Bütün çətinliklərə rəğmən Katnis Aclıq Oyunlarının qalibi oldu. O və 12-ci Bölgədən olan xərac həmkarı Pita Mellark möcüzə nəticəsində sağ qaldılar. Katnis artıq özünü rahat, hətta xoşbəxt hiss etməlidir. Bütün bunlardan sonra o, ailəsinin və yaxın dostu Geylin yanına qayıdıb. Lakin hələ ki, heç nə Katnisin arzuladığı kimi getmir. Geyl onunla soyuq və məsafəli davranır. Pita ondan tamamilə üz çevirib. Və Kapitola qarşı üsyan qalxması barədə söz-söhbət gəzir – başlamasına Katnis və Pitanın təkan verdiyi bir üsyan. Üstəlik Katnis qarşısını ala bilmədiyi bir narahatlıq keçirir. Onu ən çox qorxudan nə etməli olduğuna dəqiq qərar verə bilməməsidir. Katnis və Pitanın Kapitolun qəddar Zəfər Dövrəsi çərçivəsində Bölgələrə edəcəkləri səfər yaxınlaşdıqca vəziyyət daha da gərginləşir. Əgər onlar heç bir şübhə yeri qoymadan bir-birilərini dəli kimi sevdiklərini sübuta yetirə bilməsələr, nəticəsi dəhşətli olacaq. «Aclıq Oyunları» trilogiyasının ikinci hissəsi olan «Və alov doğacaq»da Suzanne Collins Katnis Everdenin hekayəsini davam etdirir. Onu heç vaxt qarşılaşmadığı sınaqlara çəkir… və hər gedişatda oxucunu bir az da təəccübləndirir.
«Zaman xəbərsiz ötdü…» kitabı şairə, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyevanın oxucularla növbəti görüşü olmaqla yanaşı, həm də yaradıcılıq hesabatdır. Kitab beş bölmədən ibarətdir. «Portret cizgiləri» adlı bölmədə şairənin həyat yolu, ədəbiyyat və sənət haqqında fikirləri ilə tanış olmaq olar. Həmçinin müxtəlif vaxtlarda verdiyi müsahibələri oxumaq mümkündür. «Çəhrayı rəngli dünyam» bölməsinin adı şairənin eyni adlı şeir kitabından götürülüb. Burada müxtəlif vaxtlarda qələmə aldığı şeirlər, habelə ədəbiyyat adamlarının və ictimai xadimlərin şairin yaradıjılığı haqqında məqalələri yer alıb. «Arazboyu düşüncələr» bölməsində Vətən, torpaq, vətəndaş təəssübkeşliyi mövzusunda yazılmış şeirlər öz əksini tapıb. Eyni zamanda Sona xanımın «Arazbarı» kitabı haqqında yazılmış məqalələr verilib. Uzun illərdir publisistik fəaliyyətlə məşğul olan Sona xanımın ayrı-ayrı vaxtlarda qələmə aldığı seçmə məqalələri «Publisistik etüdlər» bölməsində cəmlənib. Azərbaycançılıq ideologiyası ilə bağlı müəllifin tədqiqat əsəri ilə «Alim və ictimai xadim» bölməsində tanış olmaq olar.
Hər şey çox sadə başlayır. İyirmi yaşlı gənc, Orxan Mirzəzadə dostu ilə birlikdə səfərə çıxır. Onlar İstanbula gedəcək və bir həftə ərzində arzuladıqları kimi istirahət edəcəklər. Amma heç də həmişə qurulan planlar həyata keçmir. Hələ Bakıda ikən qəribəliklərlə üzləşən Orxan İstanbula çatan kimi daha anlaşılmaz, daha müəmmalı bir işin içinə düşür. Axı nə baş verir? Nəyə görə o, İstanbuldan Parisə, oradan da Nyu-Yorka qaçmalıdır? Orxanı anbaan izləyən killerin arxasında hansı qüvvə dayanır? Cavabsız sualların içində boğulan gənc sona qədər düşdüyü labirintdən çıxmağa çalışır və deyəsən, çıxmağı bacarır.
Hələ dünən Treysi xoşbəxt bir gəlin idi və övladını sevən ana olmağa hazırlaşırdı. Lakin öz yaxınlarının satqınlığı onun həyatını kökündən dəyişdirdi. Bu gün o, ən çətin oğurluqlar üzrə ixtisaslaşmış oğrudur. O, həyatını qıranlardan, hakimiyyət və var-dövləti olanlardan qisas alır. Lakin – yeni təhlükəli oyunda o qurban deyilmi? Məşhur Hollivud filminin əsaslandığı romanı – Sidni Şeldonun “Əgər sabah gələrsə” şedevrini oxuyun!
Bu roman yəhudilər üçündür; bu roman müsəlmanlar, xristianlar, buddistlər üçündür. Bu roman həm də ateistlər və din haqqında düşünməyənlər üçündür. Bu roman insan üçündür. Saqqal saxlamışıqsa, bircə günlük qırxaq saqqalımızı. Bığımız varsa, onu da qırxaq. Başımızda papaq varsa, çıxaraq, örpək varsa, açaq. Boynumuza halqa keçirmişiksə, bir anlıq çıxaraq onları da. Əlimizdə təsbeh varsa, onu da qoyaq kənara. Xaç asmışıqsa, çıxaraq. Telimizdə quş lələyi varsa, buraxaq küləyə. Baxın, hamımız insana oxşayırıq, bir insana.
Türkan Urmulu yeniyetmə yaşlarından ədəbiyyatla maraqlanır, şeir yazır. “Gördüm” adlı ilk şeir toplusu 2005-ci ildə işıq üzü görüb. Yazıları müxtəlif dərgilərdə çap olunur, internet səhifələrində yayılır. Əsasən yeni – modern üslubda yazır. Şeirlərinin dilini “Ortaq Anadolu və Azərbaycan türkcəsi” adlandırmaq olar. Belə ortaq poetik dil şeirlərinə ağırlıq gətirmir, əksinə, onları bədii cəhətdən daha təsirli və oxunaqlı edir. “Özgə Toz” gənc şairin Quzey Azərbaycanda nəşr olunan ilk kitabıdır.
Bir roman ancaq bu qədər gözəl və qorxu dolu başlaya bilər. Budur, böyük bir maraqla çevirdiyiniz bu səhifələr artıq sizi quyucaqlı Yusufla tanış etməkdədir. Bu tanışlıq sizləri Edremitin ta Zeytunlu kəndinə qədər aparacaqdır. Kitabdakı bir hadisə belə sizi təəccübləndirməyəcək, əksinə hər an təsirləndirəcəkdir. Xüsusilə Səbahəddin Əlinin insanları və yaşadığı cəmiyyəti çox yaxşı tanımasına dair bəlli təsvirləri insanı heyran etməyə bilmir. Quyucaqlı Yusufun realist cərəyanın ən yetkin nümunələri sırasından olması onu çox uğurlu roman pilləsinə qaldırmışdır.
“Aydınlanma nədir?” sorusunu soran Kant düşüncələrini açıqlayaraq bu sualı özət olaraq ağlın qullanılması şəklində cavablamışdı. Aydınlanma geniş anlamı ilə həm də tarixi aydınlatmaqdır. Çünkü tarixdən gələn dürtülər günümüzdə insan ağlını öz basqısı altında tutaraq ağıl düzənəyinin (mexanizmasının) çalışmasını öz etkisi altına almaqdadır. Batıda Renesansla başlayan sürəc tarixdəki olumsuzluqların indiki zamanı da əsir almaması yönündə çalışmalar bütünü olmuşdur. Bu nədənlə tarixi aydınlatmaq insan ağlının görəvlərindən biri olsa gərək. İnsan qurtuluşu, dolayısıyla tarixin qurtuluşu ilə mümkündür.
Bu kitabda sentyabrın 25-də 45 yaşı tamam olan Adil Əliyevin son 5 ildəki siyasi, ictimai və idman sahəsindəki fəaliyyəti geniş əks olunub. Uzun müddət polis orqanlarında çalışan Adil Əliyev 2005-ci ildə millət vəkili seçilib. 2010-cu ildə bu uğurunu təkrarlayan Adil Əliyev ikinci dəfə millət vəkili adını qazanıb.
В предлагаемом вниманию читателей романе «Гангал» переплетены судьбы людей из разных слоев современного общества. Желание отомстить за убийство младшего брата побуждает главного героя бросить вызов криминальной группировке. В книге реалистично переданы нравы и колорит старых бакинских дворов, характеры их обитателей. Герои романа – люди разных миров, в которых своя шкала ценностей и свой кодекс чести. У них нет и не может быть ничего общего…