şaxtalı küləyi iliyinə qədər hiss edirdi. Hətta titrəyirdi də. Siqaret yandırıb, taxta oturacağına yayxandı.

      Kürəyini söykədiyi dəmir silah, daha da üşüməyinə səbəb oludu. Səma aydın və qüsursuz idi.

      Az sonra içəri yöndəmsiz addımlarla daxil olan Kostas, heç bir şey deyib – etmədən, çeviş hərəkətlərlə gedib, pəncərəni bağladı. Sonra:

      – Bizim bəzi ağıllılar özünə təzə lətifə tapıblar. Deyirlər ki, kapitan Vlohasın falı düz çıxıb. Axı sən demişdin, beş günə burada olmayacaqsan…

      Onlar, bax bunu nəzərdə tuturlar.. – deyə, sözünü bitirdikdən sonra, Lefterisin qarşısında əyləşdi.

      – Onların nə danışdığı vecimə də deyil. Mən indi düşünürəm ki, İrakliona hansı üzlə qayıdacağam.

      – Əvvəldən səhv etdin də.. Axı mən sənə deyirdim ki, belə şeyləri onların yanında danışmaq olmaz.

      – Bu gün çıxacağam onun qarşısına. – deyə, nifrət saçan gözlərini Kostasın gözlərinə zillədi.

      – Çıxıb nə edəcəksən ki? – Leytnant vecsizliklə soruşdu.

      – Söhbət edəcəcəm.

      – Tanrıların söhbət etməklə arası yoxdur, məncə

      – Ona tanrı deməkdən əl çək, Kostas!

      – Dostum, bu şey ya Tanrıdı, ya da ki, xülya. Sən xülya olmadığını sonuna qədər müdafiə edə bilirsənsə, demək tək ehtimal qalır ki, bu ehtimal da onun Tanrı olmağı ehtimalıdır.

      – Bu gün, biləcəyik bunu. – deyə, Lefteris növbəti siqaretini yandırdı.

      Lefteris aldadıldığını zənn edirdi. Düşünürdü ki, 51-in səsinin səsyazma qurğusuna düşməməyindən onun özünün xəbəri vardı, lakin bunu ona deməmişdi. İcazə vermişdi ki, o öz cılız məntiqlə qurduğu hiyləsini sona qədər davam etdirsin. Lefterisin nəzərində, 51 o zaman müdrik, yaxud da 20

      müqəddəs varlıq, yaxud da Tanrı olardı ki, onu bu vəziyyətə düşməyə

      icazə verməzdi.

      – Düşünürəm ki, haqlısan. Onun əlamətləri monoteist dinlərin Tanrı-larındakı kimidir. Sınaqlar və sınaqlar. Son məqamda isə bariz həqiqətlər qalır. Həmin o həqiqət ki, o çeynənilib, əzik-büzük kökə düşüb və heç bir əhəmiyyət kəsb etmir. Heysiyyətlər istismar edildikcə, həqiqətin yükü də

      bir o qədər ağırlaşır. Bizim Dionisimiz yenə şərabdan içirdib, aldadırdı, amma bunlar bəşəri, sözün gücüylə aldatmağa cəhd edirlər və hələ də

      buna davam edirlər. – deyib, qədəhi başına çəkdi.

      Lefteris leytnantdan xahiş etdi ki, qalxıb pəncərəni açsın. Kostas pəncərəni açdıqdan sonra, səmaya baxıb, heyranlıq bildirən ifadə ilə fit çaldı.

      – Dostum bu gün, bəxtin gətirib ki, bulud yoxdur. Nə deyirsən, çıxım-mı otaqdan?

      Bu təklifə nə müsbət, nə də mənfi cavab almadığını görən, Kostas, şinelini əyninə keçirib, çölə çıxdı.

      Lefteris yerində dikəlib, qamətini düz saxlamağa çalışdı. Daha sonra bütün cəsarətini toplayıb, oturacağı yerindən götürüb düz pəncərənin qarşısına qoydu və səmaya köklənməyə çalışdı. İlk dəfə idi ki, Lefteris “ovçu”

      ilə oturub, danışacaqdı. Ulduzlar sayrışır və sayrışırdı…

      “Əgər edəcəyim şeydən xəbərdardısa, o Tanrıdır. Tanrıdırsa demək üzə çıxmayacaq, sırf, mənə xəcalət hissi verməmək üçün.” – deyə, ağlının dərinliklərində düşünməkdə idi, Lefteris.

      Lakin 51-in ilk parıltıları göründü və elə bu vaxtda da, gənc kapitanı gərginlik hissi bürüdü.

      51-in sarı saqqallı, sarı bənizi və oxu-kamanı aydınca göründü.

      Nədənsə Lefterisə elə gəldi ki, sanki o, əsəbidir.

      – Ho Le Sen! – deyə, amiranə səs eşidildi və Lefteris hələ ağzını açmağa macal tapmamışdı ki, 51 yenidən səsləndi:

      – Mən Tanrı deyiləm! Ona görə də mənimlə oturub danışmağı özünə

      vicdan əzabı bilmə.

      Bu sözdən sonra mat-məətəl qalan Lefteris, əlini böyrünə atıb, silahı qapdı və ona tərəf tuşlayıb, nə az, nə çox ard-arda düz on iki dəfə atəş açdı.

      – Sənə dedim, axı Tanrı deyiləm. Məni öldürə bilmərsən.

      – Elə isə səsin niyə eşidilmədi!? Niyə mənə vaxtında xəbərdarlıq edib, səsyazma qurğusundan xəbərin olduğunu demədin?! Səninlə oturub danış-21

      dığım üçün vicdan əzabı çəkdiyimi bilirdinsə, deməli, səsyazma qurğusundan da xəbərdar idin! Niyə məni bu qədər axmağın yanında gülünc vəziyyətə saldın?! Axı mən sənin üzündən işimdən məhrum oldum! Tipik Tanrı əlamətlərini özündə cəmləmisən, amma bunu etiraf etmirsən!

      Otağa doluşan bir neçə zabit və əsgərlər məyus və ciddi nəzərlərlə

      Lefterisə baxmaqda idilər. Bunun fərqinə varanda, onsuzda bayaqdan bəri qışqırmaqdan ahəngini itirən səs tellərini daha da gücə salıb, bağırdı:

      – Onu görmədiniz?! O ki, elə indicə burada idi!

      Qayıdış

      Sübh tezdəndən,