Süleyman Vəliyev 1916-cı ildə Bakının Ramana kəndində fəhlə ailəsində anadan olmuşdur. Yazıçı hələ uşaqlıqdan ədəbiyyata böyük maraq göstərmiş, rus və Azərbaycan yazıçılarının əsərlərini həvəslə mütailə etmişdir. O, ilk gənclik illərində Ramana kəndində yazıçı Seyid Hüseynin rəhbərlik etdiyi ədəbiyyat dərnəyində, sonra Bakıda təşkil olunmuş fəhlə müəllifləri dərnəyində fəal iştirak etmişdir. Bu dərnəklər onun bir yazıçı kimi yetişməsinə böyük kömək etmişdir. Onun respublikamızda çıxan qəzet və jurnallarda dərc olunmuş “Sədaqət”, “Rütbə”, “Fotoqraf”, “Hədiyyə” hekayələri və neftçilər həyatından yazdığı “Qaladan – Buzovnaya” oçerki oxucular tərəfindən maraqla qarşılanmışdır. Bundan başqa yazıçının uşaqlar üçün yazdığı, kitab halında nəşr edilmiş “Molla Məmiş və sandıq” əsəri ilə yanaşı 1938-ci ildə qələmə aldığı “Şor cüllütü” povesti də ayrıca kitab şəklində nəşr edilmişdir. “Şor cüllütü” povesti, inqilabdan əvvəlki Bakı fəhlələrinin və uşaqlarının ağır, məşəqqətli həyatı, onların ictimai quruluşa qarşı apardıqları inqilabi mübarizədən bəhs edir.
XVIII əsr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsi heç şübhəsiz, Molla Pənah Vaqifdir. Vaqif yaradıcılığı ilə xalq şeirinin təsiri yazılı ədəbiyyatımızda üstünlük qazanır. Şairin poeziyası əsrin ziddiyyətlərini, sevinc və kədərini daha parlaq ifadə etdiyi üçün bütövlükdə Azərbaycan milli ədəbiyyatının bu dövrünü Vaqif əsri adlandırmaq olar. Şairin yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Şair onların bədii portretini məharətlə yaradıb, etnoqrafik detalları, milli koloriti qabarıq şəkildə əks etdirib. Onun qələmə aldığı şeirlər xarici və daxili zənginliyi ilə fərqlənirlər. Əlyazmalar əsasında, cünglərdən istifadə edilməklə tərtib olunmuş bu kitabda böyük şairin qoşma, təcnis, qəzəl, müxəmməs və s. – dən ibarət əsərləri toplanmışdır.
Rusiyanın görkəmli humanist şair və mütəfəkkirlərindən biri, qüdrətli söz ustası M.Y.Lermontova həyatı faciəli şəkildə dərk etmək taleyi nəsib olmuşdur. Ədibin əsərlərində «„məğlubedilməz bir qəhrəmanlıq və cəngavərlik ruhunun bütün qüdrətilə yanaşı dərin bir hüzn, bir pərişanlıq buludlara bürünən aya bənzər bir tutqunluq“» motivlərinin özünü göstərməsi zəmanəsinin faciələrlə dolu olması və şairin ümüdsizliyə qapılması ilə bağlıydı. Məhz bu səbəbdəndir ki, sənətkarın istər şeir və poemalarında, istərsə də nəsr və dram əsərlərində lirizm çox qüvvətli olmuşdur. Bu insana məhəbbət hissindən doğan, ürəkdən qopan və ürəkləri fəth edən, insanı dərindən həyacanlanadırıb düşündürən bir lirizmdir. Kitaba görkəmli yazıçının zəngin ədəbi irsindən seçmələr daxil edilmişdir. Şeir və poemalardan, mənzum dram və nəsr əsərlərindən ibarət bu nümunələrdə Lermontov sənətinin səciyyəvi xüsusiyyətləri parlaq əksini tapmışdır.
Tənqidçilər tərəfindən modernizmin və absurd nəsrin banisi hesab edilən Frans Kafka (1883-1924) cəmi qırx bir il ömür yaşamasına baxmayaraq, dünya ədəbiyyatına ciddi təsir göstərmiş yazıçılardan biridir. Bu kitabda F. Kafkanın “Qəsr” romanı, “Çevrilmə” , “Kənd həkimi”, “Akademiya üçün hesabat”, “Balaca qadın” əsərləri yer almışdır. Qəsr (almanca: Das Schloss) – Frans Kafkanın yazmağa başladığı, ancaq tamamlaya bilmədiyi romanıdır. O, Kafkanın ölümündən sonra 1926-cı ildə çap olunmuşdur.Əsərin əvvəlində protaqonist K. bir qəsrin sahibi olan kəndə gəlir. Ondan kənddə qalmaq üçün icazə haqqında soruşanda o deyir ki, bəs o yer (torpaq) ölçəndir və onu Qraf özü dəvət edib. Kəndin qapçısı ilə söhbətindən məlum olur ki, onun bu icazəi diskusiya mövzusu olsa da onun bu icazəyə malik olub-olmaması naməlum qalır. Beləliklə, ona kənddə yalnız məkətb qulluqçusu kimiqalmağa icazə verirlər. Çünki yer ölçüsü kimi ona iş tapılmır. Ona həm də yerli əhali tərəfindən inamsızlıq duyulur, hamı onunla məsafədən danışır.Yaşamaq uğrunda mübarizədə özünün başa düşülməyən, rasional olmayan bir mühitə düşdüyünü dərk edir. Öz mürəkkəb və bürokratik apparatı ilə Qəsr hər şeyi və hər kəsi nəzarət və idarə edir, eyni zamanda hamı üçü əlçatmaz qalır. Bu aparatın başında Qəsrin məmurları dururlar. Qəsrdə yaçayan hər bir kəs məmuralrın xeyri və bununla da Qəsrin xeyrinə çalışırlar, hər bir kəsin həyaı daimi nəzarətdə saxlanır və qanunla, qaydalarla tənzimlənir. Bu qnunları pozmaq çox dəhşətli nəticə gözləyr. Beləliklə K. burada öz işinə başlayır və Qəsrə yaxınlaşmağa can atır. Tezliklə o başa düşür ki, onun Qəsrlə yaxınlığı kənd icmasında daxil olmaqdan asılıdır. Ancaq onun cəhdləri boşa çıxır.Çünki o yad adam kimi kəndçilər və Qəsr arasında olan proseslərdən xəbərsiz idi. Buna görə də, Qəsr və kənd onun üçün başa düşülməz bir yad əşya kimi görünür, hansı ki, onun vəziyyətində ümidsizliyə aparır. Kafkanın yaradıcılığında mühüm yerlərdən birini də “Çevrilmə” əsəri tutur.. Bu əsərdə müəllif fantastik bir mövzuda çıxış edir. Hekayənin baş qəhrəmanı Qreqor Zamza bir gün səhər yuxudan ayılanda özünün böyük bir eybəcər həşərata çevrildiyini görür. Kafka, manerasına uyğun olaraq hadisələrin əvvəlində baş verənlərin metamorfozasını açıqlamır. Oxucu və hekayənin qəhrəmanı fakt qarşısında qoyulur: Çevrilmə baş vermişdir. Baş qəhrəman olanları anlayır və dərk edir. Qapının o tərəfində onun atası, anası və bacısı səhər qalxmağı xahiş etslər də, o bu qeyri-adi vəziyyətdə ayağa dura bilmir. Onun çevrilməsini bilən ailə üzvləri dəhşətə gəlirlər. Atası onu otağa qovur, bu zaman atasının atdığı əşya ilə Qreqor ağır yaralanır. Bu vəziyyətdə o, otaqda həmişəlik qalmalı olur. Ancaq bacısı ona yemək vermək üçün hərdən otağa gəlir. Qreqor otaqda ağır mənəvi fiziki vəziyətdə yaşamalı olur. O ailədə yeganə pul qazanan şəxs idi. İndi onun bu vəziyyətə düşməsi ilə əlaqədar olaraq ailə maliyyə baxımdan pis vəziyyətə düşür. Baş verənlərə görə Qreqor özünü günahkar hesab edir. Əvəldə bacısının ona yazığı gəlir. Ancaq evə kirayəçi qoyandan sonra bu həşəratın qonaqların qarşısında özünü pis aparması nəticəsində onun da Qreqora münasibəti dəyişir. Kirayəçilər evdə həşəratı görüb hay-küy qaldırır və evi tərk edirlər. Bir müddətdən sonra Qreqor ölür, onu bir qutuda dəfn edirlər və çılğın hekayə həyat dolu optimistik sonluqla başa çatır. Kafka bu hekayədə nə demək istədiyini birbaşa açıqlamır. O yalnız müəllif kimi hadisəni təsvir edir. Kafkanın bütün əsərlərində olduğu kimi burada da özünü absurd və mənasız həyat qarşısında günahkar hiss edən, cılız insan taleyi təsvir edilmişdir. Kafkanın əsərlərində kiçik insan faciəsi, ümidsizliyi ilə yanaşı, cəmiyyətdəki qəddarlıq və dərin əxlaq böhranı da öz əksini tapmışdır.
XX əsr fransız filosofu Jan-Pol Sartr ekzistensialist ədəbi-fəlsəfi cərəyanın yaradıcılarından biridir. “Zəmanəmizə mühüm təsir göstərən zəngin, azadlıq ruhu və yaradıcılıq həqiqəti axtarışları ilə aşılanmış əsərlərinə görə” Nobel mükafatına layiq görülmüşdür. Yazıçının “Seçilmiş əsərləri”nə “Sözlər”, “Sahibin uşaqlığı” povestləri və müxtəlif hekayələri – “Diva”, “Herostrad”, “Otaq”, “İntim”, “Madrid markası” daxil edilmişdir. Jan-Pol Sartr tarixdə insan azadlığı problemini kəskin və geniş şəkildə qoymuş və onun elmi şərhini verməyə çalışmışdır. Müasir dünya ədəbiyyatı seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.