Gələcəyə ön söz. Qulu Məhərrəmli

Читать онлайн.
Название Gələcəyə ön söz
Автор произведения Qulu Məhərrəmli
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 9789952244090 



Скачать книгу

və H.B.Zərdabidən başlayan milli azadlıq ideyaları XX əsrin əvvəllərində Ə.B.Ağaoğlu, Ə.B.Hüseynzadə, Ü.Hacıbəyli kimi mütəfəkkirlərin əsərlərində yeni forma alıb. Ötən əsrin əvvəllərində Azərbaycan siyasi tarixinin taleyini əllərində tutan soydaşlarımız milli hərəkatın yüksəldiyi bir vaxtda İstiqlal hərəkatının qığılcımını alova çevirə bilmişdilər. Lakin bunlarla yanaşı onu deməliyik ki, bir çox siyasi xadimlərin şüurunda müstəqillik anlayışı, yalnız mədəni muxtariyyəti əhatə edirdi. Siyasi müstəqillik ideyasını ilk dəfə məhz M.Ə.Rəsulzadə gündəmə gətirmişdi. Hələ Rusiyadakı 1917-ci il fevral burjua-demokratik inqilabının qələbəsindən, yəni mütləqiyyət rejiminin süqutundan sonrakı ilk həftələrdə onun milli istiqlaliyyəti gerçəkləşdirmək və müstəqil Azərbaycan Cümhuriyyəti yaratmaq fikrinə gəldiyini söyləmək olar. Bu dövrdən başlayaraq böyük ideoloq Cümhuriyyətin yaradılması üçün əlverişli tarixi fürsət axtarırdı. Belə bir tarixi möcüzə isə 1918-ci il mayın 26-da Qafqaz seyminin dağılması oldu. M.Ə.Rəsulzadə həmin mürəkkəb, fəlakətli, qanlı-qadalı, ölüm-dirim savaşlarının getdiyi bir dövrdə xalqın başı üzərində dayandı, onu nəinki fiziki cəhətdən məhv edilmək təhlükəsindən qurtardı, həmçinin Azərbaycanın milli dövlət quruluşunun dirçəldilməsinə nail oldu. Cümhuriyyətin ilk addımlarının müəyyən edilməsində, Türkiyə Qafqaz İslam ordusunun Azərbaycana gətirilməsində, Bakının işğaldan azad olunmasında da M.Ə.Rəsulzadənin siyasi-diplomatik fəaliyyəti həlledici rol oynadı.

      M.Ə.Rəsulzadə istiqlalın «bir qrup xəyalpərəstin fantaziyası deyil, millətin ruhunun ən dərin guşələrindən təzahür edən ehtiyac» (H.Baykara) olduğunu sübut edərək müstəqil Azərbaycan dövlətinin parlamentli, çoxpartiyalı respublika dövlət formasının seçilməsinə nail oldu. Bu, Şərqdə ilk belə hakimiyyət forması idi. O vaxt mütləqiyyət rejimlərinin əhatəsində yaşayan, siyasi mədəniyyət meydanında ilk addımlarını atan, uzun əsrlər boyu öz dövlət müstəqilliyini itirmiş bir xalqın parlamentli respublika formasını seçməsinin ciddi tarixi əhəmiyyəti vardı. Əlbəttə, avtoritar düşüncə sahibi olsaydı, M.Ə.Rəsulzadə özü yeni ölkənin prezidenti seçilə bilərdi, çünki Cümhuriyyətin yaradıcısı kimi hamı onu qəbul edirdi. Amma onun idealı vəzifə deyildi. O, demokratik idarəçiliyin tərəfində idi. Bu səbəbdən də onu prezident kimi görmək istəyənlərə «biz min illərdir padşahların, sultanların, diktatorların əsarəti altında yaşadığımızdan diktaturaya meyilliyimiz var. Yəni kimi prezident qoysan, özünü sultan kimi aparacaq. Ona görə də «parlamentli respublika daha yaxşıdır» cavabını vermişdi. Sadəcə, parlamentdə Müsavat fraksiyasının rəhbəri kimi qalmağa üstünlük vermişdi.

      M.Ə.Rəsulzadə Cümhuriyyətin yaradılmasını hansı şövqlə qarşılamışdısa, onun devrilməsini də bir o qədər dərin ağrı ilə qəbul etmişdi. Parlamentin son iclasının stenoqramı bir şeyi çox aydın göstərir ki, iclasda çıxış edənlərin içərisində yalnız Məhəmməd Əmin Azərbaycan istiqlalının taleyindən söz açır. Başqaları bir çox məsələləri ehtiyatla söyləyir, yəqin ki, sonrakı talelərini düşünərək danışırlar. Lakin yeganə şəxsiyyətdir ki, M.Ə.Rəsulzadə Rusiya ordusunun gəlişini Azərbaycan istiqlalını əlindən alacaq qüvvə kimi səciyyələndirir. O belə düşünürdü ki, millətin istiqlalı əlindən gedirsə, kimin sağ qalıb-qalmamağının o qədər də əhəmiyyəti yoxdur. Görünür, tale Rəsulzadəyə həmin qanlı-qadalı günlərdə sağ qalmaq qisməti yazmışdı. O, həbs olunsa da, İ.V.Stalinin sayəsində şərti azadlığa çıxa bildi. Aparıldığı Moskvada uzun müddət qala bilmədi və azad Avropaya üz tutdu.

* * *

      Əlbəttə, Cümhuriyyətin mövcud olduğu 23 ayda çox tarixi işlər görüldü, ən başlıcası yüz minlərlə insanın şüuruna istiqlal toxumu səpildi. Bu səbəbdən də xalqımızın ictimai-milli düşüncəsində müstəqilliyin əbədi izi qaldı. M.Ə.Rəsulzadə ömrünün son anına qədər bu istiqlal və müstəqillik düşüncəsinin daşıyıcısına çevrildi. Təkcə Türkiyədə deyil, Polşada, Macarıstanda, Rumıniyada, Almaniyada, Fransada yaşadığı illərdə öz idealına sadiq qaldı, əsərlərində, nəşr etdirdiyi bütün qəzet və jurnallarda Azərbaycanın müstəqilliyi ideyasını öndə saxladı. Gözlərini bu dünyaya yumarkən də son sözü «Azərbaycan» oldu…

      İstiqlalın mübarək, Azərbaycan!

25.05.2013

      Millət sizə minnətdardır…

      Cümhuriyyət həftəsinin xoş ovqat yaradan epizodları haqqında

      «Bu gün öylə böyük və mübarək gündür ki, bunu biz azərbaycanlılar yuxumuzda da görə bilməzdik…»

Fətəli Xan Xoyski

      Cümhuriyyətin baş naziri F.X.Xoyski bu sözləri 1918-ci il dekabrın 7-də Bakıda parlamentin ilk iclasının açılışında heyrət və qürur bildirən bir intonasiya ilə demişdi. Millətin hüququ, istiqlalı və xeyri ilə bir arada olan milli hökumətin başçısı «bu günü yuxumuzda da görə bilməzdik» deyirdi. Bundan iki ay əvvəl isə F.X.Xoyskinin daha bir sözü tarixin yaddaşına yazılmışdı. Baş nazir 1918-ci il sentyabrın 15-də Bakının düşmənlərdən azad edilməsi münasibətilə Nuru paşaya göndərdiyi təbrik teleqramını bu sözlərlə bitirmişdi: «Millət sizə minnətdardır!». Dünən bu sözlər xilaskar Nuru paşaya ünvanlanırdı, bu günsə xalq məhəbbətlə həmin müqəddəs kəlmələri, həm də heçdən bir dövlət yaratmaqla şanlı tarix yazmış, millətin başını uca etmiş Cümhuriyyət qurucuları üçün səsləndirir.

      Bu gün minnətdarlıq duyğusu ilə xatırladığımız babalarımız müsəlman Şərqində ilk parlamentli respublika quraraq hamımıza demokratik cümhuriyyətin vətəndaşları olmaq qürurunu yaşatdılar. Qısa müddətdə ordu yaratdılar, sərhədlərimizi müəyyənləşdirdilər, iqtisadi islahatlar apardılar, qadınlara seçki hüququ verdilər, respublikanı dünyada tanıtdılar. Millətə azadlıq dadızdıran AC qurucuları Azərbaycanın inkişaf yolunu müəyyənləşdirdilər, onun Avropa ilə bütünləşməsinin zəruriliyini ortaya qoydular, ciddi demokratik addımlar atdılar, ədalətli idarəetmə sistemi yaratdılar. Bütün bunlara görə millət onlara minnətdardır!

* * *

      Bu həftə, şəksiz ki, Cümhuriyyət həftəsi oldu. Həm də bu şanlı gün əvvəlki illərə nisbətən sanki bir az təmtəraqlı keçdi. Görünür, AC-nin 95 illiyi və Ə.Topçubaşovun 150 illiyinin qeyd olunması haqqında rəsmi sərəncamlar müəyyən rol oynamışdı. Amma məncə, həlledici səfərbərlik işini yenə də sosial şəbəkələr gördü. TV-lərdə bu mövzuda verilişlərin dişsizliyinə, küçələrdə isə bayraqların azlığına baxmayaraq virtual şəbəkələr bayrama xüsusi canlanma gətirdi. Hətta hökumətyönlü internet televiziyalarından biri Cümhuriyyətin elan olunduğu Tiflisin Canişin sarayından maraqlı bir reportaj yayımladı. Reportyor böyük bir sevgi ilə Milli Şura qurucularının ruhlarının dolaşdığı «Büllur» salonun mistik sükutundakı müqəddəs duyğuları bizlərə də yaşatdı. Qəzet-kitab oxumayan, o səbəbdən də ətrafda baş verənlərə laqeyd qalan çoxluğu isə axşam saatlarında Milli parkdakı atəşfəşanlıq səsləri ayılda bildi. Ən aşağısı onlar «görəsən, bu gün nə günüdür?» sualını verməyə ərinmədilər.

      Hər halda, məmləkətin düşünə bilən insanları, qəlbində və ruhunda bir Cümhuriyyət sevgisi yaşadanların son illərin biganəliyi ilə müqayisədə