Hadaf Neshrleri

Все книги издательства Hadaf Neshrleri


    Səməd Vurğun xatirələrdə

    Коллектив авторов

    Kitaba topladığımız xatirələr ustad şair Səməd Vurğunun həyat və yaradıcılığının bir çox qaranlıq tərəflərinə aydınlıq gətirir, bir çox əsərlərinin tarixçələrini dəqiqləşdirməyə, hətta naməlum əsərləri haqqında bilgi almağa imkan verir. Xatirələri, əsasən, S.Vurğun haqqındakı “Qalacaqdır dünyada…” (1973) və “Mən ellər oğluyam” (1984) adlı xatirə kitablarından, müxtəlif mətbu orqanlardan və məcmuələrdən, eləcə də şairin ev-muzeyinin arxivindən, o sıradan muzeydə keçirilən tədbirlərin səs yazılarından götürülüb.

    Tanıdığım Nazim Hikmət

    Orxan Qaravəli

    Kitab görkəmli türk şairi Nazim Hikmətin keşməkəşli həyatını və yaradıcılığından fraqmentləri andırır oxucusuna. Xatirə üslubunda qələmə alınan əsərdə şairin uşaqlığı, gəncliyi, həbsxana dövrü və Moskva həyatından maraqlı lövhələr verilib. Memuarı (eyni zamanda burada getmiş şeirlərin və şeir parçalarını) dilimizə uyğunlaşdıran Azad Qaradərəlidir.

    Üzeyir Hacıbəyli xatirələrdə

    Коллектив авторов

    Kitabdakı xatirələrdə Üzeyir Hacıbəylinin 63 illik həyatının böyük bir parçası – Qori müəllimlər seminariyasında təhsil aldığı illər, Şərqin ilk operası “Leyli və Məcnun”un ərsəyə gəldiyi dövr, Azərbaycanda möhtəşəm musiqi quruculuğu illərini əks etdirən faktlar, “Koroğlu” operasının triumfu, 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında milli musiqimizin təntənəli qələbəsi, II Dünya müharibəsi illərində yaşanan musiqi həyatımız, dahi bəstəkarın ömrünün son günləri geniş əksini tapıb. Bəzi xatirələr müxtəlif illərdə, bir sıra qəzetlərdə, jurnallarda dərc olunub, kitablara daxil edilib. Xatirələrdən bəziləri isə əlyazma halında Ü.Hacıbəylinin ev muzeyinə təqdim edilsə də, bu günə kimi çap olunmayıb.

    Səbahəddin Əli haqqında xatirələr

    Коллектив авторов

    Türk ədəbiyyatının ən görkəmli və maraqlı yaradıcılığa malik nümayəndələrindən olan Səbahəddin Əlinin taleyi də yaradıcılığı qədər, hətta ondan da artıq diqqət çəkir. Faciəvi ölümü hələ də müəmma pərdəsi altında qalan yazıçı haqqında ancaq 60-cı illərdən sonra danışılmağa başlanılıb və bir çox xatirələr yazılıb. “XAN” nəşriyyatının “Xatirə Ədəbiyyatı” seriyasından 23-cü kitab olan bu topluda həmin xatirələrin bir qismi ilə tanış ola biləcəksiniz.

    Xatirələr. Bir il xəyallarda və bütöv bir ömür

    Ceyhun Hacıbəyli

    Yazıçı-publisist, tərcüməçi, naşir və ictimai xadim Ceyhun Hacıbəylinin “Bir il xəyallarda və bütöv bir ömür” adlı kitabı Azərbaycan mühacirət ədəbiyyatının qiymətli nümunəsidir. Bu kitab görkəmli ziyalının ömrünün son illərində qələmə aldığı, həyatının xəyallar-qarabasmalar və yuxu arasında, arzular və gerçəklik içərisində çabalayaraq yaşadığı xatirələrdən və yuxulardan ibarətdir. Yuxu həm də seçilmiş bədii üsuldur. Xatirələrdə bir çox həqiqətlər sətiraltı, bir çox faktlar isə yuxu örtüyü ilə təqdim edilsə də, onlardan belə Ceyhun Hacıbəylinin şəxsiyyəti, yaşadığı həyat, duyğuları, həsrəti və narahatçılığı haqqında aydın təsəvvür əldə etmək mümkündür.

    Xatirələr. Yıxılan rejimin və bitməyən Eşqin hekayəsi

    Fərəh Pəhləvi

    Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

    Belə gəlmiş, belə getməz

    Азиз Несин

    Təqdim etdiyimiz Əziz Nesinin “Belə gəlmiş, belə getməz” kitabı “Xatirə ədəbiyyatı” seriyasından 20-ci kitabdır. Bioqrafiya Əli Nesinin “Basdırılmışı axtaran adam” (“Nesin Nəşr”, 2012) adlı kitabından götürülüb. Kitabda bu maraqlı türk yazıçısının həyat tarixçəsi ilə yaxından tanış olacaq, yaradıcılığı ilə bağlı əhəmiyyətli faktları öyrənə biləcəksiniz.

    Mirzə Ələkbər Sabiq haqqında xatirələr

    Коллектив авторов

    “Mirzə Ələkbər Sabir haqqında xatirələr” kitabı “XAN” nəşriyyatının “Xatirə ədəbiyyatı” silsiləsinə aiddir. Kitabın tərtib olunmasında Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatında 1962-ci ildə A.Zamanovun naşirliyi və H.Araslının redaktorluğu ilə işıq üzü görən “Müasirləri Sabir haqqında” nəşrinə istinad edilib.

    İki ömrüm olsaydı

    Əli Zeynalov

    Azərbaycan xalq artisti Əli Zeynalov bu kitabda ömrünün yeniyet-məlik illərindən başlayıb yaşlı çağlarınadək teatrla, sevdiyi aktyor sənəti ilə bağlı xatirələrindən bəhs edib. Böyük aktyor sonda “Əgər mənim iki ömrüm olsaydı, onu yenə də sevdiyim sənətə qurban verərdim!” qənaətinə gəlir. Kitab aktyorun yaşadığı dövrdə incəsənətə, teatr sənətinə olan münasibəti öyrənmək baxımından da əhəmiyyətlidir.

    Atanız Atatürk

    Falih Rıfkı Atay

    Falih Rıfkı Atayın “Atanız Atatürk” kitabı böyük türk dövlətini və xalqını məhv olmaqdan qurtaran sərkərdə və lider Mustafa Kamal Atatürkün həyat və fəaliyyəti haqqındadır. Müəllif onun yaxın silahdaşlarından və zamandaşlarından olduğu üçün bu qeyri-adi şəxsiyyətin ən xarakterik cizgilərini ustalıqla göstərə bilib. Bu kitabı oxumaqla siz də Atatürkü yaxından tanıyacaq və sevəcəksiniz.