Qanun nəşriyyat

Все книги издательства Qanun nəşriyyat


    KARXANA

    Haci Qəni Camalzadə

    Bu, yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba daxil edilmiş roman 2014-cü ildə “Azərbaycan” jurnalında dərc olunmuşdur. Əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə uğurlu yumor və satira nümunələridir. Ən ədalətli cəmiyyətlərdə də haqsızlıqlar olur. Onları islah eləmək həm də ədəbiyyatın vəzifəsidir.

    YOXLUĞUMUN VARLIĞI

    Habil Yaşar

    Habil Yaşarın oxuculara təqdim etdiyi bu kitabda yazarın dünyaya baxışları, könül duyğuları, eyni zamanda fəlsəfi düşüncələri öz əksini tapmışdır. Kitabda şerlər və hekayələr toplanmışdır. Bu şeirlərdə hər kəs öz yaşantılarını duyub, real və mənəvi dünyanın harmoniyasına qapılacaq. Bundan öncə şairin 2001-ci ildə “Səni sevdim, sevəcəyəm”, 2003-cü ildə “Məni sevgi yaratdı” kitabları oxuculara təqdim edilmişdir.

    HÜSEYN CAVİDİN TƏSVİR ETDİYİ ATATÜRK

    Güntay Gəncalp

    Sənət adamları əsasən üç qismə ayrılır: sənəti şəxsiyyətindən üstün olanlar, şəxsiyyəti sənətindən üstün olanlar və sənəti ilə şəxsiyyəti arasında tənasüb olanlar. Hüseyn Cavidin şəxsiyəti böyük sənət dünyasına bərabər olmuşdur. Cavid yaratdığı əsərlərdə təsvir etdiyi şəxsiyyətlərin düşüncə yolçuluqlarındakı ağrı və acıları özü də yaşamışdır. Cavid yaradıcılığına tənqidi yanaşmaq, onun əsərlərinin dərinliyinə enmək çox da asan iş deyil. Bu əsər Cavidin yaradıcılıq dünyasının dərin qatlarını incələmiş, Cavid yaradıcılığında bir-birinə hörülmüş olan Şərq mənəviyyatı ilə çağdaşlıq ünsürləri bir yerdə tədqiq edilmişdir.

    Əsil insan olmaq çətindir

    Bağırov Əlisalam

    Qədim hind abidəsi «Kəlilə və Dimnə» stilində yazılan bu əsərdə müəllifin əsil insan olmağın yolları haqqında fəlsəfi düşüncələri əks etdirilmişdir. Əsər o qədər rəvan dillə yazılmışdır ki, istər-istəməz oxucunu cəlb edir, onun qəlbinə nüfuz edir, onun hisslərini oyadır, onu həyata bağlayır. İnsandakı ən ali hissləri təhlil edən müəllif həm yazıçı, həm filosof, həm də bir ağsaqqal kimi oxucuya əsil insan olmağın sirlərini öyrədir, onlara kamilləşmək üçün tövsiyələr verir. Kitab filosoflar, sadə oxucular və düşünən beyinlər üçün nəzərdə tutulmuşdur.

    PƏNCƏRƏDƏN BAXMAQ

    Orxan Pamuk

    Orxan Pamukun “Pəncərədən baxmaq” hekayəsi iki balaca qardaşın oynadığı oyunlar, əyləncələr, məktəbdə və ailədə qarşılaşdıqları gərginliklər haqqındadır. Uşaqların başına gələn hadisələr televiziyanın mövcud olmadığı dövrə təsadüf edir. Yazıçı bu əsərdə televizor ekranı ilə pəncərəni eyniləşdirir. Bu uşaqlar pəncərə önündə dayanıb real həyata baxırlar, həm evlərində, həm də küçədə baş verənlər, sanki, ekran təsvirləridir. Bütün görünənlər uşaqlardan birinin dili ilə nəql olunur. Orxan Pamukun bu hekayəsi dünyanın bir çox dillərinə tərcümə olunur.

    QANQAL

    Заур Акифоглу

    Oxuculara təqdim olunan “Qanqal” romanında müasir cəmiyyətin müxtəlif təbəqəsindən olan insanların taleyi bir-birinə qarışır. Kiçik qardaşının ölümünə görə qisas almaq istəyi əsərin əsas qəhrəmanını kriminal qruplaşmaya meydan oxumağa sövq edir. Kitabda köhnə Bakı məhəllələrinin adət və koloriti, sakinlərin xarakteri real şəkildə verilmişdir. Romanın qəhrəmanları özünəməxsus dəyər dərəcəsinə və namus kodeksinə malik müxtəlif dünyaların insanlarıdır. Onların arasında ümumi heç nə yoxdur və ola da bilməz…

    DƏRDİN SARI ÇƏPKƏNİ

    Zahid Sarıtorpaq

    …Qırxayaq yeriyəndə hara getdiyini görürsən, amma ayaqlarını saya bilmirsən. Eləcə də səni içinə alan gərdişin hansı yana yön tutduğunu anlayanda, heç nəyin hesabını aparmağa gücün çatmır, zaman da qırxayaq sürətiylə, həm də səssiz-səmirsiz ömrünün divarındakı çatlara təpilir, adama acılı-şirinli bəxş etdiklərinin qədər-qəsəmini sayıbsadalamaq, anşırıb-çözmək olmur.

    “MEXİKO – OCHENTA U SEİS”

    Xalid Kazimli

    Bu kitabda tanınmış yazıçı-jurnalist Xalid Kazımlının müxtəlif illərdə yazdığı hekayələr toplanıb. Həmin hekayələr həyatiliyi ilə seçilir və müəllifin dediyinə görə, hamısı real hadisələr əsasında qələmə alınıb. Müəllifin bu kitabda yer alan “Pəncşir aslanıın bənzəri” adlı hekayəsi isə Azərbaycan yazıçılarının ingilis dilində hazırlanan kitabına salınıb. Kitabdakı “Arabaçı” hekayəsində müəllif gəncliyində atasının hesabına kefcil həyat sürən bir gəncin yaşlı vaxtında həyatın dibinə yuvarlanmasından, öz indiki durumundan xəcalət çəkərək özünü danmasından söz açır.

    Qavroş

    Виктор Мари Гюго

    Bu kitab Viktor Hüqonun “Səfillər” əsərinin mo­tiv­ləri əsasında hazırlanıb. Hüqonun əsərlərinə əlavələrin hazırlanmasına on doqquzuncu əsrin əvvəllərindən baş­lanılıb. İlk vaxtlar varlı ailələrin övladları üçün nəzərdə tutulan bu əlavələr, sonradan, iri həcmli kitabları almağa vəsaiti çatmayan xalq kütləsi arasında da geniş yayıldı. Ötən iki yüz ildə Hüqonun müxtəlif əsərlərinin yeniyetmələr üçün adaptasiya olunmuş əlavələri çap edildi. “Səfillər”in motivləri əsasında hazırlanmış “Qavroş” bütün dövrlərin ən çox oxunulan əlavə­lərindəndir. Rus kinomatoqrafları tərəfindən eyni adlı bədii və cizgi filmləri də çəkilib. Öz əsərlərində xalq arasından çıxan, hədsiz ağrı-acıya, haqsızlağa məruz qalan insanları canlandıran dahi Hüqonun möhtəşəm qəhrəmanlarından biri olan Qavroş, yaşadığı çətinliklərə baxmayaraq gülərüz, kobud olduğu qədər də bacarıqlı, fərasətli və cəsurdur. Paris küçələrində səfil həyat sürən bu on iki yaşlı oğlan 1832-ci ilə baş verən Paris iğtişaşlarında həlak olur.

    QIZILGÜLÜN ADI

    Умберто Эко

    “Qızılgülün adı” intellektual postmodernizmin və XX əsr romançılığının ən parlaq nümunələrindən biri, Umberto Eco yaradıcılığının kulminasiyasıdır. Bu romanda müasir fəlsəfi fikrin bəşəriyyətə bəxş etdiyi bir çox düşüncə nemətləri, – ikili qiymətləndirmədən, Mərkəzin kənar üzərində, Mütləqin nisbi qarşısında, Həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qarşısında, ehkamın təhlil üzərində ağalığından imtina, patiş, intertekstuallıq, semiotika və s. kimi anlayışlar əyaniləşərək, “Biz buyuq!” dedi. Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dünyagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mədəniyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 ildən artıq vaxt keçir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mərkəzindədir. Azərbaycanda postmodern ədəbiyyat mövzusunda qızğın müzakirələr təxminən iyirmi ildir ki, gedir. Postmodern ədəbiyyatın ağır artilleriyası olan “Qızılgülün adı” romanı isə azərbaycandilli oxuculara ana dilimizdə yalnız indi təqdim olunur.