Аудиокитаб ООО

Все книги издательства Аудиокитаб ООО


    Hekayələr

    İbrahim Bəy Musabəyov

    Maarifçi yazıçılardan biri olan İbrahim bəy Musabəyov Şəki qəzasının Qutqaşen kəndində anadan olmuş, Qori müəllimlər seminariyasını bitirdikdən sonra Şəki, Qutqaşen və Göyçayda on il müəllimlik etmişdir. Sonra Bakıya gələrək, burada pedaqoji, ədəbi və ictimai fəaliyyətini davam etdirmişdir. İ.Musabəyov 1921-1936-cı illərdə Krımda yaşamış və müxtəlif işlərdə çalışmışdır. 1942-ci ildə Karakanda şəhərində vəfat etmişdir. İbrahim bəy də bir çox həmkarları kimi dərs verməklə, məktəb divarları arasındakı fəaliyyəti ilə kifayətlənməmişdir. O öz biliyi və istedadı sayəsində qələm sahəsində çalışmağa başlamışdır. Onun ilk hekayələri 1913-1914-cü illərdə «Məktəb» jurnalında çap olunmuşdur («Rzanın qutusu», «Rəhimdil arvad», «Kor və onun yoldaşı» və s.). Müəllif bu hekayələrində mülayim bir üslub və sadə dil ilə uşaqlar üçün maraqlı, ibrətli əhvalatlar danışır, onları elmə, biliyə, zəhmətə çağırır. İbrahim bəy bir nasir olaraq sonrakı kitabları ilə şöhrət qazanmışdır. Onun «Cəhalət fədailəri», «Xoşbəxtlər», «Gözəllərin vəfası» kimi povestləri və nəhayət, «Neft və milyonlar səltənətində» adlı romanı bitkin və kamil əsərlər kimi zamanının maraqlı və səciyyəvi məsələlərini təsvir edir.

    Hekayələr

    Həmid Məmmədzadə

    Kazanova

    Стефан Цвейг

    Rast

    Qərib Mehdiyev

    Etiraf

    Лев Толстой

    Qafqaz günləri

    Банин

    Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamanki adət-ənənələr, həyat tərzi, mədəniyyət haqda ətraflı məlumat verilir. Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur. Məzmun Baninin şəxsi bioqrafiyası üzərində qurulub. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır. Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır. Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir. Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir. Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların «milyonçuluğunun» çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.Yazıçı ADR-in hökumətində nazir olmuş atası Mirzə Əsədullayevi, ata nənəsini alman dayə fröylen Annanı ən kiçik detalları belə nəzərdən qaçırmadan təsvir edir. Banin Novruz və Ramazan bayramının qeyd olunmasını çox maraqlı bir tərzdə təsvir edir.

    Sirli ada

    Жюль Верн