Аудиокитаб ООО

Все книги издательства Аудиокитаб ООО


    Məktubati - Şeyda bəy Şirvani

    Sultan Məcid Qənizadə

    S.M.Qənizadənin ""Məktubati Şeyda bəy Şirvani"" ümumi başlığı altında yazdığı «„Müəllimlər iftixarı“» hekayəsi və «„Gəlinlər həmayli“» romanı ədəbiyyat tariximizdə ilk dilogiya kimi dəyərləndirilir. Romanın bütün məzmunu əsərin baş qəhrəmanı Şeyda Məsihzadənin gündəliklərindən ibarətdir. Tədqiqatçılar birmənalı olaraq təsdiqləyiblər ki, Şeyda bəy elə Qənizadənin özüdür. Sovet dövründə bu romanın təhlili də ziddiyyətli şəkildə aparılmışdır. Müəllifin fanatizmə, geriliyə qarşı yönəldilmiş tənqidi təqdirlənsə də, Allaha inamı qəbul edilməmişdir. Bu səbəbdən də Qənizadənin fikirləri “ziddiyyətli görüşlər” kimi qiymətləndirilmişdir.

    İnsanın taleyi

    Михаил Шолохов

    Şoloxov yaradıcılığının ən səciyyəvi cəhəti realizmdir. Həyat həqiqətlərinə sadiq qalmaq, həyati mürəkkəbliyin və eyni zamanda zənginliyin bədii təhlilini vermək, yalandan uzaq olmaq Şoloxov istedadının tərkib hissəsidir. Şoloxov realizminin daxilində yüksək emosional təsir gücünə malik işıqlı və həzin romantika vardır. Bu romantika onun yaratdığı bədii sürətlərin daxili aləmindədir. Bunun bariz nümunəsi onun qələmindən çıxmış “İnsanın taleyi” povestidir. Bu povestdə yazıçı müharibə dövrü yaradıcılığının daha populyar nümunəsini yaradaraq, sovet hərbi əsirlərinin probleminə ilk dəfə toхunur. Povest müharibənin insana təsiri və insani hisslərdən bəhs edir. Əsərin qəhrəmanı sadə bir rusdur. Müharibə başlanana qədər bu şəxs ailəsi ilə birgə firavan yaşamışdır. Sonradan müharibəyə yollanmış və təsadüflər nəticəsində sağ qala bilmişdir. Onun başına çoxlu bəlalar gəlmişdir. Dünyalar qədər sevdiyi və fəxr etdiyi oğlu Qələbə günü-9 may tarixində həlak olmuşdur. Lakin o yenə də sarsılmamış, ayaqda durmağı bacara bilmişdir. Şoloxov sanki bu əsərində insanın necə əzəmətli və ölümsüz olduğunu sübuta yetirməyə çalışmışdır. Müharibə bitdikdən sonra o, tanımadığı bir uşağa onun atası olduğunu söyləyir və uşağı hədsiz dərəcədə sevindirir.Bundan sonra uşağa oğulu kimi yanaşır və qulluq edir. Həqiqətən də, müharibə kimi ağır bir şəraitdən Sokolov (qəhrəman) kimi xoş niyyət və insani hisslərə malik insanlar sağ çıxa bilərlər.

    Balıq gülüşü

    Mübariz Örən

    Mübariz Örənin «„Qazanılmış günün siestası və ya Balıq gülüşü“» hekayəsi bütün psixoloji-fizioloji aksiomatikliyi ilə özündə insanın şüuraltı dərinlərini, yuxu ilə gerçək, realla irreal dünyaların vahid məkanda çulğaşma anını ehtiva edir. Şüuraltı məqamlara diqqət çəkən psixoloji meyillərin yaranması, erkən uşaqlıq illərinin yaşantıları bədii dərkin predmetinə çevrilir. Bu hekayə qəhrəmanın öz uşaqlığından qopmasının bir anını görüntüləyir. Mübariz Örən mövzunu yuxunun irreal qatında təşbihinə çalışmaqla onu bir növ «„yabanı“» hiss və yanaşmaların ağuşundan xilas edir. Hekayədə zaman ünsüründən yararlanma ən uğurlu amildir. Hər şey bir anın içinə yığılıb orda təzahür edir. Göz açıb-yummaq qədər ani olan bu kəsimdə müəllif hekayə qəhrəmanının içində olan gizli seksual motivi, qorxunu, həyat gerçəklərini üzə çıxarır. Lakin M.Örən bu yaşantını cinsi istəyin çərçivəsindən psixoloji müstəviyə keçirir, fizioloji səviyyədən mənəvi qata adlama ilə hadisələrin çoxqatlılığını poetik mənaya çökdürməyə nail olur. Hekayə «„yaşını soruşanda bir əlini tam, o birinin bir barmağını açan“» uşağın kənardan heç kimin görmədiyi iç dünyasına işıq salır. Uşağın anası dişi-dırnağı ilə dolanma, çörək savaşı aparır, canı yanında qalsa da, onu evdə məcburyyət üzündən tək qoymalı olur. Atasının hara getdiyi uşağa bəlli deyil, lakin atasının gələcəyi günü gözləyə-gözləyə həsrətini çəkir. İkitəkərli velosipedlə belədən-belə səkən qonşu oğlanın isə həsədi içini göynədir, özünə də ikitəkərli velosiped arzulayır. Qonşuluqda müvəqqəti yerləşmiş qaraçı qızından zəhləsi gedir. Hekayədə ata ortalıqda olmadığına görə rəqib dəyişir, balıqsatan atanı əvəz edir. Ananın davranışı uşaqda özünün qorxu zənn etdiyi qısqanclıq duyğusuna təkan verir: ""bir də anasının havalı gülüşü qorxutmuşdu onu. Balıqsatan kişi qapılarına gələn gün təzə sudan çıxmış, – suya-seliyə bulaşıb qaralmış yaş kisənin dibində hələ tərpənirdi balıqlar, – əl dəydikcə quyruq çalan balıqlara heyranlıqla baxırdı anası və… Tanımadığı yad, heyvərə kişinin anasının yüngül çit xalatından sezilən «„balıq bədəninə“», azacıq açılı qalmış yaxasından görünən ağ döşlərinə necə hərisliklə baxdığını «„tutdu“»…

    Felyetonlar II kitab (ardı)

    Cəlil Məmmədquluzadə

    Nasir, dramaturq Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. Ilk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün, Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.

    Felyetonlar I kitab

    Cəlil Məmmədquluzadə

    Nasir, dramaturq Məmmədquluzadə, eyni zamanda, dövrünün istedadlı, fəal, məşhur publisisti idi. Ilk məqaləsini 1902-ci ildə “Kaspi” qəzetində nəşr etdirən ədib bu sahədə otuz il çalışmışdır. Onun bədii yaradıcılığı kimi, publisist irsi də janr və forma cəhətdən orijinal, rəngarəngdir. Məmmədquluzadə dühası burada müxtəlif, bir-birindən uğurlu, bir-birindən təsirli və ibrətamiz məzmun çalarları, üslub xüsusiyyətləri almışdır. O, dərin məzmunlu, məzəli, zarafatyana, düşündürücü, qəmli felyetonları, süjetli oçerkləri, kəsərli, işgüzar məktubları, kiçik miniatürləri, sual-cavab şəklində yazıları ilə dövrünün, Azərbaycan milli publisistika məktəbinin ən görkəmli siması olmuşdur. O, yeni dövrün Azərbaycan Molla Nəsrəddini idi.

    Mirdadın kitabı

    Mixail Naim

    Livan ədəbiyyatının klassiki Mixail Naymaya məxsus Mirdadın kitabı sığınacaq axtaranlar üçün bir limandır. Çox sayda oxucunun qəlbinə toxunan bu möhtəşəm hekayə, yeni nəsillərə bir insanın şüurunu genişləndirmək və içində olanları ortaya qoymağın necə mümkün olduğunu göstərir. Kitab əsasən Mirdad və onun tələbələri arasında dialoqlardan ibarətdir. İyirminci əsrin aydınlarından olan Oşo bu kitab haqqında belə deyir: «„Mirdadın kitabı“» mənim ən sevimli kitablarımdandır. Bu əbədiyaşar kitablar sırasına daxildir. Əgər mən ən dəyərli kitabların siyahısı tərtib edəsi olsam, o zaman bu kitabı siyahıda birinci qeyd edərəm"". «„Mirdadın kitabı“» 1948-ci ildə Livanda çap olunub. Kitab Nuh peyğəmbərin gəmisinin seldən sonra gəlib çatdığı quru ərazisində tikib yaratdığı məbəd və bu məbədə qonaq gələn əsrarəngiz ustad haqqındadır. Mahiyyət etibariylə kitab insanın Allahla olan ruhi əlaqələrindən bəhs edir. Oşo deyir: «„Bu kitaba kim ki həyat bəxş edib, sözlərimə diqqətlə fikir verin, mən demirəm ki, kim ki yazıb, adi insan deyil, heç kimdi. Bunu edən şəxs sadə yazıçı deyil. Bircə bu kitab nəhəng təcrübələrdən ibarətdir. Həmin insanın adı Mikayıl Naymadır.“» Mirdadın kitabı insanın ruhi yola başlamasının təsviri ilə başlayır. Mərhələ-mərhələ aşılan cismani maneələrdən sonra müdriklik yolu başlayır. Bu müdriklik yolu Nuh peyğəmbərin məbədə çevrilmiş gəmisinə gətirib çıxarır. Burada rahiblər və bu rahiblərə unudulmuşları xatırlatmağa gəlmiş böyük ustadı görürük. Onların fikirləri və bir-birilərinə olan münasibəti bizə bəşəri problemləri bircə-bircə təqdim edib izah edir.