Название | Orion – 51 |
---|---|
Автор произведения | Ruzigar Ələkbər |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Bacısı Sofiadan başqa bütün ailəsini bu müharibədə itirən, Lefteris, elə
bacısının təkidi ilə Yunan ordu sıralarına qoşulmuşdu. Hərçənd Sofianın zabit əri Demitrinin bu xü-susda rolu daha böyük idi, lakin yenə də, tələbi irəli sürən bacısı idi. Ailə-nin digər üzvlərinin ölüm səbəbi də olduqca maraqlı və bir o qədər dəh-şətli idi. Lefteris və Sofiadan başqa ailənin digər üzvləri, müharibə
ərəfə-sində bolqar partizan dəstəsinin İraklion şəhərinə hücumu ərəfəsində həyatlarını itirmişdilər. Əslində, Lefteris və Sofianın həyatda qalmaqlarını möcüzə adlandırmaq olardı.
Partizan dəstəsinin girov saxladığı altmışa yaxın ailə, olduqca rütubətli və darısqal bir zirzəmidə saxlanılırdı və həmin ailələrdən biri də
Vlahos ailəsi idi. İki gün ərzində İraklionu vəlvələyə salan partizanlar, bu müddət ərzində şəhərdə səksən üç nəfərin ölümünə səbəb olmuşdu. Sonda dalana dirənən partizanlar, gecikmiş yunan zabitlərinin şəhərdə olduğunu bilib, onları hədələyərək zirzəmidəki insanları güllələyəcəklərini bildirmişdilər və elə bu məqamda da, yerləri dəqiqləşdirilən partizanlar öz mübhəm işlərinin icrasına başlamışdılar. Lefteris və Sofia yunan əsgərləri tərəfindən xilas olunan yüz iyirmi iki nəfərin arasında idi. Anası, bir bacısı və dörd qardaşı isə bolqarlar tərəfindən güllələnmişdilər.
Bolqarların şəhərə basqın etməyinin səbəbi, Yunanıstan hökümətinin, əhalinin bolqarlardan ibarət hissəsini, ölkədən deportasiya etməyi idi. Bu elə bir dövrə təsadüf edirdi ki, NATO ordusu sonradan yerli hökümətə
xəyanət edərək, daxili müharibə başladacaq, Bolqarıstanda terrorlar törə-dəcəkdi. Yunanıstan isə o vaxtlar, NATO-nun üzvlüyündən altı ay idi ki, imtina etmişdi. Bu cür radikal bir üsulla alınan qisasın başqa səbəbləri də
vardı. Heç bir yazılı sənəddə olmasa belə, bolqarlar iddia edirdiər ki, guya, yunanlar ölkəni tərk etmək istəməyən üç min yeddi yüz on iki nəfər bolqar vətəndaşının soyqırımını həyata keçirib.
Yunanların İraklionu nəzarətə almağı və partizan dəstəsini zərərsiz-ləşdirməyində, Demitri fəal iştirak etmişdi. O, şəhərin xilasına gecikən əsgər heyətinin komandanı idi. Sofia ilə də, məhz belə bir kədərli gündə
tanış olmuşdular. Demitri xaraktercə yüngülməcaz adam olmağı ilə bərabər, həm də boşboğaz bir adam idi. Dostları bu xüsusiyyətinə görə onu vaxtaşırı acılasa da, o heç cürə ağıllana bilmirdi. Hətta bir dəfə arvadı haqqında içki məclislərinin birində biədəb söhbətlər etdiyinə görə, ən yaxın dostları onu masa arxasında qoyub, sakitcə masadan qalxmış və çıxıb get-mişdilər. O, Sofiadan nə az, nə çox on iki yaş böyük idi. Əslində, bu tanışlıq, tanışlıqdan çox məcburiyyət və çarəsiz vəziyyətdə qalan qızın ani qərarı sayəsində baş vermişdi. On doqquz yaşlı Sofia, bəlkə də, siyasət işlə-dərək qardaşı və özünün həyatını yalnız bu cürə qorumağın mümkün olduğunu düşünmüşdü. Lakin Demitri də heç bir halda ondan “yox” cavabı almağa razı olmazdı, hətta belə bir şey olmuş olsaydı, o, yəqin ki, ən yaxşı halda onun üzünə tüpürərdi. Yaxud da, elə oradaca vəzifəsindən sui-istifadə edərək, onu istəmədiyi bir şeyə zorlaya və bundan sonra da, hər kəsin yanında onu alçalda bilərdi.. Həmin vaxtlarda Yunanıstan belə bir yer idi…
Lefteris ordu sıralarına daxil olduqdan iki il sonra, NATO ordularına qarşı döyüşlərdə fəal iştirak etdiyinə görə antipoloxaqos-leytinant rütbəsi ilə təltif edilmişdi. Bəlkə də, o bunu həyatındakı ilk uğuru kimi qəbul etmişdi deyə, yalnız bundan sonra hərbiyə həvəsi daha da artmışdı. Fiziki məşqlərə köklənmiş, atıcılıq üzrə xüsusi dərslər almağa başlamışdı ki, bu da orduda fəaliyyət göstərən zabitlər üçün könüllü xarakter daşıyırdı. Əslində isə o, hərbiyə və orduya nifrət edirdi. Ola bilsin ki, onun çalışqan-lığının səbəbi də məhz bu nifrətin hikkəsindən idi. Pyelesd döyüşündə əsir götürülən NATO əsgərlərindən dördünü işgəncə verərək öldürmüşdü.
Bütün bu əlamətlərdən sonra, düşünə bilərsiniz ki, öz-özü ilə danışmağı və
dəli adlandırılmağı onun keçmişdən qalma travmalarının mübhəm əsəridir, lakin xeyr, o da hamı kimi ağıllı davranmağı bacaran və sosial çevrə-sinin genişlənməsi qayğısında olan adi bir adam idi. Ürəyi sıxılanda digər zabitlərlə söhbət etməyə, onlarla deyib-gülməyə can atırdı. Lefterisin bacarıqları sırasına şahmat da daxil idi. Şahmatı elə məharətlə oynayırdı ki, hətta ən ağlasığmaz mərclərə belə razı olurdu və adəti üzrə, sonda özü qalib olurdu. Uşaq vaxtı təhsil aldığı özəl məktəbdən də ancaq bunu öyrənmişdi, başqa heç nə.
Onun haqqında gəzən söz-söhbətlərin fərqində idi, lakin buna ciddi bir məsələ kimi yanaşmırdı. Əksinə ona qarşı yönələn ittihamların qarşılığında, – “hamınız axmaqsınız!” – deyə, zarafatyana cavab verirdi. Hərdən də özü barəsində elə vəcdlə danışırdı ki, ətrafdakılar az qala ona inanırdılar. Bu söhbətlərin isə effektiv təsiri o yerdə öz gücünü itirirdi ki, o, gecələr səmada gördüyü ovçu haqqında danışmağa başlayırdı. Bu ovçunun hətta adı da var idi və bu ad, “51” idi. Kapitan Vlohasın iddiasına görə, 51 onunla elə şeylər haqqında söhbətlər edir ki, həmin söhbətləri bu vaxta qə-dər hələ heç bir insan övladı bilməyib. Ancaq dostları bu şeylərin nə olduğu barəsində adicə bir sual verəndə, Lefterisin dili dərhal topuq vur-mağa başlayır və həmişəki kimi gülünc vəziyyətə düşürdü. Doğrusu, dost-larına bu yerdə haqq vermək lazımdır, çünki o, doğrudan da heç vaxt, hə-min şeylər barəsində bircə kəlmə də olsa düzgün nəsə deyə bilmirdi. Bir gün o, ovçunun ona, “Veronikanın saçları” bürcü haqqında danışdığı barəsində söhbət açanda, dostları bu dəfə xeyli müddət özlərini güclə
saxlamış, sonda uzun-uzadı qəh-qəhələrlə gülüb, ona təcili qadın lazım olduğunu demişdilər. Ən yaxın dostu, leytnant Nikolaydis isə bütün bu söhbətlərdən narahat olurdu. O, dostunu bu cür, lağ-lağı hədəfi kimi gör-12
mək istəmirdi. Bir dəfə ona ehtiyatla izah etməyə çalışmışdı ki, onun psixoloji vəziyyəti yerində deyil, yuxularına diqqət etməli, az içki içməlidir.
Lakin hər bir yunan zabiti kimi Lefterisin də sevimli içkisi uzo idi. O, bu məqamda dostunun bütün narahatlıqlarına görə təşəkkür edib, ayağa qalxmış və gedib soyuducudan uzo şüşəsini gətirib, düz masanın ortasına qoymuş və “az çərənlə, gəl içək.” demişdi.
Bir