Gələcəyə ön söz. Qulu Məhərrəmli

Читать онлайн.
Название Gələcəyə ön söz
Автор произведения Qulu Məhərrəmli
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952244090 



Скачать книгу

reallaşır.

      İyunun 3-də M.F.Axundov adına Opera və Balet Teatrının binasında işinə başlayan həmin qurultayda M.C.Bağırov keçmiş silahdaşları S.M.Əfəndiyev, H.Sultanov və başqalarını «əksinqilabçı» elan edir. O, Yazıçılar İttifaqını da yaddan çıxarmır. Artıq həbs olunmuş Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl Müşfiq, Əli Nazim, Böyükağa Talıblı, Tağı Şahbazi, Əhməd Triniçin ünvanına təhqirlər yağdırır. Həmin günlərdə «Yazıçılar İttifaqını hər cür əksinqilabi millətçi, müsavatçı tör-töküntüdən təmizləyin!» hökmü dəbdə idi.

      Qurultaydan beş gün sonra «Pravda» qəzetində (8 iyun, 1937) dərc edilmiş və bütünlüklə Azərbaycan Yazıçılar İttifaqına həsr olunmuş «Düşmənin hiylələri» adlı baş məqalədən sonra yazıçılar arasında daha geniş «ifşa» kampaniyasına təkan verilir. Ölkənin bir nömrəli ideoloji qəzetinin Yazıçılar İttifaqında düşmən axtarışına məqalə həsr etməsi yüksək səviyyədən komanda verildiyinə işarə idi. Həmin məqalə bunun MK-dan verilməsini göstərirdi. Məqalə «trotskiçi və müsavatçı Ruhulla Axundovu» (?) ifşa etdikdən sonra S.Vurğunu da hədəfə götürür, onun «Bakı olimpində» birinciliyi əldən vermək qorxusu altında olduğu bildirilirdi. Məqalədən bir neçə gün sonra yazıçıların yığıncağında ittifaqın rəhbərlərinin işləri qənaətbəxş hesab edilməmişdi. S.Vurğun isə «sinfi sayıqlığını itirməsi», «siyasi korluğu», «çürük liberalizmi» sayəsində «xalq düşmənlərini, yapon-alman faşist agentlərini, trotskisist, nasional-uklonist, müsavatçı, pantürkist ünsürləri himayə etdiyinə görə» ittiham olunmuşdu. Onun boynuna qoyub tövsiyə edirdilər ki, ictimai cəhətdən məqbul sayılmayan millətçilərlə əlaqələrini birdəfəlik kəssin.

      Əcəl qılıncı daim S.Vurğunun başı üzərində yellənib. Respublika rəhbəri də onu 37-ci ilin repressiya dalğasında boğmağa çalışıb. Ona görə də M.C.Bağırovun şəxsi ərizəsinə əsasən, onun «məsələsi» SSRİ Yazıçılar İttifaqında da müzakirə (1937, 26 noyabr) edilir. Müzakirə aparılır və iştirakçılar şairin İttifaqın üzvlüyündə qalmasında israrlı olurlar. İclasda S.Vurğunun keçmişi təftiş edilsə də, «Rus poeziyası antologiyası»nın tərcüməçilərindən biri olması və Lenin ordeni alması qanının arasına girir. Təbii ki, şairin şəxsi keyfiyyətləri və Moskva yazıçıları ilə səmimi münasibətləri də onun müdafiə olunmasına gətirib çıxarır.

      Belə nikbin sonluğa baxmayaraq repressiya olunmaq təhlükəsi S.Vurğunu bütün ömrü boyu təqib etmişdir. M.C.Bağırovun məhkəməsi zamanı məlum olmuşdur ki, 1941-ci ildə daxili işlər naziri M.C.Bağırova göndərdiyi məktubda S.Vurğunun hələ ifşa edilməmiş, salamat qalmış «kontrrazvedkanın» üzvü olduğunu xəbər verirdi. Bax indi soruşmaq istəyirəm ki, bütün ömrünü belə səksəkələrdə yaşamış S.Vurğun nədən yazmalıydı, hökumətin siyasətinə qarşı necə çıxmalı idi? Müsavat hökumətini, Cümhuriyyəti vəsf etməli idi, yoxsa Avropada müstəqil Azərbaycan davası aparan, Stalinin ideoloji düşməni olan M.Ə.Rəsulzadəni birbaşa milli lider adlandırmalıydı?

* * *

      Güman etmirəm ki, yaxın dövrlərə qədər siyasi bioqrafiyasında sıxıntılarla üzləşmiş Sərdar Cəlaloğlu bütün bunları bilməsin, hər halda, mütaliəsi olan adamdır. Bilirsə, bəs onda hansı əsaslara görə xalqın böyük əksəriyyətinin qəlbində bir mənəvi-poetik abidə ucaltmış S.Vurğun haqqında belə hədyanlar danışır, hörmətsiz ifadələr işlədir.

      S.Cəlaloğlu ilə köhnədən «salam-əleykümümüz» var, hələ 10-15 il əvvəl siyasət və demokratiya haqqında ayaqüstü söhbətlər edərdik. Ziddiyyətlərlə dolu siyasi fəaliyyətini davamlı izləməsəm də, həbsxanadakı əzablarından və istintaq təcridxanalarındakı layiqli davranışından xəbərdaram. Bu gün isə ictimai səhnədə oynadığı roldan çox məyusam. Demokratik düşərgənin xeyli zəif, cəmiyyətin isə ümidsiz olduğu vaxtlarda hədəfləri dəqiq nişan alan bir adamın bu gün boş patronlarla, həm də hara gəldi atəş açmasını anlamağa çətinlik çəkirəm. Əlbəttə, siyasi savaşlarda müəyyən hədəfləri nə zaman vurmağın vacibliyi və döyüş koordinatlarının hansısa qərargahdan verilməsi təbiidir. Amma mənsub olduğu xalqın əsrlər boyu formalaşdırdığı dəyərlərə qərəzli hücumu bu davanın predmetinə çevirmək, deyəsən, yeni texnologiyadır.

      Əslində, milli şüurda dəyərə çevrilmiş tarixi şəxsiyyətlərə, xüsusən ədəbi və siyasi simalara hücum yeni məsələ deyil. Neçə illərdir ki, Azərbaycan ictimai mühitində dərisi bir qəpiyə dəyməyənlər Mirzə Cəlil, M.Ə.Sabir, Səməd Vurğun, Rəsul Rza kimi qüdrətli qələm sahiblərini, M.Ə.Rəsulzadə, N.Nərimanov kimi geniş siyasi düşüncə üfüqünə sahib dövlət xadimlərini «yıxıb-sürüyür», onlara böhtanlar atır, təhqir etməkdən belə çəkinmirlər.

      Bəli, tarixdə heç kim toxunulmaz deyil, hər kəsin fəaliyyəti təhlil və araşdırma üçün açıqdır, o səbəbdən də adları çəkilən şəxsiyyətlər haqqında tənqidi ruhda və qərəzsiz yazan müəllifləri biz buraya aid etmirik. Söhbət tarix və şəxsiyyət probleminə bacadan baxanlardan, ucuz sensasiya xatirinə hay-küy salanlardan, ədəbi mühiti və tarixi prosesləri lazımınca dərk etməyənlərdən, təbii ki, bu məsələlərdə hansısa şəxsi mənfəət güdərək ağa qara deyənlərdən gedir. Nə etməli, dostumuz S.Cəlaloğlu da Səməd Vurğunla bağlı məhz bu mövqedən çıxış edənlər siyahısındadır və onun milli Herostrat rolunda çıxış etməsi təəssüf doğurur.

      Əlbəttə, böyük şairi tarixi həqiqətləri təhrifdə günahlandırması əsla S.Cəlaloğlunun şah Qacara və ya M.Ə.Rəsulzadəyə sevgisi ilə bağlı deyildir. Xüsusən onun ikinciyə məhəbbətinin işartıları belə görünmür. Digər tərəfdən biz bədii əsərlə gerçək olmuşlar arasında oxşarlıq paralelləri aparsaq, gərək onda tarixi mövzuda yazılmış əsərlərin 70-80 faizinin müəllifini güllə qabağına qoyaq. Yazıçı üçün tarixi hadisə və şəxsiyyət bədii obrazdır, qüdrətli qələm sahibləri bu obrazları bədii həqiqətə çevirməklə yadda qalan əsərlər yaradırlar. Şekspir də, Hüqo da, Tolstoy da, Cavid və Səməd Vurğun da bu yolla getmişlər.

      Bədii yaradıcılıqda bir incə məqam da hər hansı tarixi əsərin yazıldığı dövr, siyasi şərait və mühitlə bağlıdır. Biz sənətkar haqqında mülahizə yürüdərkən bədii əsərin yarandığı tarixi şəraitin şərtlərini və tələblərini mütləq göz önünə gətirməliyik. «Tarixilik hissi» deyilən bu anlayışı nəzərə almadan kimisə ittiham etmək ədalətsizlikdir. Bu gün millətin işıqlı adamlarına, dəyərli ziyalılarına qənim kəsilmiş hansısa korrupsioner məmuru tərifləmək də, tarixin ağır vaxtlarında iti qılınc üzərində yeriyə-yeriyə əsər yazmış və bununla da mənsub olduğu xalqın dilinin və bədii təfəkkürünün inkişafına misilsiz töhfələr vermiş bir sənətkarı ittiham etmək də olar. Amma ittihamlar bolşevik-matros təfəkküründən qaynaqlanmamalıdır. S.Cəlaloğlu S.Vurğuna münasibətdə məhz bolşevizm prinsiplərindən çıxış edir. Halbuki dünyanın ən böyük bolşeviki V.İ.Lenin hələ Oktyabr inqilabından 3-4 il əvvəl İ.Armanda yazdığı məktubda tarixi şəxsiyyət və proseslərə obyektiv yanaşmağın vacibliyindən danışırdı. Göstərirdi ki, hər bir müddəa: f) tarixən; i) tarixin konkret təcrübəsinə əsasən; s) başqaları ilə müqayisədə götürülməlidir. İnsafən, ədalətli yanaşmadır və bolşevik təfəkkürünün daşıyıcılarının gələcək